Qızları ilə birgə özünü binadan atan qadına cəza verilmədi
Yasamal rayonunda iki azyaşlı qızı ilə birgə özünü binanın beşinci mərtəbəsindən atan 26 yaşlı Aytən Abbasovanın cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
"Qafqazinfo"nun məlumatına görə, məhkəmə istintaqının gedişində hadisənin baş verməsinə gətirib çıxaran detallar açıqlanıb.
İttihamda deyilir ki, A.Abbasova bir evdə yaşadığı qayınanası ilə mütəmadi olaraq dava edib. Sonuncu dava zamanı ona zərbələr endirib. Bundan sonra qayınanası bu haqda Rusiyada yaşayan oğluna, Aytənin əri Suslana zəng vuraraq gəlininin onun 60 illik yubileyini təbrik etmək əvəzinə dalaşdığını bildirib.
Anasının narahatlığına görə Suslan arvadına zəng vuraraq acıqlanıb, Bakıya qayıdacağını və onu cəzalandıracağını deyib. Bundan əsəbiləşən Aytən onlardan qisas almaq qərarına gəlib, özünü uşaqları ilə birlikdə binadan ataraq intihar etmək istəyib.
Həmin gün o, iki azyaşlı qızı ilə birlikdə özünü binanın 5-ci mərtəbəsindən yerə atıb. Nəticədə üç yaşlı uşaq ölüb, ana və digər qızı isə xəstəxanaya yerləşdiriliblər.
Aytən Abbasova məhkəmədə hadisəni və əvvəllər nə danışdığını xatırlamadığını deyib: "Heç nə yadımda deyil. Mən uşaqlarımla birgə intihar etməmişəm. Övladlarım yaşayır".
Təqsirləndirilən şəxsin vəkili müvəkkilinin hadisə vaxtı yüksək hiss-həyəcan içində olduğunu, hazırda heç nəyi yadına sala bilmədiyini deyib.
Hökmə əsasən, Aytən Abbasova hadisəni anlaqsız vəziyyətdə törətdiyindən cinayət məsuliyyətindən azad edilib. Onun barəsində ümumi tipli psixiatriya stasionarında tibbi xarakterli məcburi müalicə təyin edilib.
Xatırladaq ki, hadisə ötən ilin iyulunda qeydə alınıb. A.Abbasovaya qarşı Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla adam öldürmə), 29 120.2.4 ( xüsusi amansızlıqla adam öldürməyə cəhd) və digər bənzər maddələrlə yekun ittiham verilib, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1372 Tarix: 16 oktyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMəşq zamanı vəfat edən Rəsulun fotosu
İdman zalında qəfil vəfat edən Rəsul Nəsibovun fotosu yayılıb. fotonu təqdim edir:. 16:26. Bakıda idman zalında ölüm hadisəsi olub. -a istinadən xəbər verir ki, hadisə Nizami rayonu ərazisindəki zallardan birində baş verib. Burada məşq edən 20 yaşlı Rəsul Nəsibov qəfil dünyasını dəyişib. Onun ürək çatışmazlığında
29.10.2026 167 The Guardian: "Britaniyada ailələrə enerji xərcləri üçün 100 funt veriləcək"
Britaniya hökuməti müəyyən vergi kateqoriyalarına daxil olan 20 milyon ailəyə yanvar ayında birdəfəlik 100 funt sterlinq ödəməyi planlaşdırır. BİG.AZ The Guardian-a istinadən xəbər verir ki, hökumət həmçinin qaz üzrə sabit ödənişləri ləğv etməyi və enerji xərclərini azaltmaq üçün güzəştli kreditlər təqdi
29.10.2026 253 Zaur Rzayev vəfat etdi - Yenilənib
Xalq artisti Zaur Rzayev vəfat edib. "Qafqazinfo" -a istinadla xəbər verir ki, uzun müddətdir səhhətində ciddi problemlər olan Z. Rzayev bu dəqiqələrdə Mərkəzi Neftçilər Xəstəxanasında dünyasını dəyişib. Allah rəhmət etsin!. *. TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, Mərkəzi Neftçilə
29.10.2026 233 "VİP Motors" MMC-də qalmaqal: Zeynal Usubov şirkətinin direktorunu məhkəməyə verdi
"VİP Motors" MMC-nin təsisçisi Usubov Zeynal Mütəllim oğlu şirkət direktorunun fəaliyyətindən narazıdır. Qaynarinfo xəbər verir ki, məhkəmədə müəssisənin gəlirlərinin mənimsənildiyini, dividend almadığını və şirkətin icarə borcunu öz vəsaiti hesabına ödəməli olduğunu iddia edir. Məhkəmə Zeyna
29.10.2026 335 Məktəbdəki insidentə görə 3 nəfərə cinayət işi açıldı
Yasamal rayonunda yerləşən orta məktəbdə "Real Təhlil və İnformasiya Mərkəzi"nin əməkdaşlarına qarşı törədilən xuliqanlıq əməlləri ilə bağlı cinayət işi başlanılıb. DİN-in Mətbuat xidmətindən "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, hadisəni törətmiş 3 nəfər şəxs müəyyə
29.10.2026 336 Limonu uzun müddət təzə saxlamağın sirri
Limonların daha uzun müddət təzə qalması və vaxtından əvvəl xarab olmaması üçün onları düzgün şəraitdə saxlamaq vacibdir. xarici mediaya istinadən xəbər verir ki, limonlar bəzən çay, şirniyyat və ya müxtəlif yeməklərin hazırlanmasında istifadə edilməzdən əvvəl xarab olur. Hətta soyuducuda saxlanıldıqd
29.10.2026 243 Estoniya-Rusiya sərhədində "SİNGAPUR SƏDDİ": 150 bunker inşa edilir Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google axtarışında bizi
Estoniya Müdafiə Nazirliyi Rusiya ilə sərhəd boyu müdafiə xəttini gücləndirmək məqsədilə 150-yə yaxın müdafiə bunkeri inşa etməyi planlaşdırır. Bizim.Media xəbər verir ki, bu barədə "ERR" teleradioşirkəti Estoniya Müdafiə Qüvvələrinin komandanı general Martin Heremə istinadən məlumat yayıb
29.10.2026 172 Pakistan və Əfqanıstan hərbçiləri arasında toqquşma: ölənlər var
Pakistan və Əfqanıstan hərbçiləri arasında atışma baş verib. xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb. "Əfqanıstanın şərqində Pakistan ərazisindən atılan atəş nəticəsində iki nəfər həlak olub, iki nəfər isə yaralanıb. Hadisə ölkənin şərqindəki Nanqarhar əyalətinin Torha
29.10.2026 171 İlham Əliyev İspaniya kralına başsağlığı verdi
Azərbaycan Prezidenti İlham Əliyev İspaniya kralı VI Felipeyə başsağlığı məktubu ünvanlayıb. BİG.AZ -a istinadən xəbər verir ki, məktubda deyilir:. "Toledo əyalətində sərnişin qatarlarının toqquşması nəticəsində çox sayda insanın həlak olması və xəsarət alması barədə xəbər bizi son dərəcə kədərləndirdi
29.10.2026 187