Vardanyanın ifadəsi dünyanı silkələyəcək - VİDEO
Avropa Parlamenti, ABŞ Konqresi, Samanta Pauer, çoxsaylı "jurnalistlər", "ekspertlər" və "hüquq müdafiəçiləri" çətin vəziyyətə düşür.
Baku TV-nin etibarlı mənbələrdən əldə etdiyi məlumata görə, 2022-ci ildə Rusiya vətəndaşlığından imtina edən və o vaxt çökməkdə olan "Artsax" layihəsini dirçəltmək üçün Xankəndiyə ezam olunan erməniəsilli rusiyalı milyarder Ruben Vardanyan indi çox fəal şəkildə azərbaycanlılara şahidlik edir.
O, istintaq orqanlarına özünün xaricdəki çoxsaylı etibarlı əlaqələri ilə bağlı detallı məlumatlar verir. Beləliklə, Azərbaycan tərəfi Ruben Vardanyanın Qərbin əsas siyasətçiləri, "jurnalistlər"i, "hüquq müdafiəçilər"i və "ekspertlər"i ilə təmaslarına dair sənədli sübutlar əldə edib. Məlum olub ki, onlarla lobbiçilik fəaliyyəti üçün açıq maliyyə sövdələşmələri aparılıb ki, sövdələşmələrin də məğzi siyasi və informasiya xarakterlidir. Beləliklə, dünya ictimaiyyəti Ruben Vardanyanın "Karnegi Fondu" ilə əməkdaşlığının incə təfərrüatlarından tezliklə xəbərdar olacaq.
Tomas de Vaal ciddi narahatlıq keçirməlidir. Britaniyalı mütəxəssisi xoşagəlməz sürprizlər gözləyir, çünki bütün sirlər açılır. İstintaqın təfərrüatları açıqlananda qalmaqallar Avropa Parlamentini, ABŞ Konqresini və Dövlət Departamentini silkələyəcək. Deməli, kiçik oyunçuların başı daha çox ağrıyacaq.
O da məlum olub ki, Donetsk separatçısı, hazırda Rusiya Federasiyası Dövlət Dumasının deputatı olan Aleksandr Boroday birbaşa R.Vardanyan tərəfindən maliyyələşdirilib. Ümumiyyətlə, məlum olub ki, R.Vardanyan Rusiya xüsusi xidmət orqanlarının müvafiq idarəsinin nəzarəti altında Donbas separatizminin dəstəklənməsində fəal iştirak edib və burada USAID-in rəhbəri Samanta Pauerlə bağlı incə məqamlar da ortaya çıxır. Onun Ruben Vardanyanla çox yaxın təmaslarının təfərrüatları Azərbaycan tərəfinə məlum olub. Ümumiyyətlə, sadəcə inanılmaz mənzərə ortaya çıxır. Samanta Pauerin timsalında Amerika administrasiyasının əsas fiqurlarından biri Ruben Vardanyanla əməkdaşlıq edir.
R.Vardanyan isə öz növbəsində eyni vaxtda Ukraynada separatizmi maliyyələşdirir. Əsas sual budur ki, bu məqamda kim kimin üçün işləyib. İstisna etmək olmaz ki, R.Vardanyan erməni xislətinə uyğun olaraq ikili agent olub və bu da Rusiyanın ondan üz döndərməsinin səbəbi kimi anlaşıla bilər.
Ətraflı Baku TV-nin süjetində:
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 2609 Tarix: 04 oktyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ
Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində
17.09.2021 2788 Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar
18.09.2021 264 FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO
Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə
18.09.2021 523 Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində
18.09.2021 254 Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN
Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın
18.09.2021 930 Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?
"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar
17.09.2021 2089 Bakıda intiharın qarşısı alındı
Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl
17.09.2021 1997 Paşinyan Batumidə "yoxa çıxdı"
Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy
18.09.2021 774 Sinemi o əvəz edəcək - FOTO
Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq
17.09.2021 3477