Gəncə şəhərinin bombalanması məğlubiyyətə düçar olan düşmənin acizliyidir!

Gəncə şəhərinin bombalanması məğlubiyyətə düçar olan düşmənin acizliyidir!Millətçi azğın erməni-neodaşnak qüvvələri ötən 30-ildən artıq bir müddətdə Azərbaycan xalqının tarixi mənbəyi, ocağı sayılan Qarabağda və Qarabağa yaxın tarixi torpaqlarımızda ağlasığmaz dəhşətli qanlı cinayətlər törətdilər. Həmin cinayətlərin qurbanları ilk növbədə dinc mülki azərbaycanlı əhalisi olub. Qarabağdan və döyüş bölgəsindən aralı yerləşən və Respublikamızın ikinci böyük şəhəri sayılan Gəncə şəhərinin erməni terrorçuları tərəfindən bombardman edilməsi cinayətkar erməni-daşnak qüvvələrinin qanlı cinayətlərinin,onların vəhşiliklərinin və acizliklərinin göstəricisi idi. Vətən müharibəsi dövründə ( 27 sentyabr 2020-10 noyabr 2020-ci il) dərin tarixi keçmişə malik Gəncə şəhəri vəhşi və qaniçən qüvvələri tərəfindən ayrı-ayrı vaxtlarda 5 dəfə böyük dağıdıcı qüvvəyə malik silahlarla atəşə məruz qalıb. Azərbaycan Respublikasının ikinci böyük şəhəri sayılan Gəncə şəhəri ilk dəfə 2020-ci ilin oktyabrın 4-də, ikinci dəfə oktyabrın 5-də, üçüncü dəfə oktyabrın 8-də, dördüncü dəfə oktyabrın 11-də,beşinci dəfə isə oktyabrın 17-də böyük dağıdıcı güvvəyə malik OTR-21 "TOÇKA", "Skad" raketləri ilə bombardman edilib. Şəhərin vəhşicəsinə bombalanması nəticəsində Gəncə şəhərinin bir hissəsi dağıdılıb, 26 nəfər dinc əhali həlak olub. 175 nəfər yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Əgər nəzərə alsaq ki, Gəncə şəhəri cəbhə xəttindən 60-80 kilometr arxada yerləşir və şəhərdə hərbi baza yoxdur . Bu hərbi cinayətin millətçi erməni-daşnak qüvvələri tərəfindən bu qanlı cinayətin dinc mülki əhaliyə qarşı törədildiyi danılmaz faktdır. Əlavə olaraq qeyd edirik ki, hətta mülki təyinatlı Beynəlxalq Hava Limanı şəhərdən kənarda yerləşirdi və liman hərbi təyinatlı deyildir. Həmin dövrdə mülki təyinatlı Beynəlxalq Hava Limanı pandemiya və müharibə səbəbi ilə işləmirdi. Cinayətkar erməni-daşnak qüvvələrinin dinc mülki əhaliyə qarşı yönəldilmiş bu qanlı cinayətləri göz önündədir və cinayətkarlar buna görə qanun qarşısında mütləq cavab verməlidirlər. Atılan raketlərin əksər hallarda yaşayış binalarına, ticarət mərkəzinə düşməsi bir daha onu göstərir ki, Gəncənin bombardman edilməsinin başlıca məqsədi daha çox insan tələfatına yol vermək və xalqın gözünü qorxutmaq olub. Lakin xalqımız qorxmazlıq, layaqət və mərdlik nümayış etdirərək erməni cəlladlarının bu cinayətlərinə mərdliklə sinə gərdilər.

Düşmən qüvvələrinin bu hərbi cinayət aktı millətçi ermənilərin iyrənc, cinayətkar təbiətinin və mahiyyətinin göstəricisidir. Gəncənin bombardman edilməsi dinc mülki əhaliyə qarşı yönəldilmiş qanlı müharibə cinayətidir. Xatırladırıq ki, Cenevrə hüququna əsasən müharibə dövründə "mülki əhaliyə, xüsusilə, onun ən müdafiəsiz hissəsi olan qadınlara və uşaqlara, saysız-hesabsız əzab-əziyyət gətirən hücum edilməsi və onun bombardman olunması qadağandır və belə hərəkətlər qətiyyətlə pislənməli və cəzalandırılmalıdır. Ermənistan rəhbərliyi, hərbi komandanlıq buna görə cavab verməlidirlər. Gəncə şəhərinin bombalanması məğlubiyyətə düçar olan düşmənin acizliyi idi. Ermənistan hakimiyyəti, hərbi və siyasi rəhbərliyi Gəncənin bombalanması zamanı raketlərin Ermənistan ərazisindən atıldığını inkar edir, məsuliyyəti Qarabağdakı separatçıların üzərinə atmağa çalışırdı. Lakin bütün bunlara baxmayaraq, raketlərin bir çoxunun məhz Ermənistan ərazisindən atıldığı sonrakı dövrdə sübut olundu. İkinci Qarabağ müharibəsində quldur erməni silahlı dəstələrinin dinc mülki müsəlman yaşayış məntəqələrinə hücum etmək imkanı olmayıb və onlar bunun əvəzində azərbaycanlıların dinc yaşayış məskənlərini dağıdıcı raketlərlə vurmaqla daha çox tələfata səbəb olmağa çalışıbla. Erməni qüvvələrinin vurduqları hədəflər göstərir ki, erməni quldurlarının əsas məqsədi daha çox dinc əhalini öldürmək olub. Onu da unutmaq olmaz ki, Ermənistanın keçmiş rəhbərliyi etiraf etmişdi ki, Xocalı soyqırımını məhz azərbaycanlılarda daha çox qorxu hissi yaratmaq üçün törədiblər. İkinci Qarabağ müharibəsi zamanı dinc yaşayış məntəqələrinə hücum imkanı olmayan ermənilər, bunun əvəzində dinc yaşayış məskənlərini vurmaqla daha çox tələfata səbəb olmağa çalışıblar. Gəncə şəhərinə qarşı ermənilərin törətdikləri hərbi terror düşmənin qəddar və rəhmsiz olduğunu, ötən 30 ildə erməni düşmənçiliyində heç bir dəyişiklik olmadığını göstərdi. Ermənistan 1990-cı illərdə Azərbaycan genefonduna, dinc vətəndaşlarına qarşı etdiyi hərəkəti 30 il sonra 2020-ci ildə təkrarlamaqla çox azğın olduqlarını nümayiş etdirdilər. Bu mənada Gəncə və Bərdənin bombalanması, 44 gün ərzində 16 min raket və mərminin atıldığı Tərtər rayonunun aqibəti 44 günlük müharibənin unudulmaz acı səhifələridir. Düşmən dəyişməyib, sadəcə məğlub olub və gücsüzləşib! Erməni xisləti onların canlarından hələ də çıxmayıb və hələ də qalmaqdadır!

Lakin tarixdə heç kim unudulmur və heç nə yaddan çıxmır! Azərbaycan xalqına qarşı erməni-daşnak qüvvələri törətdikləri qanlı hərbi cinayətlərə görə qanun və Azərbaycan xalqı qarşısında cavab verməlidirlər və bu məhkəmə prosesi mütləq baş tutacaqdır! Bu istiqamətdə dövlətimiz tərəfindən müvafiq hazırlıq tədbirləri həyata keçirilməkdədir. Kütləvi informasiya vasitələrində qeyd olunmuş məlumata görə artıq qondarma "Dağlıq Qarabağ Respublikasının Müdafiə naziri" vəzifəsində çalışmış 1965-ci il təvəllüdlü Lyova Henrixi Mnatsakanyan Azərbaycandan Ermənistan istiqamətində hərəkət etməyə cəhd göstərərkən saxlanılıb. Sentyabrın 29-da "Laçın" dövlət sərhədindən buraxılış məntəqəsində Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşlarının sayıqlığı nəticəsində Azərbaycan Respublikası ərazisinə qeyri-qanuni gələrək 2015-2018-ci illərdə qondarma "Dağlıq Qarabağ Respublikasının Müdafiə naziri" vəzifəsində çalışmış 1965-ci il təvəllüdlü Lyova Henrixi Mnatsakanyanın Azərbaycandan Ermənistan istiqamətində hərəkət etməyə cəhd göstərərkən saxlanılıb.

Azərbaycan dövlətinə onun Konstitisiyasına və digər Qanunvericiliyinə qarşı ağır cinayətlər törətmiş başda Arayik Arutyunyan olmaqla digər də tutularaq Bakıya gətirilir. Arayik Arutyunyan həm də Gəncə şəhərində mülki əhaliyə qarşı törədilmiş terror əməllərinə görə ittiham olunur. Həmin ilin oktyabrın 4-də Arutyunyanın özü də rəsmi sosial şəbəkə hesablarında Gəncənin mülki əhalisinin sıx yaşadığı məntəqələrin ağır artilleriyadan atəşə tutulması barədə göstəriş verdiyini etiraf edib. Azərbaycan Respublikasına və onun xalqına qarşı qanlı terror aktları törətmiş canilər Azərbaycan və beynəlxalq qanunlar qarşısında törətdikləri qanlı cinayətlərə görə cavab verəcəklər.

Törədilən heç bir cinayət, xüsusilə insanlığa qarşı törədilmiş qanlı cinayətlər cəzasız qalmamalıdır və inanırıq ki, Gəncə,Bərdə,Ağdam,Tərtər,Qəbələ, Goranboy, Naftalan və digər rayonların ermənilər tərəfindən bombalanmasında rolu və iştirakı olmuş qanun qarşısında cavab verəcəklər!

İnanırıq ki, o gün heç də uzaqda deyil!

Sevda Səfərova


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2124   Tarix: 04 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Avropa Komissiyası Ukraynaya növbəti maliyyə yardımı ayırıb

Avropa Komissiyası Ukraynanın müdafiə imkanlarının gücləndirilməsi məqsədilə növbəti maliyyə paketini ayırıb. Bildirilib ki, "Ukraine Support Loan" proqramının müdafiə komponenti çərçivəsində Ukraynaya 3,47 milyard avro köçürülüb. Ayrılan vəsait raketlərin, hava hücumundan müdafiə sistemlərinin

15:10 185
.

Aİ-dən Ermənistana əlavə dəstək: Hökumətin ehtiyat fondu 44 milyon avro artdı

Ermənistan hökumətinin ehtiyat fondu 18.1 milyard dram (43.9 milyon avro - red.) artıb. Müvafiq qərar 30 iyulda Nazirlər Kabinetinin iclasında qəbul edilib. "AzPolitika" xəbər verir ki, fond Avropa İttifaqından alınan əlavə qrant vəsaitləri sayəsində genişləndirilib. Qeyd olunur ki, bu proqramla

20:00 28
.

16 yaşlı Mədinə niyə ölüb? - Atası danışdı

"Qızım xalasıgilə qonaq getmişdi, elə ordan da evimizə acı xəbəri gəldi". Bunu Bakıvaxtı.az-a açıqlamasında Yevlaxda qida zəhərlənməsindən dünyasını dəyişən 16 yaşlı Mədinə Əzizovanın atası Xalid Əzizov söyləyib. Əzizovlar ailəsinin 4 övladı var. Dünyasını dəyişən Mədinə növbəti dərs ilind

15:04 323
.

İranın Çindən raket alacağı iddiası: ABŞ-Pekin münasibətlərində yeni gərginlik dalğası? - POLİTOLOQDAN AÇIQLAMA

Son günlər beynəlxalq mediada İranın Çindən hava hücumundan müdafiə üçün çiyindən buraxılan raket sistemləri almağa hazırlaşdığı barədə məlumatlar yayılıb. Məlumata görə, söhbət İranın müdafiə imkanlarını gücləndirmək məqsədilə yüzlərlə Çin istehsalı raket sisteminin tədarükündən gedir. Çin bu iddialar

17:18 149
.

Alanyada yanğın 17 saatdır davam edir

Türkiyənin Antalya vilayətinin Alanya rayonunda başlayan meşə yanğını 17 saatdır davam edir. BİG.AZ Habertürk-ə istinadən xəbər verir ki, güclü külək alovun geniş əraziyə yayılmasına səbəb olduğundan yanğının söndürülməsi istiqamətində işlər çətinləşib. Təhlükənin artması səbəbindən yanğına yaxın ərazilərd

15:03 184
.

Azərbaycanda bu saytlara məhdudiyyət qoyulacaq

Azərbaycanda bəzi informasiyaların yerləşdirilməsinə görə saytlara məhdudlaşdırma tətbiq ediləcək. xəbər verir ki, bu, Prezident İlham Əliyevin bununla bağlı Cinayət, Cinayət-Prosessual Məcəllələrinə və "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanuna dəyişikliklər

20:30 1
.

AQTA-nın aşkarladığı uyğunsuzluqlardan sonra: Meyvə şirələri ilə bağlı vacib xəbərdarlıq - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Son günlər sosial şəbəkələrdə bəzi meyvə şirələrinin qablaşdırmasının içərisində kif aşkarlanması ilə bağlı paylaşımlar geniş müzakirə olunur. Məsələ Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin meyvə şirələri və nektarlar üzrə keçirdiyi son monitorinqlərdən sonra daha da aktuallaşıb. Yoxlamalar zaman

17:48 155
.

17 yaşlı Nurlanın meyiti tapıldı

İyulun 28-i Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində dənizdə nəzarətsiz ərazidə batan şəxsin meyiti tapılıb. xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, 2009-cu il təvəllüdlü Nurlan Mövlud oğlu İsmayılzadənin meyiti FHN-in Xüsusi Riskli Xilasetm

14:42 234
.

Qızıl 4101 dollara yüksəldi

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın qiymətində cüzi artım qeydə alınıb. Birja məlumatlarına əsasən, qızılın bir troya unsiyasının dəyəri əvvəlki sessiya ilə müqayisədə 0,1% bahalaşaraq 4 101 ABŞ dollarına yüksəlib. Gümüş isə əksinə, ucuzlaşıb. COMEX-də bir unsiya gümüşün qiyməti 1,24% azalara

18:15 126
.

TOP MP3