Konqres Azərbaycanın texnoloji sahədə qazandığı uğurlarını təqdim etdi

Konqres Azərbaycanın texnoloji sahədə qazandığı uğurlarını təqdim etdiAzərbaycan iqtisadi, siyasi, humanitar, diplomatik mərkəzə çevrilib. Ölkəmizin bütün sahələrdə təkmil təcrübəyə malik olması beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi üçün ideal məkan kimi qəbul olunmasında əhəmiyyətli rol oynayır. Ölkəmiz Zəngilanda 2-ci Milli Şəhərsalma Forumunun ardınca daha bir mötəbər tədbirə-74-cü Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edir. 5 gün davam edən tədbirə 100-dən artıq ölkədən 5 mindən çox nümayəndə qatılıb. Bu, Konqresin əhəmiyyətinin, eyni zamanda, Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan nüfuzunun göstəricisidir. Azərbaycan hər iki beynəlxalq əhəmiyyətli tədbirə ev sahibliyi etməklə yeni texnologiyaların inkişafına və tətbiqinə verdiyi önəm fonunda qazandığı uğurlu nəticələri dünyaya təqdim etmək imkanı qazanır.
Bu gün dünya işğaldan azad edilmiş ərazilərimizdə aparılan geniş miqyaslı bərpa-quruculuq işləri əsasında Azərbaycanın təkmil şəhərsalma təcrübəsini öyrənir. Müasir dövrün tələbləri həyata keçirilən "ağıllı şəhər" və "ağıllı kənd" layihələrində özünün aydın ifadəsini tapır. Digər mötəbər beynəlxalq tədbirdə isə dünyanın texnoloji gündəliyi müzakirə edilir ki, bu da öz növbəsində ölkəmizin müasir texnologiyalar, rəqəmsal inkişaf və kosmik sənaye quruculuğu sahəsində qazandığı mühüm nailiyyətlərə göstərilən yüksək diqqətin parlaq göstəricisidir. Dünya miqyasında ən mötəbər tədbirlərdən biri olan bu Beynəlxalq Konqresin ikinci dəfə Azərbaycanda keçirilməsi həm də ölkəmizdə kosmik sənayenin inkişafına, beynəlxalq kosmik ictimaiyyət və onu təmsil edən Beynəlxalq Astronavtika Federasiyası ilə əməkdaşlığın genişləndirilməsinə, habelə qlobal kosmos sənayesinə daha yaxından inteqrasiya istiqamətində misilsiz imkanlar yaradacaq.
Azərbaycan ilk dəfə Ulu Öndər Heydər Əliyevin hakimiyyətinin birinci dövründə -1973-cü ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edib. Ötən 50 ildə Azərbaycanın keçdiyi inkişaf yolu, qazandığı uğurlar növbəti dəfə belə əhəmiyyətli beynəlxalq tədbir üçün ideal məkan seçilməsini şərtləndirdi. Azərbaycan bu gün müstəqil, eyni zamanda, qalib ölkə olaraq tədbirə ev sahibliyi edərək 100-dən artıq ölkənin beş mindən çox nümayəndəsini bir araya gətirir. Bu tədbirlərin Azərbaycan həqiqətlərinin təbliğində rolu inkaredilməzdir.
Dövlət başçısı İlham Əliyev Konqresdəki çıxışında bu məqamı xüsusi qeyd etdi. "Əminəm ki, qonaqlarımızın Konqresdəki işlərindən əlavə, Azərbaycanı, onun xalqını, tarixini və mədəniyyətini daha yaxından tanımaq imkanı olacaqdır" söyləyən cənab İlham Əliyev bildirdi ki, Azərbaycan on il əvvəl beynəlxalq kosmik ailənin üzvü olub. Bu gün iki telekommunikasiya, bir Yer səthinin müşahidəsi peykinə malik olaraq Azərbaycanda kosmik sənayenin inkişafı davam etdirilir. Bakıda keçirilən bu Konqres ölkəmizin kosmik sənaye, müasir texnologiya və innovasiya sektorlarının inkişafına və onun müasirləşdirilməsinə mütləq yeni təkan verəcək. Müasirləşdirilmə gələcəklə bağlı baxışımızı, gündəliyimizi və planlarımızı səciyyələndirir. Müstəqillik dövründə Azərbaycan beynəlxalq ictimaiyyətin fəal üzvünə çevrilib. Həyata keçirilən siyasətlər zaman aydın, şəffaf və bir mənalı olub və dostlar qazanılmasına, əməkdaşlığın gücləndirilməsinə yönəlib.
Bu gün Azərbaycanın artan beynəlxalq nüfuzu istər iki tərəfli, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrinin inkişafında öz təsdiqini tapır. Bircə faktı qeyd etmək kifayətdir ki, ölkəmiz dördüncü ildir ki, BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına sədrlik edir. Bununla yanaşı, Azərbaycan Avropa İttifaqının 9 üzvü ilə strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıb. Bu, Azərbaycanın xarici siyasət gündəliyinin təqdimatıdır. Azərbaycanın yerləşdiyi coğrafi məkan dövlətlər, xalqlar arasında körpü rolunu möhkəmləndirir. Dövlət başçısı İlham Əliyev çıxışında bildirdi ki, dünyanın hər bir ölkəsi üçün coğrafi yerləşmə böyük əhəmiyyət kəsb edir. Bizim üçün isə coğrafiya fürsət deməkdir. Əsrlər boyu birgə yaşayış və tərəfdaşlıq tarixinə malik qonşularımız ilə yaxşı münasibətlər sayəsində biz coğrafi yerləşməmizi müsbət ssenariyə çevirə bilmişik. Bu gün üfüqlərimizi genişləndiririk. Bu mühüm beynəlxalq tədbirin keçirilməsinin Azərbaycana həvalə olunmasını ölkəmizə olan etimadın və fəaliyyətimizə dəstəyin göstərici hesab edirik.
Vurğulanıb ki, informasiya-kommunikasiya texnologiyaları hər bir ölkənin gələcəyi üçün vacib sahədir. Azərbaycan hər bir sahədə təcrübəsinin nümunə olmasını qarşıya əsas hədəf kimi qoyaraq bu məqsədə yüksək səviyyədə nail olur. Davos Dünya İqtisadi Forumunun məhz Azərbaycanı Dördüncü Sənaye İnqilabının mərkəzlərindən biri seçməsi də özündə mühüm məqamları ehtiva edir. Əminik ki, Konqres Azərbaycanın texnoloji sahədə dünəninin, bu gününün və perspektivlərinin təqdimatı olaraq səylərin birləşdirilməsi, təcrübə mübadiləsinin aparılması əsasında əməkdaşlığın coğrafiyasının daha da genişləndirilməsində öz sözünü deyəcək.

Metin Hüseynov – siyasi şərhçi, politoloq


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 693   Tarix: 04 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Avropa Komissiyası Ukraynaya növbəti maliyyə yardımı ayırıb

Avropa Komissiyası Ukraynanın müdafiə imkanlarının gücləndirilməsi məqsədilə növbəti maliyyə paketini ayırıb. Bildirilib ki, "Ukraine Support Loan" proqramının müdafiə komponenti çərçivəsində Ukraynaya 3,47 milyard avro köçürülüb. Ayrılan vəsait raketlərin, hava hücumundan müdafiə sistemlərinin

15:10 185
.

Aİ-dən Ermənistana əlavə dəstək: Hökumətin ehtiyat fondu 44 milyon avro artdı

Ermənistan hökumətinin ehtiyat fondu 18.1 milyard dram (43.9 milyon avro - red.) artıb. Müvafiq qərar 30 iyulda Nazirlər Kabinetinin iclasında qəbul edilib. "AzPolitika" xəbər verir ki, fond Avropa İttifaqından alınan əlavə qrant vəsaitləri sayəsində genişləndirilib. Qeyd olunur ki, bu proqramla

20:00 28
.

16 yaşlı Mədinə niyə ölüb? - Atası danışdı

"Qızım xalasıgilə qonaq getmişdi, elə ordan da evimizə acı xəbəri gəldi". Bunu Bakıvaxtı.az-a açıqlamasında Yevlaxda qida zəhərlənməsindən dünyasını dəyişən 16 yaşlı Mədinə Əzizovanın atası Xalid Əzizov söyləyib. Əzizovlar ailəsinin 4 övladı var. Dünyasını dəyişən Mədinə növbəti dərs ilind

15:04 323
.

İranın Çindən raket alacağı iddiası: ABŞ-Pekin münasibətlərində yeni gərginlik dalğası? - POLİTOLOQDAN AÇIQLAMA

Son günlər beynəlxalq mediada İranın Çindən hava hücumundan müdafiə üçün çiyindən buraxılan raket sistemləri almağa hazırlaşdığı barədə məlumatlar yayılıb. Məlumata görə, söhbət İranın müdafiə imkanlarını gücləndirmək məqsədilə yüzlərlə Çin istehsalı raket sisteminin tədarükündən gedir. Çin bu iddialar

17:18 149
.

Alanyada yanğın 17 saatdır davam edir

Türkiyənin Antalya vilayətinin Alanya rayonunda başlayan meşə yanğını 17 saatdır davam edir. BİG.AZ Habertürk-ə istinadən xəbər verir ki, güclü külək alovun geniş əraziyə yayılmasına səbəb olduğundan yanğının söndürülməsi istiqamətində işlər çətinləşib. Təhlükənin artması səbəbindən yanğına yaxın ərazilərd

15:03 184
.

Azərbaycanda bu saytlara məhdudiyyət qoyulacaq

Azərbaycanda bəzi informasiyaların yerləşdirilməsinə görə saytlara məhdudlaşdırma tətbiq ediləcək. xəbər verir ki, bu, Prezident İlham Əliyevin bununla bağlı Cinayət, Cinayət-Prosessual Məcəllələrinə və "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanuna dəyişikliklər

20:30 1
.

AQTA-nın aşkarladığı uyğunsuzluqlardan sonra: Meyvə şirələri ilə bağlı vacib xəbərdarlıq - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Son günlər sosial şəbəkələrdə bəzi meyvə şirələrinin qablaşdırmasının içərisində kif aşkarlanması ilə bağlı paylaşımlar geniş müzakirə olunur. Məsələ Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin meyvə şirələri və nektarlar üzrə keçirdiyi son monitorinqlərdən sonra daha da aktuallaşıb. Yoxlamalar zaman

17:48 155
.

17 yaşlı Nurlanın meyiti tapıldı

İyulun 28-i Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində dənizdə nəzarətsiz ərazidə batan şəxsin meyiti tapılıb. xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, 2009-cu il təvəllüdlü Nurlan Mövlud oğlu İsmayılzadənin meyiti FHN-in Xüsusi Riskli Xilasetm

14:42 234
.

Qızıl 4101 dollara yüksəldi

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın qiymətində cüzi artım qeydə alınıb. Birja məlumatlarına əsasən, qızılın bir troya unsiyasının dəyəri əvvəlki sessiya ilə müqayisədə 0,1% bahalaşaraq 4 101 ABŞ dollarına yüksəlib. Gümüş isə əksinə, ucuzlaşıb. COMEX-də bir unsiya gümüşün qiyməti 1,24% azalara

18:15 126
.

TOP MP3