Ermənistanda döyüş meydanından qaçmış polkovnikə ittiham irəli sürüldü
Ermənistanda 44 günlük müharibə zamanı döyüş meydanından qaçmış polkovnik Manuk Badalyana qarşı ittiham irəli sürülüb.
Bu barədə Ermənistan baş prokurorluğundan məlumat verilib.
Məlumata görə, 2020-ci il oktyabrın 3-də Hadrut rayonunun Tuğ kəndindəki Mexakavan hərbi hospitalına Ermənistan silahlı qüvvələrinin 18-ci motoatıcı diviziyasının komandir müavini, polkovnik Manuk Badalyan müraciət edib. Badalyan sağ diz oynağından zədə aldığını bildirib.
Lakin tibbi ekspertiza zədənin xidmətə mane olmayacağını müəyyən edib və ona xidmətə davam etməsi barədə göstəriş verilib. Sağlamlığına görə hərbi xidməti dayandırmağın qeyri-mümkün olduğunu başa düşən Manuk Badalyan döyüş əməliyyatları zamanı yaralandığı ilə bağlı illüziya yaratmaq qərarına gəlib. Bunun üçün sağ diz oynağının şişmiş hissəsinə dəfələrlə yod vurub, üzərini eyni maye ilə isladılmış sarğı ilə sarıyıb və bu da 2-ci dərəcəli yanıqların əmələ gəlməsinə səbəb olub.
Bir həftə sonra, 10 oktyabr 2020-ci il tarixində saat 11:00-dan 12:00-dək diviziyanın komandanlıq məntəqəsinə keçid zamanı polkovnik Manuk Badalyanın və həmkarının olduğu avtomobil atəşə tutulub. Atışma nəticəsində yalnız sürücü qəlpə yaraları alıb. Eyni avtomobildə tapılan və heç bir xəsarət almayan Manuk Badalyan isə vəziyyət barədə heç kimin məlumatlı olmamasından istifadə edərək işçilərə mərmi atəşi nəticəsində yaralandığını deyib və xidməti yerini tərk edib./Oxu.az
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 878 Tarix: 03 oktyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAvropa Komissiyası Ukraynaya növbəti maliyyə yardımı ayırıb
Avropa Komissiyası Ukraynanın müdafiə imkanlarının gücləndirilməsi məqsədilə növbəti maliyyə paketini ayırıb. Bildirilib ki, "Ukraine Support Loan" proqramının müdafiə komponenti çərçivəsində Ukraynaya 3,47 milyard avro köçürülüb. Ayrılan vəsait raketlərin, hava hücumundan müdafiə sistemlərinin
15:10 185 Aİ-dən Ermənistana əlavə dəstək: Hökumətin ehtiyat fondu 44 milyon avro artdı
Ermənistan hökumətinin ehtiyat fondu 18.1 milyard dram (43.9 milyon avro - red.) artıb. Müvafiq qərar 30 iyulda Nazirlər Kabinetinin iclasında qəbul edilib. "AzPolitika" xəbər verir ki, fond Avropa İttifaqından alınan əlavə qrant vəsaitləri sayəsində genişləndirilib. Qeyd olunur ki, bu proqramla
20:00 28 16 yaşlı Mədinə niyə ölüb? - Atası danışdı
"Qızım xalasıgilə qonaq getmişdi, elə ordan da evimizə acı xəbəri gəldi". Bunu Bakıvaxtı.az-a açıqlamasında Yevlaxda qida zəhərlənməsindən dünyasını dəyişən 16 yaşlı Mədinə Əzizovanın atası Xalid Əzizov söyləyib. Əzizovlar ailəsinin 4 övladı var. Dünyasını dəyişən Mədinə növbəti dərs ilind
15:04 323 İranın Çindən raket alacağı iddiası: ABŞ-Pekin münasibətlərində yeni gərginlik dalğası? - POLİTOLOQDAN AÇIQLAMA
Son günlər beynəlxalq mediada İranın Çindən hava hücumundan müdafiə üçün çiyindən buraxılan raket sistemləri almağa hazırlaşdığı barədə məlumatlar yayılıb. Məlumata görə, söhbət İranın müdafiə imkanlarını gücləndirmək məqsədilə yüzlərlə Çin istehsalı raket sisteminin tədarükündən gedir. Çin bu iddialar
17:18 149 Alanyada yanğın 17 saatdır davam edir
Türkiyənin Antalya vilayətinin Alanya rayonunda başlayan meşə yanğını 17 saatdır davam edir. BİG.AZ Habertürk-ə istinadən xəbər verir ki, güclü külək alovun geniş əraziyə yayılmasına səbəb olduğundan yanğının söndürülməsi istiqamətində işlər çətinləşib. Təhlükənin artması səbəbindən yanğına yaxın ərazilərd
15:03 184 Azərbaycanda bu saytlara məhdudiyyət qoyulacaq
Azərbaycanda bəzi informasiyaların yerləşdirilməsinə görə saytlara məhdudlaşdırma tətbiq ediləcək. xəbər verir ki, bu, Prezident İlham Əliyevin bununla bağlı Cinayət, Cinayət-Prosessual Məcəllələrinə və "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanuna dəyişikliklər
20:30 1 AQTA-nın aşkarladığı uyğunsuzluqlardan sonra: Meyvə şirələri ilə bağlı vacib xəbərdarlıq - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Son günlər sosial şəbəkələrdə bəzi meyvə şirələrinin qablaşdırmasının içərisində kif aşkarlanması ilə bağlı paylaşımlar geniş müzakirə olunur. Məsələ Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin meyvə şirələri və nektarlar üzrə keçirdiyi son monitorinqlərdən sonra daha da aktuallaşıb. Yoxlamalar zaman
17:48 155 17 yaşlı Nurlanın meyiti tapıldı
İyulun 28-i Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində dənizdə nəzarətsiz ərazidə batan şəxsin meyiti tapılıb. xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, 2009-cu il təvəllüdlü Nurlan Mövlud oğlu İsmayılzadənin meyiti FHN-in Xüsusi Riskli Xilasetm
14:42 234 Qızıl 4101 dollara yüksəldi
Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın qiymətində cüzi artım qeydə alınıb. Birja məlumatlarına əsasən, qızılın bir troya unsiyasının dəyəri əvvəlki sessiya ilə müqayisədə 0,1% bahalaşaraq 4 101 ABŞ dollarına yüksəlib. Gümüş isə əksinə, ucuzlaşıb. COMEX-də bir unsiya gümüşün qiyməti 1,24% azalara
18:15 126