Cığatelin ailəsi qəzanı törədən şəxsdən şikayətçi olmayıb

Cığatelin ailəsi qəzanı törədən şəxsdən şikayətçi olmayıb"Hadisə avqustda gündüz saat 11-12 radələrində baş verib. Qardaşım Ayaz uşaqlarını balıq tutmağa Salyan şəhərinə aparıb. Süleyman balıq tutmağı çox sevirdi. O balığı tuturdu, sonra onu suya buraxırdı. Balıqlarla oynamağı xoşlayırdı. Balaca Cığatel deyir ki, Süleyman hər yerə baxıb ancaq gülürdü".

Axşam.az xəbər verir ki, bu sözləri şair Cığatel İsaqızının qızı Leyla Camal "Elgizlə izlə" proqramında deyib.Leyla qardaşının avtomobil qəzasında həlak olan oğlu Süleymandan danışıb:

"Yolu bir qədər gələndən sonra avtomobilin təkəri boşalıb. Maşını Ayaz yoldan kənara çəkib. Təkəri açmağa balşayıb. Süleyman atasına deyib ki, sənin yanında gəlib durmaq istəyirəm. Qardaşım isə ona icazə verməyib. Amma Süleyman "Bəs, sən həmişə mənə deyirdin ki, sən kişisən. Bəs, niyə qoymursan təkəri açım?" sözlərini deyib. Elə deyəndən sonra Ayaz oğluna icazə verib. Balaca Cığatel də Süleymanla maşından düşüb. Amma sonra qızcığaz deyib ki, gedirəm avtomobildə yatmağa. Təkərin dörd boltuna aça bilsə də, beşinci açılamayıb. Qardaşım düz 40 dəqiqə o beşinci boltu açmağa çalışıb, amma olmayıb. Hadisə Ayaz ayağa duran zaman baş verib.

Deyir ki, sürətlə yolla gələn digər avtomobilin səsini eşitdim. Bu anda isə qardaşım əlini üzünə apararaq, yerə uzanıb. Balaca Cığatel isə avtomobildə olub. Süleyman isə həmin an atasının yanında olub. Amma balaca Cığatelin oradan sağ çıxması möcüzədir. Çünki maşın qəza nəticəsində çox pis hala düşüb.

Yəni əgər kiçik salafan torbanı qatlayıb qoymaq istəsəydin maşında yer olmazdı. Qardaşım Ayaz qəzadan sonra bizə deyib ki, asfaltın üstünə uzananda mərhum atası gözü önünə gəlib. Sonra Süleymanı apardığını eşidib. Sonra da nələrin olduğunu Ayaz xatırlamır.

Qardaşımın telefonunu kimsə tapıb, səhər balaca Cığatel bizə zəng edib dedi ki, çox pis şey olub. O anda isə onun yanında bir qadın olub deyib ki, ürəkləri partlayacaq demə heç nə.

Biz də onun deməsi ilə başa düşdük ki, nəsə pis hadisə olub. Tərəddüd etmədən Salyan şəhərinə yola çıxdıq. Ən birinci isə mən və anam Çığatel İsaqızı qəza yerinə getdik.

Faciəmizi elə orada yaşadıq. Xəstəxanaya getdik, Süleymanın qəzada dünyasını dəyişməsini bizə demədilər. Həkimlərdən soruşdum, amma bizə heç kim cavab vermədi. Qəza anı Süleyman sağ olub, amma yarası çox pis olub. Morqa özümü çatdırdım. Onun nə vəziyyətdə olduğunu öz gözlərimlə gördüm".

Leyla qəzanı törədən şəxsi ailəsinin bağışladığını deyib:

"Qəzanı 60 yaşlı kişi edib. Yolda həmin şəxs başqa avtomobillə ötmə əməliyyatı edibmiş. Biz özümüz də sürücüyük, biz də yolda belə edirik. Onun da maşınında uşaqlar olub. Müxtəlif, kiçik sıyrılmaları olub. İnsandır da, o da istəməzdi ki, belə bir hadisə baş versin, kimisə getsin vursun. Biz həmin şəxsdən şikayətçi olmadıq. Onu polisə vermədik. Amma vicdan əzabı deyilən məsələ var. Nə biz, nə də o, bizi tanıyır".

Qeyd edək ki, sözügedən hadisə Ələt-Astara magistralın 38-ci km-də, Salyandan keçən hissəsində qeydə alınıb.

Belə ki, "Nissan" və "Opel" markalı minik avtomobillərinin toqquşması nəticəsində sürücülərdən - Ağstafa sakini, 1987-ci il təvəllüdlü Qasımov Ayaz Camal oğlu ağır xəsarət alaraq komatoz vəziyyətdə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Sürücünün oğlu, 2014-cü il təvəllüdlü Qasımov Süleyman Ayaz oğlu hadisə yerində ölüb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2528   Tarix: 03 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Direktor bağçada uşağa şiddət göstərdi - Cinayət işi açıldı-Video

Bakının Səbail rayonu, Badamdar qəsəbəsində fəaliyyət göstərən "EOS uşaq inkişaf mərkəzi"ndə azyaşlılara qarşı fiziki zorakılıqla bağlı görüntülər yayılıb. "Qafqazinfo" xəbər verir ki, məsələ ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğl

15:12 255
.

Arvadının xəyanətini görüb dəhşətli qətl törətdi

ABŞ-də xəyanətlə üzləşən kişi dəhşətli cinayət törədib. xarici mediaya istinadən xəbər verir ki, hadisə oktyabrın 24-də Kaliforniya ştatının Anahaym şəhərində qeydə alınıb. 34 yaşlı İsmayel Pinedalopes işdən evə tez qayıdarkən həyat yoldaşını 28 yaşlı Nikolas Qarsiya ilə yataq otağında görüb. Qarsiyanı

18:30 1
.

Deşam dünyanın əfsanəvi klublarından birinin baş məşqçisi ola bilər

2026-cı ilin yayında ölkəsinin milli komandasının baş məşqçisi vəzifəsindən ayrılan məşhur fransız məşqçisi Didye Deşam tezliklə işə qayıda bilər. -ın xarici mediaya istinadən məlumatına görə, 2026-cı il Dünya çempionatından bəri işsiz qalan 58 yaşlı Deşam yaxın günlərdə çox cəlbedici bir təklif al

19:15 1
.

"Sən xəstəsən!" - Tramp jurnalistə əsəbiləşdi

ABŞ Prezidenti Donald Tramp "Reuters" agentliyinin jurnalistinin səhhəti ilə bağlı sualına əsəbiləşib. Tramp hətta jurnalisti və onun çalışdığı media qurumunu sərt şəkildə tənqid edib. "Sən, xəstəsən! "Reuters" isə iyrəncdir. Sadəcə bu oğlana baxın, o, dəhşətli vəziyyətdədir"

21:30 1
.

Oktyabrın son günü yağış yağacaq

Azərbaycanda oktyabrın 31-də gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Bu barədə BİG.AZ-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Məlumata əsasən, şənbə günü Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəy

12:49 256
.

Oğlunun həbsindən danışmadı - Amma Səbinə Əliyevanı dəstəklədiyini açıqladı

"Ombudsman vəzifəsinə namizədlərlə bağlı məsələ müzakirə edildi. Ombudsman vəzifəsi ciddi bir təsisatdır". "Qafqazinfo" xəbər verir ki, bu barədə komitə sədrinin müavini Arzuxan Əlizadə Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında Azərbaycanın İnsan Hüquqlar

11:00 262
.

Türkiyədə Azərbaycan əleyhinə növbəti dalğa - Bakıya absurd ittihamlar

Türkiyə mediası və sosial şəbəkələrində Azərbaycan əleyhinə kampaniya səngimək bilmir. Türkiyədə Azərbaycan əleyhinə növbəti dalğa. Dünəndən isə növbəti antiAzərbaycan dalğası başladılıb. Bundan əvvəlki dalğalar Azərbaycan-İsrail münasibətləri və "hicab" mövzuları üzərindən aparılırdı. Hə

19:00 1
.

İntihar edən musiqiçinin ailəsinə maddi yardım topladılar

Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu bir neçə gün əvvəl intihar edən musiqiçi İlham Razinin ailəsinə dəstək olub. Axşam.az xəbər verir ki, Hüseyn həmkarlarına müraciət edərək mərhumun ailəsinin maddi yardıma ehtiyacı olduğunu bildirib. Musiqiçilər bir araya gələrək ailə üçün 10 min manatdan çox vəsai

16:50 194
.

Məktəb binasını yandırmağa cəhd edənlər həbs olundu

Oktyabrın 26-da gecə saatlarında Salyan rayonunda yerləşən orta məktəblərdən birinin əmlakına zərər vurulub, binaya "Molotov kokteyli" atılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, polis tərəfindən hadisəni törədən, əvvəllər dəfələrlə məhkum olunmuş M.Əhədov və tanışı M.Hüseyno

12:55 301
.