Bakıda ata qızının sevgilisini niyə boğaraq öldürüb?

Bakıda ata qızının sevgilisini niyə boğaraq öldürüb?Bakıda qonşusunu qətlə yetirməkdə təqsirləndirilən Babək Quliyevin cinayət işi üzrə məhkəmə ifadəsi məlum olub.

BiG.AZ pravda.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə o, elan olunmuş ittihamda özünü qismən təqsirli bilib.

Babək Quliyev ifadələrində göstərib ki, 24 avqust 2022-ci il tarixində gecə saatlarında həyətdən səs gəldiyini eşidərək yuxudan ayılıb. O, həyətə çıxanda kiminsə darvazadan tullandığını görüb. Həmin şəxsin oğru olduğunu düşünüb, onu tutub öz həyətlərinə gətirərək, bir-iki dəfə şillə vurub. Həmin şəxs isə adının Hüseynağa Şeydabəyov olduğunu, oğru olmadığını, qızı Zəminəni (şərti) sevdiyini deyib. Babək Hüseynağaya onun və qızının yaşlarının az olduğunu söyləyib, dərsləri ilə məşğul olmağı tapşıraraq zərərçəkmişi yola salıb.

Babək Quliyev qeyd edib ki, həmin hadisənin səhəri günü, yəni avqustun 25-də qızı ilə görüşəndə Zəminə ona Hüseynağanın onu biabır etməklə hədələdiyini deyib. O da əsəbiləşərək öz qızını şillə ilə vurub, telefonunu onun əlindən alıb. Həmin gün axşam təqsirləndirilən şəxs Hüseynağa ilə söhbət etməyə gedib. Hüseynağaya bir-iki dəfə şillə vurub və bu yaşda qızı ilə evliliyi düşünməyin düzgün olmadığını, hər şeyin qaydası olduğunu başa salıb. Sonra Babək Hüseynağanı öz maşını ilə evinin qarşısında düşürüb. 28 avqust 2022-ci il tarixində atası vəfat edib. Başları yas mərasiminə qarışıb. Bir-iki gün sonra Zəminə atasına deyib ki, Hüseynağa ona öz evlərinin pəncərəsində telefon gətirib verib və onunla danışmasa qızını biabır edəcək. Babək də telefonla bağlı Hüseynağaya zəng edib, onu tənbeh edib. Bundan sonra təqsirləndirilən şəxsin qonşusu ona evlərinin həyətindən tanımadığı oğlanın çıxdığının gördüyünü deyib. O da yenidən Hüseynağaya zəng vuraraq onu tənbeh edib.

Təqsirləndirilən şəxsin sözlərinə görə, bir neçə gün sonra Babək oğlunun idman köynəyini götürmək üçün evlərinə qayıdanda, Hüseynağanın onların həyətindən çıxdığını görüb. Hadisə sentyabrın 6-da olub. Evə gələndə axşam təxminən saat 23 radələri olub. Babək də Hüseynağanı tutub qaraja apararaq, onu tənbeh edib. Lakin bunun faydasının olmadığını gördükdə oğlanı qorxutmaq qərarına gəlib. Belə ki, Babək onun əl-qolunu bağlayaraq maşına mindirib, dəniz kənarına aparıb. Dəniz kənarında Hüseynağanın əl-qolunu açıb.

Babək Quliyev bildirib ki, Hüseynağa Şeydabəyov dənizkənarında qızı ilə dəfələrlə cinsi əlaqədə olduğunu, Zəminənin cinsi əlaqədə olması ilə bağlı videoçəkilişlərinin telefonunda saxladığını, bunu həm anasının, həm də bacısının bildiyini deyib. Həmçinin onlar dənizkənarına gedərkən yolda Hüseynağaya qızını ona verməyə məcbur olduğunu söyləyib. O, bütün bunları eşitdikdə özünü saxlaya bilməyərək, Hüseynağanı boğaraq öldürüb. Təqsirləndirilən şəxs onun Hüseynağanı öldürmək niyyəti olmadığını qeyd edib. O, Hüseynağanı öldürdükdən sonra meyiti maşında saxlayıb, sonra isə Qaradağ rayonunda basdırıb. Babək Quliyev törətdiyi əməldən peşman olduğunu deyib.

Qeyd edək ki, ötən il sentyabrın 6-da Sabunçu Rayon Polis İdarəsinə 2006-cı il təvəllüdlü Hüseynağa Şeydabəyovun itkin düşməsi ilə bağlı daxil olan müraciət əsasında aparılan istintaq-əməliyyat tədbirləri ilə sonuncunun qəsdən öldürülməsi müəyyən olunub. Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb. İstintaqla zərərçəkmişin qonşusu, 1968-ci il təvəllüdlü Babək Quliyevin qisas almaq məqsədilə Hüseynağa Şeydabəyovu döyərək xəsarətlər yetirməsinə, sonra iplə boğaraq öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Babək Quliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Məhkəmənin hökmünə əsasən, o, 18 il azadlıqdan məhrum edilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1039   Tarix: 03 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

ZƏFƏR GÜNÜ VƏ ŞUŞA: TARİXİ QƏLƏBƏDƏN YENİ GEOSİYASİ REALLIQLARA - AZƏRBAYCANIN DÖVLƏTÇİLİK İRADƏSİNİN TƏNTƏNƏSİ

Azərbaycanın 8 Noyabr - Zəfər Günü və Şuşa Şəhəri Günü müasir tariximizin ən mühüm hadisələrindən olmaqla yanaşı, dövlətçilik tariximizin, milli iradəmizin və siyasi strategiyamızın nəticələrini özündə birləşdirən böyük tarixi hadisədir. Bu tarixlərin əhəmiyyətini yalnız hərbi qələbənin əldə olunmas

10:33 215
.

Diplomatiyanın görünməyən tərəzisi: Azərbaycan-Türkiyə münasibətlərində qarşılıqlı hörmətin sınağı

Beynəlxalq münasibətlərdə dövlətlərin bir-birinə münasibəti təkcə imzalanan sənədlərlə, verilən bəyanatlarla və keçirilən görüşlərlə ölçülmür. Bəzən protokolun ilk baxışdan adi görünən bir detalı daha geniş siyasi mənzərəni anlamağa imkan verir. Zirvə görüşündə kimin iştirak etməsi, dövləti hansı səviyyəl

11:43 236
.

ABŞ-da iki helikopter toqquşdu: ölənlər var

ABŞ-ın Oreqon ştatında iki helikopterin toqquşması nəticəsində üç nəfər həlak olub. xəbər verir ki, bu barədə ABŞ mediası məlumat yayıb. "Oktyabrın 29-da yerli vaxtla təxminən saat 14:10-da Makminvilla şəhərinin şimalında, Emiti-Deyton şosesi ilə Krinkshenk yolunun kəsişməsi yaxınlığında "Robinso

22:00 78
.

Direktor bağçada uşağa şiddət göstərdi - Cinayət işi açıldı-Video

Bakının Səbail rayonu, Badamdar qəsəbəsində fəaliyyət göstərən "EOS uşaq inkişaf mərkəzi"ndə azyaşlılara qarşı fiziki zorakılıqla bağlı görüntülər yayılıb. "Qafqazinfo" xəbər verir ki, məsələ ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğl

15:12 369
.

Mustafa Sandalın yeni görünüşü hamını təəccübləndirdi - Konsertə belə çıxdı

Türkiyənin məşhur müğənnisi Mustafa Sandal bu dəfə mahnıları ilə yanaşı, görünüşündə etdiyi dəyişikliklə də maqazin gündəminə gəlib. Türkiyə mediasına istinadən xəbər verir ki, sənətçi İstanbulda yerləşən Harbiye Cemil Topuzlu Açıq Hava Teatrında konsert verib. Sevilən mahnılarını səsləndirən müğənn

19:30 213
.

Zəfər Günü və Şuşa Günü - Azərbaycanın tarixi qələbəsinin, milli birliyinin və əbədi qürurunun təcəssümü

Azərbaycan xalqının tarixində elə günlər var ki, onların əhəmiyyəti yalnız təqvimdəki bir tarixlə məhdudlaşmır. Bu günlər xalqın milli yaddaşına, dövlətçilik salnaməsinə və gələcək nəsillərin düşüncəsinə əbədi həkk olunur. 8 Noyabr - Zəfər Günü və 15 İyun - Şuşa Şəhəri Günü də məhz belə əlamətdar tarixlərdəndir

12:19 345
.

Böyük Qayıdışın mühüm mərhələsi: Məcburi köçkünlərin doğma yurdlarına mərhələli qayıdışı dövlət siyasətinin prioritet istiqamətidir

Azərbaycanın qarşısında dayanan ən mühüm strateji vəzifələrdən biri işğaldan azad edilmiş ərazilərin bərpası, yenidən qurulması və vaxtilə öz doğma torpaqlarından didərgin düşmüş insanların təhlükəsiz, ləyaqətli və davamlı şəkildə yurdlarına qaytarılmasıdır. Bu gün həyata keçirilən Böyük Qayıdış proses

12:02 250
.

Putin Makron və Merzlə telefon danışığına hazırdır

Rusiya Prezidenti Vladimir Putin Fransa Prezidenti Emmanuel Makron və Almaniya Kansleri Fridrix Merzlə telefon danışığı aparmağa hazırdır. xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. Onun açıqlamasını jurnalist Aleksandr Yunaşev "Telegram" kanalında yayımlayıb

11:00 224
.

Noyabrın havası ilə bağlı XƏBƏRDARLIQ

Noyabr ayında Azərbaycanda soyuq hava kütlələrinin əraziyə tez-tez daxil olması nəticəsində havanın temperaturu xeyli aşağı enəcək. BİG.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin məlumatında qeyd olunub. Bildirilib ki, noyabr ayında ümumi atmosfer sirkulyasiyasının dəyişməsi ba

13:30 367
.