"O, həmin Vardanyandır ki, Azərbaycanı hədələdiyinin şahidi olmuşuq"-AÇIQLAMA

"O, həmin Vardanyandır ki, Azərbaycanı hədələdiyinin şahidi olmuşuq"-AÇIQLAMAErmənistan tərəfi beynəlxalq ictimaiyyət qarşısında şour yaratmaq üçün əssassız iddialara davam edir. Buna daha bir nümunə olaraq 27 senytabrda qondarma rejimin "dövlət naziri" vəzifəsində çalışmış Ermənistan vətəndaşı Ruben Vardanyanın həbsini nümunə göstərmək olar. Erməni mediası Ruben Vardanyanın məhkəmə qarşısına çıxmadan işgəncə görüldüyünü və edam cəzası alacağı ilə bağlı məlumatlar yayırlar. Bununla bağlı BiG.AZ-a danışan "Konstitusiya Araşdırmaları" Fondunun prezidenti, ədliyyə naziri yanında ictimai komitənin üzvü Əliməmməd Nuriyev deyib ki, ermənilər istənilən separatçının tutulması ilə bağlı dərhal vəziyyəti siyasiləşdirməyə çalışırlar. Bu onların xislətində var. Ruben Vardanyana bir çox ittihamlar irəli sürülüb. İlk olaraq bu adam Azərbaycan sərhədini qeyri-qanuni keçib. Ermənistan vətəndaşıdır və müvafiq sərhəd prosedurlarına əməl etməyib. İkincisi o Azərbaycan sərvətlərinin talan edilməsində birbaşa iştirak edib. Azərbaycanda qeyri-qanuni erməni qüvvələrini ideoloji silahla təmin edilməsində, Azərbaycana qarşı qətliamlarında çağırışları olmuşdur. Azərbaycanlılara qarşı bir çox terrorçu çağırışların hamısında Ruben Vardanyan özü iştirak edib:

"Eyni zamanda silahlı birləşmələrin yaradılması, ona dəstək verməsi ilə bağlı Vardanyanın cinayət əməlləri mövcuddur. Həmçinin Vardanyanın Azərbaycanda ərazisində qeyri-qanuni məskunlaşma prosesinə maliyyə dəstəyinin birbaşa həyata keçirilməsi bağlı cinayətlər başqa bir maddə də öz əksini tapır. Buna insanlıq əleyhinə olan cinayətlərdə bu şəxsi ittiham etmək üçün yetəri qəddər əsas var. Ermənilər edam iddiaları siyasi şou xarakteri daşıyır. Azərbaycanda edam cəzası 1998-də ləğv olunmuşdur. 1994-cü ildən günümüzə kimi ölüm cəzası tətbiq olunmayıb. İkinci tərəfdən Azərbaycan tərəfi istər silahlı birləşmələrə qarşı antiterror tədbirləri çərçivəsində də legitim hədəflərdən biridir amma onları məhv etmədi. Axtarışda olduğu üçün, xüsusilə bir neçə il əvvəl bölgəyə daxil olduğu üçün Azərbaycan haqqında axtarış vermiş, haqqında cinayət işi qaldırılmışdır. Sərhədçilərimizin sayıqlığı nəticəsində Vardanyan həbs edilib və müvafiq qayda da onunla bağlı istintaq əməliyyatlarına başlanılıb. Yaxın günlərdə Baş Prokurorluq əlavə məlumatlar bildirəcək".

Hüquqşünas bildirib ki, Vardanyana qarşı istintaq prosesi Azərbaycan Respublikası Milli Qanunvericiliyinə əsasən uyğun davranılır. Vardanyanın tutulduğu andan etibarən zəruri müdafiəsi prosesi baş verəcəkdir:

"Böyük ehtimalla artıq belə təkliflər olunub. Bu baxımdan qanunvericilikdə nəzərdə tutulmuş bütün prosedurlara uyğun olaraq o şəxs saxlanılıb. Ermənilərin hərəkətləri hay-küydən başqa bir şey deyil. Yenə də beynəlxalq təşkilatların diqqətini cəlb etmək istəyirlər. Dünyanın gözü qabağında onun necə həbs edilib saxlanıldığı göstərildi. Onun hara aparılması ilə bağlı, müvafiq istintaq əməliyyatları ilə bağlı məlumat yayılıb. Vardanyan məhkəmə qarşısına çıxacaq və Azərbaycan cinayət məcəlləsi ilə bir neçə maddə ilə ittiham oluna bilər. Əminəm ki özünün layiq olduğu cəzanı alacaq.Ermənilər Ruben Vardanyanın həbs olunmasını siyasiləşdirirlər. Bununla bir reklam düzəltməyə çalışırlar. Beynəlxalq ictimaiyyət qarşısında əzabkeş obrazını yaratmağa çalışırlar. Bu vardanyan o vardanyandır ki, Azərbaycana qarşı çağırışlar etdiyinin və hədələdiyinin şahidi olmuşuq. İstintaq prosesləri başa çatdıqdan sonra məhkəmə haqqında qərarı verəcək".

Qeyd edək ki, Məhkəmə tərəfindən Ruben Vardayan barəsində dörd aylıq həbs qətimkan tədbiri seçilib. Ermənistan vətəndaşı olan 1968-ci il təvəllüdlü R.Vardanyanın Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsinə əsaslı şübhələr müəyyən edilib.

Sevda Səfərova


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2468   Tarix: 28 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Röya: "İndiki ağlım olsaydı, Hüseyni tək buraxmazdım"

Röya Ayxan yeganə övladı Hüseynlə bağlı səmimi fikirlərini bölüşüb. "Yeni Sabah" xəbər verir ki, Xalq artisti "Günə uğurla" proqramında etiraf edib:. "Bugünkü düşüncəm olsaydı, Hüseyni tək böyütməzdim". Röya bildirib ki, oğlunun bacı və ya qardaşının olmasını çox istəyirmiş

18.12.2025 230
.

Panama sahillərində zəlzələ baş verib

Panama sahillərində 6 bal gücündə zəlzələ qeydə alınıb. BİG.AZ CBS News-a istinadən xəbər verir ki, zəlzələnin episentri Burika şəhərindən təxminən 155 km cənub-şərqdə Sakit okeanda, ocağı isə dərinlikdə baş verib. Hazırda ölən və xəsarət alan barədə məlumat yoxdur və sunami təhlükəsi ilə bağlı xəbərdarlı

18.12.2025 195
.

Türkiyədə iki azərbaycanlıya 30 il HƏBS CƏZASI verildi

Türkiyədə narkotiklərin qanunsuz dövriyyəsində ittiham olunan azərbaycanlılara hökm oxunub. yerli mediaya istinadla bildirir ki, Alanya Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 39 yaşlı Tamerlan A. və 36 yaşlı Yunus T.-nin hər birinə 15 il həbs, eləcə də 250 min lirə cərimə cəzası verilib. Digər təqsirləndirilə

18.12.2025 182
.

"Elşən Gülşən"də bu nöqsanlar aşkarlandı - Fotolar

Sabirabad rayonu, Qaragüney kəndində fəaliyyət göstərən "Elşən Gülşən" ticarət mərkəzində nöqsanlar aşkarlanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb. Belə ki, baxış zamanı marketdə qida məhsullarının saxlanma şəraitinə əməl olunmadığı

18.12.2025 256
.

Qubada avtobus ananı vurub öldürdü, övladı yaralandı

Qubada sərnişin avtobusu ana və övladını vurub. APA-ya istinadla bildirir ki, hadisə şəhərin Heydər Əliyev prospektində baş verib. Quba-Xaçmaz marşrutu ilə hərəkət edən avtobus 27 yaşlı İsrafilova Əminə Sahib qızını və onun azyaşlı övladını vurub. Yaralılar Quba rayon Mərkəzi Xəstəxanasına çatdırılıb

18.12.2025 243
.

Bu hospitalın dövlətə borcu 26,5 milyonu ötdü

Bakıda fəaliyyət göstərən "Caspian International Hospital"ın dövlət qarşısında borcu 26,5 milyon manatı ötüb. İqtisadiyyat.az xəbər verir ki, özəl tibb müəssisəsinin vergi borcu gündən-günə artmaqda davam edir. Hazırda isə hospitalın Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsin

18.12.2025 155
.

"Qoç ət"in dönərindən 20 sm tük çıxıb? - "Əməkdaşlarımız saçı qısa olan kişilərdir"

Bakıdakı "Qoç ət" restoranında hazırlanan dönərin içindən 20 sm-lik tük çıxdığı iddia olunur. "Qafqazinfo" xəbər verir iki, bu iddianı reklam mütəxəssisi Azər Nəzərov sosial şəbəkə hesabında irəli sürüb. O bildirib ki, sözügedən halla ötən həftə ailəsi ilə birlikdə getdiyi restorand

18.12.2025 366
.

Nigar Fərhadla bağlı daha bir QALMAQAL

Bir müddət əvvəl səsləndirdiyi qalmaqallı fikirləri ilə gündəm olan aparıcı Nigar Fərhadın rəhbəri olduğu şirkət müştərinin ödənişini qaytarmır. Bizim.Media -a istinadən xəbər verir ki, bu iddia ilə bağlı müştəri "Facebook" sosial şəbəkəsində paylaşım edib. Paylaşımda qeyd olunur ki, o, "AI

18.12.2025 284
.

Balaəlinin ikinci övladı oldu

Tanınmış meyxanaçı Balaəli Maştağalının ikinci övladı olub. Axşam.az xəbər verir ki, bu barədə "İncə səhər" verilişində aparıcı Vüsalə Əlizadə məlumat yayıb. O, meyxanaçının oğlunun dünyaya gəldiyini bildirib. Qeyd edək ki, Balaəlinin Dəniz adlı bir qız övladı da var

18.12.2025 420
.

TOP MP3