"Aparıcı antiterror əməliyyatları zamanı maneə törədə biləcək hərbi texnika, səngər və fortifikasiya qurğuları məhv edilməlidir"-POLİTOLOQ
Xəbər verdiyimiz kimi, Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumata görə, hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb. Bununla bağlı BiG.AZ-a danışan politoloq Turab Rzayev bildirib ki, Ermənistanın təxribatları artıq pik həddə çatıb. Təxribatlar nəticəsində həm mülkü əhalidə, silahlı qüvvələrimizdən, DİN əməkdaşlarının həlak olması ilə nəticələnib. Bu vəziyyət heç bir halda qəbul edilə bilməz:
"Ermənistan tərəfi vaxtaşırı kəşfiyyat diversiya qrupları göndərir, şərti sərhədləri pozur. Azərbaycan ərazisində qanunsuz şəkildə minalanmasını həyata keçirir. Piyada əleyhinə və nəqliyyat vasitələri əleyhinə yerləşdirilmiş minalar bizim Qarabağda yenidənqurma işlərimizin qarşını alır. Bütün bunlara görə məsuliyyət Ermənistan tərəfinin üzərinə düşür. Ermənistan artıq vəziyyəti dərk etməli, təxribatlardan əl çəkməlidir. Ona görə qarşı tərəf Azərbaycan ilə əməkdaşlıq etməlidir. Əks halda Azərbaycan həm işğal altında olan və həmdə Rusiya sülhməramlıların müvəqqəti nəzarəti altında olan ərazilərdə antiterror əməliyyatları aparmaq hüququnu özündə saxlayır. Bu gün antiterror əməliyyatları ilə kəşfiyyat diversiya qrupları, qanunsuz silahlı birləşmələr, minaları yerləşdirənlər, Azərbaycan əsgərinə və polisinə atəş açan şəxslər məhv edilib, sıradan çıxarılmalıdır".
Politoloq deyib ki, Ermənistan sərhədində Azərbaycana qarşı döyüş mövqeyinə gətirilmiş, Azərbaycana qarşı hücumda istifadə edilə bilən, aparıcı antiterror əməliyyatları zamanı maneə törədə biləcək silah-sursat, hərbi texnika, səngər və fortifikasiya qurğuları məhv edilməlidir:
"Azərbaycan dövləti Qarabağdakı separatçılara qarşı anterror əməliyatına başlamaq hüququna malikdir. Ermənistan ərazisinin Azərbaycan ərazisinə hədəf almış bütün hərbi-qurgular, texnikalar, döyüş mövqeləri legitim hədəf halına gəlir. Həmin mövqelərdən Azərbaycan ərazisinə təxribat -diversiya qrupları sızır. Bununla yanaşı, bu döyüş mövqeləri ola biləcək hər hansı antiterror əməliyyatı və lokal toqquşmalarda Azərbaycan üçün təhdid yaradır. Bu baxımdan bizim legitim hüququmuzdur ki, təhdidi aradan qaldıraq, həmin mövqelərə zərbə endirək. Azərbaycan ordusu 44 günlük müharibə zamanı olduğu kimi mülki obyektləri hədəf almayacaq. Bütün mülki şəxslər və mülki obyektlər müharibə kənarında qalacaq. Bu hərbi əməliyyat döyüş nöqtələrinin konkret şəkildə dəqiq nöqtə atışı ilə yüksək texnoloji silahlarla məhv edilməsinə xidmət edəcək".
Sevda Səfərova
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 3368 Tarix: 19 sentyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTürkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində
18.09.2021 254 Bakıda intiharın qarşısı alındı
Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl
17.09.2021 1997 İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb
İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın
18.09.2021 443 Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar
18.09.2021 264 Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO
Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is
18.09.2021 789 Şimşək çaxıb, leysan yağıb
Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala
17.09.2021 1179 Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?
Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar
18.09.2021 1826 Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"
Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda
18.09.2021 233 Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO
Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını
18.09.2021 428