Bir gecədə 7 polisimizi itirdik...

Bir gecədə 7 polisimizi itirdik...Məlum olduğu kimi, ötən gecə Füzuli və Xocavənd rayonlarındakı hadisələrdə 7 polis əməkdaşı həlak olub, daha 6-sı yaralanıb.

"Qafqazinfo" xəbər verir ki, saat 01 radələrində Füzuli rayonu ərazisində polislərin olduğu yük avtomobili aşıb. Nəticədə DİN-in 3 əməkdaşı hadisə yerində həyatını itirib, 6 əməkdaş müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bundan bir qədər sonra Xocavənd rayonunun Tağaverd kəndi ərazisində erməni diversiya qrupunun törətdiyi terror aktı nəticəsində Əhmədbəyli-Füzuli-Şuşa yolunda çalışan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 2 əməkdaşı həlak olub. Saat 04:30 radələrində DİN-in əməkdaşlarının olduğu "Kamaz" markalı digər nəqliyyat vasitəsi hadisənin baş verdiyi yerə çatarkən terrorçuların basdırdığı digər mina da partlayıb. Nəticədə nəqliyyat vasitəsində olan polis əməkdaşları 05.02.1994-cü il təvəllüdlü Camalzadə Asim Knyaz oğlu, 08.07.1987-ci təvəllüdlü Şirinov Ramil Arif oğlu, 12.07.1991-ci il təvəllüdlü Mahmudov Seymur Elsevər oğlu və 21.07.1998-ci il təvəllüdlü Zamanov Xəzər Azər oğlu hadisə yerində həlak olub.

Beləliklə, baş vermiş qəzada 3, terrorda 4 nəfər olmaqla, ümumilikdə 7 polis əməkdaşı həlak olub.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2089   Tarix: 19 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

DYP-dən piyadalara MÜRACİƏT

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi piyadalara müraciət edib. İdarənin rəsmisi, polis mayoru Araz Əsgərli -ə açıqlamasında bu gün Heydər Əliyev prospekti şəhər istiqamətində növbəti piyadavurma hadisəsi məhz yerüstü piyada keçidinin altında qeydə alındığını bildirib. Onun sözlərinə görə, hadisə zaman

15:07 0
.

ABŞ-də təyyarə qəzası olub

ABŞ-də təyyarə qəzası baş verib. BİG.AZ xarici mediaya istinadən xəbər verir ki, qəza nəticəsində 4 nəfər ölüb. Qəza nəticəsində Şimali Dakota senatoru Duq Larsen, onun həyat yoldaşı və iki uşağ dünyasını dəyişib. Təyyarənin qəzaya uğramasının səbəbini araşdırılır

12:17 138
.

Hər ailəyə nə qədər sosial yardım ödənilir? - FOTO

Cari ilin sentyabr ayında orta hesabla bir ailəyə ödənilən Ünvanlı Dövlət Sosial Yardımın (ÜDSY) məbləği 26,9 faiz artıb. BİG.AZ xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb. Bildirilib ki, ötən ilin sentyabr ayınd

14:06 248
.

DİN-dən yeniyetmələrin təhlükəli əyləncəsi ilə bağlı AÇIQLAMA - VİDEO - YENİLƏNİB

Bakıda yeniyetmələrin yüksəklikdən avtomobil təkəri buraxaraq yolda hərəkət edən nəqliyyat vasitələri üçün təhlükə yaratmaları ilə bağlı sosial şəbəkələrdə görüntülər yayılıb. Bu hərəkət vətəndaşların qınağına səbəb olub. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirili

10:13 362
.

"Separatçılar narkotranzitin Avropaya daşınması üçün regionda PKK-ya xətt açmışdı"-EKSPERT

PKK terror təşkilatı yaranandan bəri onun erməni təşkilatları ilə əlaqələri daim gündəmdə olan bir mövzudur. Erməni separatçılarının terror təşkilatları ilə əlaqələri təhlükəsizlik qüvvələrimizin və kəşfiyyat orqanlarının açıqlamalarında qeyd olunub. Xüsusilə, 44 günlük Vətən müharibəsində erməniləri

14:01 377
.

Türkiyə bütün ərazilərdə antiterror əməliyyatı aparır

Türkiyə təhlükəsizlik qüvvələri respublikanın hər yerində "Qəhrəmanlar" kod adlı genişmiqyaslı antiterror əməliyyatı keçirir. "TASS"a istinadən xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin rəhbəri Əli Erlikaya X sosial şəbəkəsindəki (keçmiş Twitter) səhifəsində məluma

10:58 241
.

16 yaşlı oğlanın meyitini 1 gecə maşında saxlayıb, hələ işə də gedibmiş...

Keçən ilin sentyabrında Bakıda 16 yaşlı Hüseynağa Şeydabəyovu qətlə yetirən və meyitini xeyli müddət avtomobilində saxladıqdan sonra "Sədərək" ticarət mərkəzinin ərazisində basdıran 1968-ci il təvəllüdlü Babək Quliyevin məhkəməsi başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Bakı Ağı

14:33 234
.

Antiterror tədbirlərində şəhid olan daha beş hərbçimizin kimliyi müəyyənləşib - SİYAHI

Qarabağda antiterror tədbirləri zamanı şəhid olan daha 5 hərbçinin kimliyi müəyyənləşib. BİG.AZ xəbər verir ki, onların adları Müdafiə Nazirliyinin təqdim etdiyi siyahıya əlavə olunub. Siyahı ilə aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz. Antiterror əməliyyatlarında şəhid olmuş hərbi qulluqçuları

10:37 462
.

Selçuk Bayraktardan Prezidentə MARAQLI HƏDİYYƏ - VİDEO

Ötən gün Bakı Konqres Mərkəzində 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimi keçirilib. Tədbirə Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və oğulları Heydər Əliyev də qatılıb. Mərasimdə Türkiyənin "Baykar" şirkətinin texniki direktoru Selçuk Bayraktar İlham Əliyev

10:05 553