"ABŞ Qarabağdakı separatçılara yanaşmada Rusiyadan və Fransadan fərqli mövqe nümayiş etdirə bilmir"-POLİTOLOQ

"ABŞ Qarabağdakı separatçılara yanaşmada Rusiyadan və Fransadan fərqli mövqe nümayiş etdirə bilmir"-POLİTOLOQSon zamanlar ermənilər həm dövlət, həm də diaspor səviyyəsində anti-Azərbaycan fəaliyyətini genişləndiriblər. Bir çox xarici güc faktorları, xüsusilə ABŞ ərazilərimiz işğal altında olan zaman necə mövqe nümayiş göstəribsə indi də elə davranır. Bu baxımdan ölkə erməni lobbisinin əlində öyuncağa çevrilib. Bununla bağlı BiG.AZ-a danışan Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, politoloq Tural İsmayılov deyib ki, ABŞ tamamilə ədalətsiz mövqe göstərməyə davam edir. Bu günə qədər ABŞ-ın Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması ilə bağlı hansısa töhvə vermək imkanı var idisə, son dövrlərdə atdığı təxribatçı addımlar bu imkanları ciddi sual altına alır:

Xüsusilə, Ağdam -Xankəndi yolu ilə bağlı ABŞ dövlət katibi Antoni Blinkenin mövqe qoyduqdan sonra ABŞ Senatındakı və Konqresindəki Frank Pallone, Nensi Pelosi kimi ermənispərəst simaların təyziqi nəticəsində geri çəkilməsidir. Dövlət katibi Yuri Kimin Laçın yolu ilə bağlı, hətta ABŞ-ın region ilə mövqeyində erməni lobbisinin çirkli pullarının təsiri altında müəyyən dırnaq arası "korrektələr" etdiyi göstərir. Amma istənilən halda hesab edirəm ki, Azərbaycan ərazisində hansısa yolların işləkliyi ilə bağlı ABŞ da daxil olmaqla, beynəlxalq güclərin fikir bildirmək lüksü yoxdur.

Politoloq qeyd edib ki, Azərbaycan ABŞ-ın suveren hüququ olan, Amerikanın daxilindəki hansısa yük daşımaları və nəqliyyat dəhlizləri ilə bağlı prosese qarışmır. Bu baxımdan Amerikanın Azərbaycan ərazisində hansısa yolların işləkliyi Azərbaycan dövlətinin çıxardığı qərarlara hörmət etmək borcu var:

Eyni zamanda nəzərə almaq lazımdır ki, bu gün ABŞ-a bəlli olan məsələdir ki, Qarabağdakı separatçıların qalmağında maraqlı tərəflərdən biri Rusiyadir. ABŞ bu məsələdə Rusiya ilə bir növ ayaqlaşır. Çünki erməni lobbisi bu gün Amerikada təəssüflər olsun ki çirkli pullar hesabına güclənib. ABŞ Qarabağdakı separatçılara yanaşmada Rusiyadan və Fransadan fərqli mövqe nümayiş etdirə bilmir. Bu bizdə Vaşinqtonun Azərbaycan və Ermənistan münasibətlərinin normallaşdırılması ilə bağlı mövqeyində səmimiliyinə haqlı şübhələr yaradır.

Sevda Səfərova


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1481   Tarix: 18 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Sahil Babayevə yeni müavin təyin edildi - Foto

Sadiq Cabir oğlu Əliyev maliyyə nazirinin müavini təyin edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, o bu günə qədər Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinin direktoru vəzifəsində çalışıb. Xatırladaq ki, hazırda maliyy

30.10.2026 301
.

"İnci" körpələr evində azyaşlıya şiddət iddiası - Video

"İnci" körpələr evi-uşaq bağçasında azyaşlı uşağa qarşı şiddət göstərildiyi iddia olunub. Bu barədə -ın qaynar xəttinə (055-224-12-12) şikayət daxil olub. Valideyn Səbinə Şəkərova iddia edib ki, oğlu iki yaşlı İslam müəllimi tərəfindən şiddətə məruz qalıb. Onun sözlərinə görə, uşağın bədəni

30.10.2026 480
.

Polşada dövlət çevrilişi iddiası: Hakimin binaya girişinə mane olundu

Polşada dövlət çevrilişinə cəhd baş verdiyi iddia olunur. Bu barədə mühafizəkar Hüquq və Ədalət (PiS) partiyasından olan Avropa Parlamentinin üzvü Arkadiuş Mularçik polis əməkdaşlarının Konstitusiya Tribunalının binasına girişi məhdudlaşdırmasından sonra açıqlama verib. xəbər verir ki, məhkəmənin rəsm

10:38 147
.

Ata-anasını öldürdü, məhkəməyə belə gətirildi

ABŞ-də qətldə ittiham olunan 31 yaşlı Daniel Consun məhkəməyə çıxarılması zamanı qeyri-adi hadisə yaşanıb. xarici mediaya istinadən xəbər verir ki, hadisə Ohayo ştatının Oberlin şəhərində qeydə alınıb. Oberlin Kollecində incəsənət və fotoqrafiya professoru işləyən 64 yaşlı Pipo Nquyen-Duy və onun 5

30.10.2026 339
.

Abramoviçin Bakıdan fotosu - Bu dəfə tək deyil

Rusiyalı milyarder Roman Abramoviç hazırda Bakıdadır. "Qafqazinfo" xəbər verir ki, o, paytaxtımızda sevgilisi kimi təqdim edilən ukraynalı model Natalya Qotsiylə birlikdə görüntülənib. -ın məlumatına görə, Abramoviçin Bakıya səfərinin "Baku International Art Festival" (BIAF) ilə əlaqəl

11:07 140
.

Qızıl bahalaşdı

Azərbaycan bazarında 30 oktyabr 2026-cı il tarixi üçün olan qızılın qiyməti açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, qızılın 1 unsiyasının qiyməti 6,867.8810 manat təşkil edib. Bununla da 1 qram xalis qızılın qiyməti 220.81 manat səviyyəsində müəyyənləşib. Bazar tələbinə uyğun olaraq müxtəli

30.10.2026 345
.

Mustafa Sandalın yeni görünüşü hamını təəccübləndirdi - Konsertə belə çıxdı

Türkiyənin məşhur müğənnisi Mustafa Sandal bu dəfə mahnıları ilə yanaşı, görünüşündə etdiyi dəyişikliklə də maqazin gündəminə gəlib. Türkiyə mediasına istinadən xəbər verir ki, sənətçi İstanbulda yerləşən Harbiye Cemil Topuzlu Açıq Hava Teatrında konsert verib. Sevilən mahnılarını səsləndirən müğənn

30.10.2026 398
.

ABŞ-da iki helikopter toqquşdu: ölənlər var

ABŞ-ın Oreqon ştatında iki helikopterin toqquşması nəticəsində üç nəfər həlak olub. xəbər verir ki, bu barədə ABŞ mediası məlumat yayıb. "Oktyabrın 29-da yerli vaxtla təxminən saat 14:10-da Makminvilla şəhərinin şimalında, Emiti-Deyton şosesi ilə Krinkshenk yolunun kəsişməsi yaxınlığında "Robinso

30.10.2026 361
.

Arvadının xəyanətini görüb dəhşətli qətl törətdi

ABŞ-də xəyanətlə üzləşən kişi dəhşətli cinayət törədib. xarici mediaya istinadən xəbər verir ki, hadisə oktyabrın 24-də Kaliforniya ştatının Anahaym şəhərində qeydə alınıb. 34 yaşlı İsmayel Pinedalopes işdən evə tez qayıdarkən həyat yoldaşını 28 yaşlı Nikolas Qarsiya ilə yataq otağında görüb. Qarsiyanı

30.10.2026 330
.