Bakıda gənc oğlan gecə əmisini öldürdü: "Dedi, sənin anan..." - Şok təfərrüat

Bakıda gənc oğlan gecə əmisini öldürdü: "Dedi, sənin anan..." - Şok təfərrüatBakının Xəzər rayonunda 1989-cu il təvəllüdlü Şahin əmisi Valehi qətlə yetirib.

BiG.AZ Teleqraf.com-a istinadən bildirir ki, qətl hadisəsi 29 sentyabr 2022-ci ildə Xəzər rayonu, Buzovna qəsəbəsində baş verib.

Şahin yaşadığı evin yaxınlığında əmisi Valehlə mübahisə edib. Mübahisə zamanı Şahin bıçaqla onun bədən nahiyəsinə zərbə vurub. Valeh aldığı xəsarətdən vəfat edib.

İstintaq orqanı tərəfindən Şahinin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Şahin ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, zərərçəkmiş Valeh əmisidir, əmisi ilə heç bir ədavəti olmayıb: "Əmim içki aludəçisi olduğu üçün həmişə məni, valideynlərimi yersiz təhqir edirdi. Hadisə günü də, yəni sentyabrın 29-u gecə evdə idim. Əmim həyətimizə gəlib, nalayiq ifadələr işlətdi. Buna görə aramızda münaqişə yarandı.

Münaqişə zamanı üzərimdə bıçaq yox idi. Əmim bıçaqla üzərimə gəldi və mənə zərbə vurmaq istəyəndə həmin bıçağı onun əlindən aldım. Bıçağı yerə atmaq istəyəndə əmimin qarın nahiyəsinə dəydi.

Əmimi qəsdən öldürmək niyyətim olmayıb. Polis bölməsində izahatımda da eyni şeyləri demişəm. Əmim məni təhqir etdiyinə görə belə hadisə yaşandı. O, atamı söydü. Əvvəllər də bizə içkili vəziyyətdə gəlib. Ona həyətimizə içkili vəziyyətdə gəlməməyi tapşırmışdım. Həyətdə məndən başqa qardaşlarım və ailəsi də yaşayır".

Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə günü qardaşları həyətdə olmayıb: "Qardaşlarım da əvvəllər əmimə həyətə içkili gəlməsinəı irad bildiriblər".

Məhkəmədə təqsirləndirilən şəxsin ibtidai istintaqa verdiyi ifadəsi ilə hazırkı ifadəsi arasında ziddiyyətlər yaranıb. Bu səbəbdən hakim heyəti ibtidai istintaqa verilən ifadəni açıqlayıb.

"Əmim tək yaşayırdı"

İfadədə deyilir ki, Şahinin əmisi Valehi qəsdən öldürmək istəməyib, ona yalnız xəsarət yetirmək fikri olub.

Deyib ki, 2013-cü ildə rəsmi nikaha daxil olaraq evlənib və bu nikahdan 3 qızı, 1 oğlu var: "Biz Buzovna qəsəbəsində ata həyətində qalırıq. Həyətdə 3 ev var. Evlərdən birində böyük qardaşım Ağahüseyn ailəsi ilə, o biri evdə anam subay qardaşım Cavanşirlə, o biri evdə isə biz qalırıq.

Ağahüseyn həyat yoldaşı Aygün və birgə nikahdan olan övladları 3 yaşlı Lətiflə birlikdə yaşayır. Atam Bahadur 2016-cı ildə xəstəlikdən vəfat edib.

Mənim 4 əmim var. Böyük əmim Manaf ailəsilə bizimlə qonşuluqda, o biri əmim Vahab ailəsilə Albalılıq yaşayış massivində, digər əmim Saleh ailəsilə evimizin yaxınlığında yaşayır. Salehgillə evimizin arasında məsafə təxminən 5-10 dəqiqəlik yoldur.

Mərhum əmim Valeh isə Salehgilin həyətində, başqa evdə tək yaşayırdı. Bundan başqa, beş bibim var, onlar da Buzovna və Maştağa qəsəbələrində ərazilərində yaşayırlar. Əmim Valeh əvvəllər Xədicə adlı qadınla evli olub. Həmin nikahdan Cəmalə adlı qızı var. Sonra nikahları pozulub və arvadından ayrılıb".

"İçki aludəçisi idi"

Təqsirləndirilən şəxsin ifadəsinə görə, daha sonra Valeh Zümrüd adlı qadınla qeyri-rəsmi ər-arvad kimi yaşayıb, bu nikahdan Ayşən və Taleh adlı övladları doğulub: "Valeh Zümrüddən də ayrıldı. Çünki spirtli içki aludəçisi idi, tüfeyli həyat tərzi keçirirdi. Eşitdiyimə görə, narkotik maddələrdən də istifadə edirdi.

Valehlə aramızda hər hansı bir düşmənçilik və ədavət olmayıb. Amma son zamanlar həyətdən bəzi əşyaların oğurlandığını hiss edirdim. Əşyaları götürənin əmim olduğunu bildiyim üçün bu barədə polisə şikayət etmirdim. Valehin götürdüyü ev əşyalarının qiyməti baha deyildi, yəni qaz balonu, qazan, tava, çaynik və bu kimi əşyalardı. Buna görə Valehə iradlarımı bildirmişəm. O isə həyətimizdən və evdən əşya götürdüyünü inkar edirdi".

"Həmişə yola verməyə çalışmışam"

Şahin deyib ki, son zamanlar Valeh sərxoş vəziyyətdə yaşadığı evə gəlir, onun, rəhmətlik atasının və ailəsinin ünvanına dilə gətirilə bilməyəcək ifadələrlə söyüşlər söyürmüş: "Heç vaxt əmimin təhqirlərinə qarşılıq verməmişəm. Bir böyük kimi onu yola verməyə çalışmışam. Amma bu hal, yəni Valehin şərəf və ləyaqətimi səbəbsiz söyüb təhqir etməsi daimi xarakter almışdı.
Ətraflı

Atam sağ olanda ondan qorxaraq çəkinirdi, həmin vaxtlar bizimlə işi yox idi.

Valeh ayıq vaxtlarında deyirdi ki, sərxoş olanda nə etdiyinin fərqində olmur. Cavabında deyirdim ki, əmi, sən onsuz da həmişə sərxoş olursan, məni həmişə təhqir etməlisən?.."

"Başa düşdüm ki, əmim götürüb"

Təqsirləndirilən şəxs deyib ki, sonuncu dəfə həyətindən çarpayı setkasını götürüldüyünü hiss edib:

"Çarpayının o qədər maddi dəyəri olmasa da, həyətdə istifadə edirdik. Bildim ki, həmin setkanı da əmim götürüb. Lakin ona bir söz demədim.

Valeh narkoloji dispanserdə stasionar müalicə almamışdan öncə, təxminən 2022-ci ilin avqustunda əmimgilin evinə gedəndə ev əşyalarımızı onlarda gördüm. Valehin özündən xəbərsiz əşyaları, yəni tava, qazan, çaynik və çarpayı setkaını götürərək evimə gətirdim.

Sentyabrın 28-də axşam təxminən saat 23 radələrində Valeh sərxoş halda bizə gəldi. Arvadım və uşaqlarım yatmışdılar. Məndən siqaret istədi, verdim. Dedi ki, sən artıq ... edirsən, girib evimdən qazan-çaynik götürürsən, mən səni vuracağam, gədə.

Əmimə söyüşlə danışmamağı bildirdim, dedim ki, əmi, mən də kasıbçılıqla dolanan adamam, sən mənim həyətimdə olan-qalanım nə varsa, götürürsən, əlacsız qalıram, narkolojidən təzə çıxıb gəlmisən, yenə başlamısan spirtli içki içməyə, belə hərəkətlər eləmə. Kənddə hamı səndən danışır ki, Valeh içib tüfeyli həyat tərzi keçirir.

Valeh yenə adəti üzrə məni və ailəmi təhqir etməyə başladı. Məni yenə öldürəcəyi ilə hədələdi və dedi ki, əşyaları oğurlamaq üçün götürməmişəm, istifadə edib qaytaracaqdım. Ünvanıma nalayiq ifadələr işlətməyə davam etdi. Ona dedim ki, indi sərxoşsan, get, sabah ayıq olanda danışarıq. Bu minvalla Valehi yola saldım".

"Anamı təhqir etdi"

Şahin deyib ki, Valeh sentyabrin 28-dən 29-na keçən gecə, təxminən saat 12 radələrində yenidən onların evinə gəlib: "Yenə məni söyüb təhqir etməyə başladı. Onu sakitləşdirirək evinə tərəf yola salmağa çalışdım. Yarı yolda Valeh mənə "gedək mənim evimə, gör səni..." - deyə bildirdi. Ölmüş atamın qəbrini söydü, anamı təhqir etdi.

Valehi yarıyolda qoyaraq evə qayıtdım. Təxminən 6 ildir belə davam edir, bu dəfə Valehin təhqirlərinə dözə bilmədim. Onu qorxutmaq məqsədilə evdən bıçaq götürüb yanına qayıtdım. Saat 01-02 radələri idi. Əmim məni görəndə dedi ki, bura gəl, küçük. Ağlayaraq dedim ki, əmi, həmişə sənə böyük kimi hörmət etmişəm, neçə illərdir, məni təhqir etməyinə baxmayaraq, sənə bir dəfə də cavab qaytarmamışam, əl qaldırmamışam. Amma sən isə mənim atamın qəbrini söydün. Buna görə məndən üzr istə. Əmim "səndən nə üzrü istəyəcəm..." Yenə söydü. Anam haqqında pis sözlər söylədi.

Bundan sonra bütün əsəblərim korlandı. Bir anlıq dünya başıma fırlandı. Valehi qorxutmaq və yüngül cəzalandırmaq üçün evdən götürdüyüm və şalvarımın sağ yan cibinə qoyduğum bıçağı çıxardım, Valehin təxminən qarın nahiyəsindən bir zərbə vurdum.

Zərbəni vurduqdan sonra Valehə dedim ki, bu, səni cəzalandırmaq üçündür, bir də atamın goruna söysən, məni təhqir etsən, səni öldürərəm. Bundan sonra evə qayıtdım. Əlimdəki bıçağı küçədə haraya tullamağım dəqiq yadımda qalmayıb".

"Bildirdim ki, öldürməmişəm"

Şahinin ifadəsinə görə, bundan sonra əmisi Salehə zəng edib və əmisi Valehi bıçaqladığını bildirib:

"Saleh sual verdi ki, Valehi öldürmüsən? Cavab verdim ki, yox, öldürməmişəm, qarın nahiyəsindən vurmuşam ki, onu cəzalandırım. Əmimə vurduğum yeri dedim, mənim də oraya gəlməyimi istədi. Amma mən evdə gözlədim, son dəfə evdəkilərə baxmaq istədim. Səhərə kimi evdəkilər yata-yata onlara baxdım və yatmadım. Dedim, səhər açılan kimi polisə təslim olmağa gedəcəm.

Gecə əmim Saleh mənə zəng vurdu və dedi ki, Valeh ölüb. Valehin ölümünə peşman oldum. Səhər açılan kimi polislər özləri evə gəldilər. Mən törətdiyim cinayəti polislərə etiraf etdim".

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Şahin 10 il müddətinə azadlıqdan məhrum edilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 871   Tarix: 16 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Rusiya-Ermənistan gərginliyi: İrəvan seçim qarşısında - POLİTOLOQDAN AÇIQLAMA

Son dövrlər Cənubi Qafqaz regionunda geosiyasi dinamika daha da mürəkkəbləşir və diqqət mərkəzində duran əsas xətt Ermənistan ilə Rusiya arasında artan gərginlikdir. Moskvanın İrəvana "Qərblə Rusiya arasında seçim etməlisiniz" mesajı verməsi, eyni zamanda enerji məsələlərinin siyasi təzyi

15:30 316
.

Pulun təhlükəsizliyi: vətəndaşlar yığımlarını harada saxlamalıdır? - İQTİSADÇIDAN AÇIQLAMA

Müasir dövrdə vətəndaşların maliyyə təhlükəsizliyi ən aktual məsələlərdən birinə çevrilib. İqtisadi dalğalanmalar, bank sektorunda baş verən dəyişikliklər və inflyasiya riskləri insanların "pulumuzu harada saxlayaq?" sualını daha tez-tez verməsinə səbəb olur. Xüsusilə son illərdə müxtəlif ölkələrd

12:41 287
.

Verilişi bağlanan aparıcılar indi nə işlə məşğuldurlar?

Xəbər verdiyimiz kimi, bir müddət əvvəl aparıcı Xoşqədəm Hidayətqızı, Zaur Kamal Zaur Baxşəliyev, Elgiz Əkbər, Zaur Nəbioğlu və Tarix Əliyevin (Tolik) verilişinin yayımı dayandırılıb. Axşam.az-ın məlumatına görə, hazırda televiziyadakı fəaliyyətlərinə son qoyulan aparıcılar sosial şəbəkə paylaşımlar

15:38 407
.

"Papanin" hospitalında nüfuz alveri - Polkovnikə cinayət işi açıldı

Silahlı Qüvvələrin Baş Klinik Hospitalının maddi texniki təminat bölməsinin rəisi polkovnik Azər Paşayev cinayət məsuliyyətinə cəlb edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, polkovnik A.Paşayev nüfuz alverində ittiham olunur. Hazırda həmin vəzifədə xidmət edən A.Paşayev istintaq müddətind

15:48 235
.

Təbii fəlakət zamanı zərəri kim ödəyir? - Qanun açıqlanır

"Sığorta - sığorta olunan şəxsin və ya onun xeyrinə müqavilə bağlanmış digər şəxslərin əmlakının və əmlak mənafelərinin qorunması məqsədilə, baş vermiş zərərin ödənilməsi ilə bağlı münasibətləri əhatə edir. Zərər qanunvericilikdə və ya sığorta müqaviləsində nəzərdə tutulmuş hadisələr baş verdikdə

15:54 253
.

Niyə bəzi insanlar həmişə şanslı, digərləri daim şanssızdırlar

Bəzən elə görünür ki, dünya iki düşərgəyə bölünüb: bəziləri sanki xoşbəxt ulduz altında yaşayır, digərlərinin isə payına yalnız çətinliklər düşür. Belə insanları nə qədər çox müşahidə edirsənsə, bir o qədər hiss edirsən ki, "uğur" təsadüf deyil, həyat tərzidir. xarici mediaya istinadən xəbə

19:45 136
.

Tbilisidə Prezidentin şərəfinə lanç verildi - Fotolar

Aprelin 6-da Gürcüstanda dövlət səfərində olan Azərbaycan Prezidenti İlham Əliyevin şərəfinə Tbilisidə Gürcüstanın hakim partiyasının ("Gürcü Arzusu") fəxri sədri Bidzina İvanaşvilinin adından lanç verilib. BİG.AZ xəbər verir ki, bu haqda Prezidentin Mətbuat Xidməti məlumat yayıb

20:10 70
.

Muzeylər bu agentliyin tabeliyinə verilir

Muzeylərin fəaliyyətinə nəzarət Mədəniyyət Nazirliyinin birbaşa tabeliyindən çıxarılaraq Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə verilir. APA-ya istinadən xəbər verir ki, hazırda bununla bağlı Dövlət Xidmətində müvafiq işlər görülür. Yaxın günlərdə muzeylərin adıçəkilən xidməti

14:18 237
.

Gündə 1 stəkan içsəniz, insult riskiniz azalacaq

Alimlər bildirirlər ki, hər gün bir stəkan süd içmək sağlamlığa müsbət təsir göstərə bilər. xarici mediaya istinadən bildirir ki, araşdırmalara görə, bu vərdiş insult riskini 10 faizə qədər azalda bilər. Araşdırma nəyi göstərib?. Yaponiyalı alimlər müəyyən ediblər ki, gündə təxminən 180 qram (bir standar

19:30 144
.

TOP MP3