"Repetitorluq bir qisim işsiz və ya cüzi əmək haqqı alan alim və müəllimlərimizin əsas ruzi mənbəyinə çevrilib"-EKSPERT

"Repetitorluq bir qisim işsiz və ya cüzi əmək haqqı alan alim və müəllimlərimizin əsas ruzi mənbəyinə çevrilib"-EKSPERT"Əfsuslar olsun ki, nəinki ölkəmizdə, postsovet ölkələrinin əksərində də təhsil sisteminin bugünkü durumu acınacaqlı vəziyyətdədir. Mənim fikrimcə, bu vəziyyət siyasi faktorlarla bağlı olub, SSRİ adlanan nəhəng bir imperiyanın müxtəlif müstəqil dövlətlərə parçalanması və nəticədə mövcud vahid sovet təhsil sisteminin də süquta yetməsi ilə izah olunmalıdır. Belə ki, sovet rejiminin bütün digər qüsurlarına baxmayaraq, onun elm-təhsil sisteminin kifayət qədər güclü olmasına, yüksək səviyyəli elm və pedaqoji kadrların mövcudluğuna da şəkk yox idi. Lakin bu da bir həqiqətdir ki, ölkəmizdə təhsil sisteminin bugünkü böhran vəziyyətinin sirlərini cəmiyyətimizin yalnız mövcud zəminində yox, həm də onun dünənki, əsasən keçən əsrin 70-80-ci illərdəki real qüsurlu məqamında axtarmaq gərəkdir. Danılmaz faktdır ki, orta məktəb şagirdləri dərsdən sonra hazırlıq kurslarına, repititorlara müaciət etməsələr yaxşı nəticə əldə etmələri inandırıcı olmaz".

Bu sözləri BiG.AZ-a açıqlamasında təhsil məsələləri üzrə ekspert Kamran Əsədov deyib. Onun sözlərinə görə, son vaxtlar abituriyentlərin repetitorlara az müraciət etməsinin əsas səbəbi onların xidmət haqlarının yüksək olmasıdır. Yəni illərlə bu sahədə məşğul olan təcrübəli repetitorlar daha yüksək qiymətə xidmət haqqı təklif edirlər: "Valideynlər isə daha uzun xidmət haqqına meyl edirlər. Yəni valideyin iki repetitora 200 manat verməkdənsə, kursa 5 fənnə göndərir. Tədris mərkəzinə və iki repetitora verdiyi xidmət haqqını ödəyir. Bundan başqa son dövrlərdə qəbul imtahanlarında baş verən dəyişiklikləri repetitorlar yaxşı mənimsəmirlər. Belə ki, onlar elektron ərizə qəbulu və bu kimi digər yenilikləri bilmədikləri üçün valideynlər əlavə yerlərə xidmət üçün müracət etməli olurlar".

Ekspert qeyd edib ki, şagirdlər seçdiyi qrup üzrə onlara lazım olan fənlərə daha çox zaman ayırır və repetitor yanına da yalnız bu fənlər üzrə gedir. Bunun nəticəsində də şagirdlər elmi biliklərə bitərəfli qaydada yiyələnir. Beləliklə, şagirdlərin dünyagörüşləri zəif inkişaf edir. Bu da gələcəkdə onların iş fəaliyyətində problemlər yarada bilər: Hesab edirəm ki, repetitor fəaliyyətinin leqallaşması, rəsmiləşdirilməsi üçün bu sahəyə lisenziya sisteminin tətbiq edilməsi daha effektiv olardı. Çünki bu gün ixtisası uyğun olmayan şəxslər də repetitorluq xidməti göstərirlər. Ona görə də Elm və Təhsil Nazirliyi, Dövlət İmtahan Mərkəzi , Vergilər Nazirliyi və Sosial Müdafiyə Nazirliyinin mövcud olacağı bir komisiya yaradıb orada təhsil xidmətləri göstərənlər yoxlanılmalı və fəaliyyət icazəsi verilməlidir. Bu gün taksi fəaliyyəti göstərmək çn uyğunluq setifkatı verilir. Yalnız sənədləri qaydasında olanlara bu icazə verilir. Düşünürəm ki, bunu repetitorluq, hazırlıq kursları sisteminə də tətbiq etmək lazimdir.

Kamran Əsədov bildirib ki, repetitorluq qədim zamanlardan mövcud olub, maddi cəhətdən az-çox imkanlı insanların övladları üçün nəzərdə tutulan xüsusi təlim-tədris vasitəsi kimi yüksək səviyyəli elitaların yetişdirilməsində mühüm rol oynayıb:

Çox təəssüflər olsun ki, hazırda müəyyən istisna hallardan başqa, bu qədim təlim-tədris vasitəsi bu gün öz tarixi mahiyyətini itirərək, bir qisim işsiz və ya cüzi əmək haqqı alan alim və müəllimlərimizin əsas ruzi mənbəyinə çevrilib. Repetitorluğu açıq-aşkar biznesə çevirmə halları da istisna deyil. Ancaq bu gün repetitorların bəlkə də əksəriyyətini bilavasitə şagirdlərin öz orta məktəb müəllimləri təşkil edir. Müəllim-şagird münasibətlərində yaranan bazar ticarətinin hədsiz dərəcədə qınanmalı fakt olduğunu qəbul etsək də, digər tərəfdən, cüzi maaş alan müəllimlərimizin buna məcburən sövq edildiyini də qəbul etməyə borcluyuq. Bununla belə, istənilən halda repetitorluq - təhsilin səviyyəsini aşağı salmaz, yalnız yüksəldə bilər və bayaq qeyd etdiyim kimi, əgər bu tədris vasitəsi də olmasaydı, bu gün təhsilimiz tamamilə iflasa uğrayardı.

Sevda Səfərova


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1850   Tarix: 15 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Türkiyədə Azərbaycan əleyhinə növbəti dalğa - Bakıya absurd ittihamlar

Türkiyə mediası və sosial şəbəkələrində Azərbaycan əleyhinə kampaniya səngimək bilmir. Türkiyədə Azərbaycan əleyhinə növbəti dalğa. Dünəndən isə növbəti antiAzərbaycan dalğası başladılıb. Bundan əvvəlki dalğalar Azərbaycan-İsrail münasibətləri və "hicab" mövzuları üzərindən aparılırdı. Hə

30.10.2026 395
.

Rusiyanın ən yeni qırıcı təyyarəsi yanıb

Rusiyanın beşinci nəsil Su-57 qırıcısı yanıb. "UNİAN" xəbər verir ki, hadisə ötən gün "Axtubinsk" aerodromunda baş verib. Məlumata görə, mühərriklərin işə salınması zamanı texniki nasazlıq yaranıb. Bundan sonra təyyarə alovlanaraq yanıb

30.10.2026 359
.

Sahil Babayevə yeni müavin təyin edildi - Foto

Sadiq Cabir oğlu Əliyev maliyyə nazirinin müavini təyin edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, o bu günə qədər Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinin direktoru vəzifəsində çalışıb. Xatırladaq ki, hazırda maliyy

30.10.2026 312
.

Abramoviçin Bakıdan fotosu - Bu dəfə tək deyil

Rusiyalı milyarder Roman Abramoviç hazırda Bakıdadır. "Qafqazinfo" xəbər verir ki, o, paytaxtımızda sevgilisi kimi təqdim edilən ukraynalı model Natalya Qotsiylə birlikdə görüntülənib. -ın məlumatına görə, Abramoviçin Bakıya səfərinin "Baku International Art Festival" (BIAF) ilə əlaqəl

11:07 214
.

Lavrov ABŞ-a gedib

Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ-a gedib. APA-nın Moskva bürosu xəbər verir ki, Lavrov Atlantada G20 Xarici İşlər Nazirlərinin görüşündə iştirak edəcək. Rusiya XİN rəhbərinin bir sıra rəsmi şəxslərlə, o cümlədən ABŞ dövlət katibi Marko Rubio ilə ikitərəfli danışıqları gözlənilir

30.10.2026 346
.

Azərbaycanlı alim vəfat etdi - Fotolar

Tanınmış azərbaycanlı alim, texnika elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Surxay Əkbərov 72 yaşında vəfat edib. Bu barədə "Qafqazinfo"ya professor Abdullar Avey məlumat verib. O bildirib ki, Surxay Əkbərov təxminən 35 il Türkiyənin İstanbul Texniki Universiteti və Yıldız Texnik

11:30 176
.

Qızıl bahalaşdı

Azərbaycan bazarında 30 oktyabr 2026-cı il tarixi üçün olan qızılın qiyməti açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, qızılın 1 unsiyasının qiyməti 6,867.8810 manat təşkil edib. Bununla da 1 qram xalis qızılın qiyməti 220.81 manat səviyyəsində müəyyənləşib. Bazar tələbinə uyğun olaraq müxtəli

30.10.2026 355
.

"Sən xəstəsən!" - Tramp jurnalistə əsəbiləşdi

ABŞ Prezidenti Donald Tramp "Reuters" agentliyinin jurnalistinin səhhəti ilə bağlı sualına əsəbiləşib. Tramp hətta jurnalisti və onun çalışdığı media qurumunu sərt şəkildə tənqid edib. "Sən, xəstəsən! "Reuters" isə iyrəncdir. Sadəcə bu oğlana baxın, o, dəhşətli vəziyyətdədir"

30.10.2026 383
.

Avropada sərt qış vəd edən qədim təqvim

XVII əsrə aid müşahidələr əsasında tərtib edilən alman 100 illik təqvimi qarşıdan gələn qışın şaxtalı və qarlı keçəcəyini proqnozlaşdırır. Lakin müasir iqlim modelləri bunun əksinə olaraq, qış aylarının nisbətən mülayim və yağıntılı olacağını göstərir. Qaynarinfo xəbər verir ki, bu barədə "Agroforum"

13:57 93
.