15 sentyabr 1918-ci il: Türk-Azərbaycan qardaşlığının ölməz nümunəsi!

15 sentyabr 1918-ci il: Türk-Azərbaycan qardaşlığının ölməz nümunəsi!105 il il bundan əvvəl 1918-ci ildə qudurğan millətçi erməni-daşnak qüvvələri Bakıda və Azərbaycanın bir çox digər bölgələrində dinc müsəlman azərbaycanlı əhalisinə qarşı misli görünməmiş qırğınlar törətməkdə davam etdilər. Erməni-daşnak qüvvələrinin törətdiyi bu vəhşiliyin qarşısının alınmasında xalqımızın hərbi köməyə ehtiyacı var idi.1918-ci il iyunun 4-də Osmanlı İmperatorluğu hökuməti ilə Azərbaycan Respublikası arasında dostluq müqaviləsi imzalandı. Müqaviləni Azərbaycan tərəfindən Milli Şuranın sədri M.Ə.Rəsulzadə və xarici işlər naziri M.H.Hacinski, Türkiyə tərəfindən xarici işlər naziri Xəlil bəy və Qafqaz cəbhəsinin baş komandanı Vahib Paşa imzalayıb. İmzalanmış həmin müqaviləyə əsasən Türkiyə tərəfindən Azərbaycana lazımi hərbi yardım göstərilib. Türk və Azərbaycan qoşunları ilə Bakı XKS-nin qoşunları arasında ilk döyüş Göyçaydan şərqdə yerləşən Qaraməryəm kəndi yaxınlığında baş verdi. İlk dördgünlük (27 iyun-1 iyul) qızğın döyüşlərdən sonra əsasən ermənilərdən ibarət qırmızı ordunun I Qafqaz korpusunun Gəncəyə doğru hücumunun qarşısı alındı və Qafqaz İslam Ordusu Bakı istiqamətində əks-hücuma keçdi. İyulun sonlarında Şamaxı, Qarasu, Hacıqabul, Ələt, Qobu, Xırdalan, Sumqayıt və Səngəçal, avqustun 3-də isə Quba azad edilib. Qafqaz İslam Ordusunun Bakıya doğru əks-hücumu Bakıdakı siyasi və iqtisadi böhranı daha da dərinləşdirdi. Nəticədə Bakı Soveti və onun icraiyyə orqanı olan Bakı XKS iyulun 31-də öz səlahiyyətlərindən imtina etməli oldu. Bakıda hakimiyyət sağ eser-menşevik-daşnak blokunun əlinə keçdi və həmin blok avqustun 1-də "Sentrokaspi Diktaturası və Fəhlə, Əsgər Deputatlarının Müvəqqəti İcra Komitəsinin Rəyasət Heyəti" adlı hökumət təşkil etdi.

Azərbaycan-türk qoşun birləşmələri avqustun 5-də şəhərin yuxarı dağlıq hissəsində yerləşən Badamdar yüksəkliyini ələ keçirərək Bibiheybətə doğru endi və oranı erməni daşnaklarından təmizləyib. Xilaskar qoşunun digər dəstələri isə Bibiheybətə doğru Şıxov kəndi tərəfindən irəlilədi.Qafqaz İslam Ordusu avqustun 5-6-da Bibiheybət, Badamdar, Qurd qapısı, Binəqədi, Biləcəri və digər bölgələrdə gedən ağır döyüşlərdən sonra sentyabrın 14-dən 15-nə keçən gecə həlledici hücuma keçdi. Sentyabrın 15-də Azərbaycan-Türkiyə birgə qüvvələri Bakını azad edib.1918-ci il sentyabrın 15-də çıxan "Azərbaycan" qəzetində Azərbaycan hökumətinin adına Nuru Paşadan aşağıdakı məzmunlu teleqramın daxil olduğu barədə məlumat verildi: "Allahın mərhəməti ilə Bakı şəhəri 15(9) 34-də (müsəlman tarixi ilə 1334-cü il nəzərdə tutulur) saat 9 radələrində bizim hissələr tərəfindən alındı. Qafqaz müsəlman ordusunun komandanı general-leytenant Nuru paşanın 1918-ci il sentyabrın 15-də Türkiyənin Gürcüstandakı hərbi nümayəndəsi general-mayor Abdul Kərim Paşa Bakının azad edilməsi ilə bağlı Tiflisdən Azərbaycanın Gürcüstandakı diplomatik nümayəndəsi M.Y.Cəfərova göndərdiyi təbrik telefonoqramında isə qeyd edilirdi: "Fədakarcasına döyüşmüş türk və Azərbaycan qoşunlarının Bakını alması münasibəti ilə sizi böyük hörmətlə təbrik edirəm".

Azərbaycanın müstəqilliyinin qorunub saxlanılması və ərazi bütövlüyünün bərpa edilməsi, habelə genişlənməkdə olan daşnak-erməni bolşevik təcavüzünün qarşısının alınmasında 1918-ci il iyunun 4-də Osmanlı İmperatorluğu Hökuməti ilə Azərbaycan Respublikası arasında imzalanmış dostluq müqaviləsinin müstəsna əhəmiyyəti olub. Qeyd etmək kifayətdir ki, Bakını düşmən qüvvələrdən məhz Azərbaycan-Türkiyə birgə qüvvələri azad edib. 1919-cu il 15 sentyabr tarixli "Azərbaycan" qəzeti Bakının azad olunduğu günün böyük əhəmiyyətini qiymətləndirərək yazıb: "Əgər biz 28 mayı müstəqilliyimizin elan olunduğu rəsmi gün hesab ediriksə,15 sentyabr Azərbaycan qoşunlarının, Azərbaycan hökumətinin Bakıya daxil olduğu günü - müstəqilliyin faktiki olaraq əldə olunduğu və dövlətin əsasının qoyulduğu gün kimi hesab etmək mümkündür. Bu gün mütəşəkkil daşnak-bolşevik qüvvələrinin yalnız Azərbaycanın və digər Zaqafqaziya respublikalarının müstəqilliyinə qarşı deyil, Zaqafqaziyada türk xalqlarının varlığına qarşı yönəltdikləri ölümcül təhlükənin qarşısının alındığı gündür. Türk qoşunları Azərbaycanın köməyinə imperialist və istila məqsədləri ilə deyil, öz qardaşlarını xilas etmək üçün gəldilər. Azərbaycan torpaqlarında təmənna güdmədən və fədakarcasına öz qanlarını axıdıb qardaşları qarşısında öz borclarını yerinə yetirərək getdilər. Qədirbilən Azərbaycan xalqı türk qoşunlarının son dərəcə mühüm xidmətlərini unutmayacaq və Bakıya onlarla birgə daxil olmasını Azərbaycan xalqının tarixinin ilk səhifələrinə yazacaqdır". Tarix sübut edir ki,15 sentyabr 1918-ci il: Türk-Azərbaycan qardaşlığının ölməz nümunəsidir!

Bakının azad edilməsi uğrunda gedən döyüşlərdə minlərlə türk və azərbaycanlı əsgər və zabitlər, yerli əhali həlak olub. Onlar Şəhidlər xiyabanında dəfn edilib. Azərbaycanın müxtəlif bölgələrində, Bakıdakı Şəhidlər xiyabanında türk şəhidlərinin xatirəsinə abidələr ucaldıldı. Xalqımız Bakının azad edilməsi uğrunda gedən döyüşlərdə canlarından keçmiş qəhrəman insanların, əsgər və döyüşçülərin şücaətlərini heç vaxt unutmur, böyük hörmət və ehtiramla yad edir!

Sevda Səfərova


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1346   Tarix: 15 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Türkiyədə Azərbaycan əleyhinə növbəti dalğa - Bakıya absurd ittihamlar

Türkiyə mediası və sosial şəbəkələrində Azərbaycan əleyhinə kampaniya səngimək bilmir. Türkiyədə Azərbaycan əleyhinə növbəti dalğa. Dünəndən isə növbəti antiAzərbaycan dalğası başladılıb. Bundan əvvəlki dalğalar Azərbaycan-İsrail münasibətləri və "hicab" mövzuları üzərindən aparılırdı. Hə

30.10.2026 395
.

Rusiyanın ən yeni qırıcı təyyarəsi yanıb

Rusiyanın beşinci nəsil Su-57 qırıcısı yanıb. "UNİAN" xəbər verir ki, hadisə ötən gün "Axtubinsk" aerodromunda baş verib. Məlumata görə, mühərriklərin işə salınması zamanı texniki nasazlıq yaranıb. Bundan sonra təyyarə alovlanaraq yanıb

30.10.2026 359
.

Sahil Babayevə yeni müavin təyin edildi - Foto

Sadiq Cabir oğlu Əliyev maliyyə nazirinin müavini təyin edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, o bu günə qədər Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinin direktoru vəzifəsində çalışıb. Xatırladaq ki, hazırda maliyy

30.10.2026 312
.

Abramoviçin Bakıdan fotosu - Bu dəfə tək deyil

Rusiyalı milyarder Roman Abramoviç hazırda Bakıdadır. "Qafqazinfo" xəbər verir ki, o, paytaxtımızda sevgilisi kimi təqdim edilən ukraynalı model Natalya Qotsiylə birlikdə görüntülənib. -ın məlumatına görə, Abramoviçin Bakıya səfərinin "Baku International Art Festival" (BIAF) ilə əlaqəl

11:07 214
.

Lavrov ABŞ-a gedib

Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ-a gedib. APA-nın Moskva bürosu xəbər verir ki, Lavrov Atlantada G20 Xarici İşlər Nazirlərinin görüşündə iştirak edəcək. Rusiya XİN rəhbərinin bir sıra rəsmi şəxslərlə, o cümlədən ABŞ dövlət katibi Marko Rubio ilə ikitərəfli danışıqları gözlənilir

30.10.2026 346
.

Azərbaycanlı alim vəfat etdi - Fotolar

Tanınmış azərbaycanlı alim, texnika elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Surxay Əkbərov 72 yaşında vəfat edib. Bu barədə "Qafqazinfo"ya professor Abdullar Avey məlumat verib. O bildirib ki, Surxay Əkbərov təxminən 35 il Türkiyənin İstanbul Texniki Universiteti və Yıldız Texnik

11:30 176
.

Qızıl bahalaşdı

Azərbaycan bazarında 30 oktyabr 2026-cı il tarixi üçün olan qızılın qiyməti açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, qızılın 1 unsiyasının qiyməti 6,867.8810 manat təşkil edib. Bununla da 1 qram xalis qızılın qiyməti 220.81 manat səviyyəsində müəyyənləşib. Bazar tələbinə uyğun olaraq müxtəli

30.10.2026 355
.

"Sən xəstəsən!" - Tramp jurnalistə əsəbiləşdi

ABŞ Prezidenti Donald Tramp "Reuters" agentliyinin jurnalistinin səhhəti ilə bağlı sualına əsəbiləşib. Tramp hətta jurnalisti və onun çalışdığı media qurumunu sərt şəkildə tənqid edib. "Sən, xəstəsən! "Reuters" isə iyrəncdir. Sadəcə bu oğlana baxın, o, dəhşətli vəziyyətdədir"

30.10.2026 383
.

Avropada sərt qış vəd edən qədim təqvim

XVII əsrə aid müşahidələr əsasında tərtib edilən alman 100 illik təqvimi qarşıdan gələn qışın şaxtalı və qarlı keçəcəyini proqnozlaşdırır. Lakin müasir iqlim modelləri bunun əksinə olaraq, qış aylarının nisbətən mülayim və yağıntılı olacağını göstərir. Qaynarinfo xəbər verir ki, bu barədə "Agroforum"

13:57 93
.