Kubinkada böyüdü, 16 yaşından tum satdı, anası aktyor olmağını istəmədi - Ələsgər Məmmədoğlunun HƏYATI - VİDEO
"AStar" layihəsinin budəfəki buraxılışı mərhum Əməkdar artist Əsgər Məmmədoğluya həsr edilib.
İstedadlı aktyor Ələsgər Məmmədoğlu kiçik, bəzən özünün də dediyi kimi, üçüncü dərəcəli rolların mahir ifaçısı olub. O, canlandırdığı epizodik rollarla yaddaşlarda qaldı. Aktyorun uşaqlıq illəri "Kubinka"da keçib. Dörd bacı, iki qardaş olublar. Atasını itirdikdən sonra ailəsinin yükü Ələsgərin çiyinlərinə düşüb. 16 yaşında işləməyə başlayan Ələsgər tum, dondurma sataraq ailəsinin dolanışığını təmin etməyə çalışıb.
Uşaqlıqdan teatr tamaşalarına baxmağı çox sevirmiş. Böyüyən zaman aktyor olacağına qərar verib. Lakin anası onun aktyor olmağını istəməyib. Sonra o, sənədlərini İncəsənət İnstitutuna verib. Gündüz Musiqili Komediya teatrında fəhlə, gecə isə Tədris Teatrında mühafizəçi olaraq çalışıb.
Aktyorun əsl adı Əsgər olub. Uşaqlıqda isə onun hamı "Xanlar" deyə çağırıb. "Bəyin oğurlanması" filmindəki Ələsgər obrazı çox sevildiyindən tamaşaçılar onu Ələsgər olaraq tanıyıblar.
Aktyor 1980-ci ildə məşhur aktyor Alen Delonun da rol aldığı "Tehran-43" filminə çəkilib. Lakin onun çəkildiyi səhnələrin bir çoxu filmdən çıxarılıb.
Verilişdə Xalq artisti Nurəddin Mehdixanlı və aktyorun oğlu Ceyhun Məmmədov da yer alıblar. Onlar mərhumla bağlı xatirələrini bölüşüblər.
Ətraflı videoda:
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1690 Tarix: 07 sentyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycanda 1800 vətəndaş ölümündən sonra orqanlarının bağışlanması üçün reyestrdə qeydiyyatdan keçib
Azərbaycanda 1800 vətəndaş ölümündən sonra orqanlarının bağışlanması üçün reyеstrdə qeydiyyatdan keçib. "Report" xəbər verir ki, bunu Orqan Donorluğu və Transplantasiya üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova Azərbaycanda və Cənubi Qafqazda ilk donor ürək transplantasiyasını
16:30 187 Oxucuların diqqətinə: Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesablarını izləyin
Sosial şəbəkələrdə Prezident İlham Əliyevin foto və videolarını paylaşan müxtəlif hesablarla qarşılaşmaq mümkündür. Lakin bu görüntülərdən istifadə edilməsi həmin səhifələrin rəsmi olduğu anlamına gəlmir. Bu gün istənilən şəxs sosial şəbəkədə hesab aça, video yükləyə, görüntüləri montaj edə və səsi dəyişdir
17:58 246 "44" filminin kinoteatr nümayişində rekord izləyici
Ölkə kinoteatrlarında nümayiş olunan "44" bədii filmi ilk gündən böyük tamaşaçı marağı ilə qarşılanıb və qısa müddətdə rekord izləyici sayı qeydə alınıb. "Qafqazinfo" xəbər verir ki, 15 gün ərzində "44" filmini 122 min tamaşaçı izləyib. Bu, Azərbaycan kino tarixində kinoteat
14:17 194 Suriya Məkkə müdafiə alyansına qoşula bilər
Dəməşq Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistanın daxil olduğu Məkkə müdafiə alyansına qoşulmaq məsələsini nəzərdən keçirir. "Report" "Ynet"ə istinadən xəbər verir ki, bu barədə Suriyanın xarici işlər naziri Əsəd Həsən əş-Şibani Bəhreyndə keçirilən "IISS Manama Dialogue"
23:00 63 Keçmişdə qalan münaqişə
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi XX yüzilliyin tarixinə ən faciəli münaqişələrdən biri kimi daxil olub, onun nəticələri milyonlarla insanın taleyinə ciddi təsir göstərib. 1988-ci ildə erməni tərəfinin Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları ilə başlamış bu münaqiş
15:25 173 Sumqayıtda məktəbli qızı sevgilisi küçədə döydü
Sumqayıtda məktəbli qız küçədə döyülüb. -a istinadla xəbər verir ki, hadisə 9-cu mikrorayon ərazisində, binalardan birinin arxasında qeydə alınıb. 18 yaşlı Samir Musayev (şərti adla) sevgi münasibətlərində olduğu 15 yaşlı Mahirə Bağırovanın (şərti adla) baş nahiyəsinə yumruqla möhkəm zərbə vurub. Nəticəd
17:20 254 Yanacaqla işləyən avtomobillər hansı tarixdə istismardan çıxarılacaq? - Video
Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası"nda 2035-ci ilədək daxiliyanma mühərrikli minik avtomobillərinin mərhələli şəkildə istismardan çıxarılması, sərnişin avtomobil parkında elektromobillərin payının artırılması
17:40 206 Yol polisindən moped və velosiped sürənlərə xəbərdarlıq - Video
Bir gün ərzində moped və velosiped idarə edən iki gənc yol qəzasında həyatını itirib. xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb. Bildirilib ki, Siyəzən rayonunun Böyük Həmyə kəndində 17 yaşlı gəncin sürmə vərdişləri olmadığı halda moped idarə etməsi faciə ilə nəticələnib
17:30 186 Şirvan Milli Parkında ceyranların sayı 7 mini ötüb
Şirvan Milli Parkında ceyranların sayı artaraq 7 048 başa çatıb. Bu barədə "Report"un Aran bürosuna Şirvan Milli Parkından məlumat verilib. Bildirilib ki, 2003-cü ildə Şirvan Milli Parkının yaradılması ceyranların qorunması, sayının artırılması və tarixi yaşayış areallarının bərpası istiqamətind
21:15 152