Füzuli sakini: "Doqquz nəvə və üç nəticəmlə geri qayıtmışam"
"Füzuli işğal olunanda, biz məcburi köçkün düşəndə 35 yaşım vardı, 4 uşaq anası idim, indi isə 65 yaşındayam, 9 nəvə, 3 nəticəmlə doğma yurdumuza geri qayıtmışıq".
Bunu "Report"un Qarabağ bürosuna açıqlamasında bu gün Füzuliyə köçürülən Gülbahar Nəsirova deyib.
"Doğma yurdumuzdan didərgin düşəndə övladlarım körpə idi. Onlara hər zaman yurd sevgisi aşılamışıq. Övladlarımın Füzuliyə sevgiləri heç vaxt bitməyib", - deyə o əlavə edib.
G.Nəsirova oğlanlarından birinin Füzuliyə ilk köçdə qayıtdığını söyləyib.
"Bu gün isə hamımız qayıtdıq. Hər birimiz bu günü səbirsizliklə gözləyirdik. Məcburi köçkün düşdükdən sonra çox əziyyətli günlərimiz olub. Füzulidən çıxandan sonra Merdinli kəndində məskunlaşdıq, bir il orda yaşadıqdan sonra isə Beyləqana köçdük. Orada da cəmi bir il qaldıq. Sonra bir aylıq Mingəçevirdə məskunlaşdıq. 1993-cu ilin avqust ayının 25-də isə Sumqayıt şəhərinə köçdük. Ağır günlər idi", - deyə Füzuli sakini bildirib.
G.Nəsirova Füzulidə onlara yaradılan şəraitdən və verilən evdən çox məmnun qaldıqlarını da vurğulayıb.
Qeyd edək ki, bu gün "Qobu Park-3" yaşayış kompleksində məskunlaşmış Füzuli şəhərindən olan keçmiş məcburi köçkünlərdən 25 ailənin 102 üzvü doğma yurda qayıdıb.
Füzuli şəhərində yeni mənzillərin açarları sakinlərə təqdim olunub və onlar yeni mənzillərində yerləşdiriliblər. Bununla da Füzuli şəhərində 95 ailənin, yəni 349 nəfərin daimi məskunlaşması təmin edilib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 865 Tarix: 07 sentyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAvqustun ilk gününə olan hava proqnozu
Avqustun 1-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 22-25 isti, gündüz 31-3
12:43 196 Ölən iştirakçının qızının xərclərini öz üzərinə götürdü
TV 8-in rəhbəri Acun Ilıcalı növbəti addımı ilə gündəm olub. OLAY yazır ki, Acun ötən gün vəfat edən "Master Chef Türkiye" çempionu Eren Kaşıkçının qızı Mayanın bütün xərclərini öz üzərinə götürüb. Bu barədə Acun özü məlumat verib
11:03 238 Türkiyədən Rusiya və Ukraynaya təklif: Danışıqlara ev sahibliyi etməyə hazırıq
Türkiyə Rusiya və Ukrayna nümayəndə heyətlərinin növbəti danışıqlar raundunun öz ərazisində keçirilməsinə hazır olduğunu hər iki tərəfə çatdırıb. xəbər verir ki, bu barədə RİA Novosti agentliyi məlumat yayıb. Məlumata görə, Ankara Moskva və Kiyevə Ukrayna ilə bağlı növbəti danışıqların ən qısa müddətd
11:18 148 Paşinyan Cənubi Qafqaz Dəmir Yolu ilə bağlı Rusiyaya mesaj göndərdi
Ermənistanın Baş naziri Nikol Paşinyan 2008-ci ildən etibarən Rusiya Dəmir Yollarının güzəştli idarəçiliyində olan Cənubi Qafqaz Dəmir Yolunun (CQD) istifadəsinə görə Rusiyadan ödəniş tələb edə biləcəklərini bildirib. xarici mediaya istinadən xəbər verir ki, Paşinyan fevral ayında Rusiyaya Ermənista
11:42 162 Fransa Seutadakı miqrant axınına görə İspaniya sərhədində nəzarəti gücləndirdi
Fransa Mərakeşdən İspaniyanın Seuta muxtar şəhərinə qeyri-qanuni miqrant axınının artması səbəbindən İspaniya ilə sərhədində nəzarət tədbirlərini sərtləşdirib. BİG.AZ CNN-ə istinadən xəbər verir ki, Fransanın daxili işlər naziri Loran Nunyes bildirib ki, Seutada yaranmış vəziyyət nəzərə alınaraq sərhədd
14:25 149 Prezidentlər təltif olundu
Bu gün Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirilib. "Qafqazinfo" xəbər verir ki, Qırğızıstan Prezidenti Sadır Japarov 1-ci dərəcəli "Manas" ordenini dövlət başçısına təqdim edib. Prezident İlham Əliyev isə "Heydər Əliyev" ordenini Qırğız Respublikasını
10:33 231 Bu ölkədə qadınların orta ömür uzunluğu ilk dəfə 90 ili keçə bilər
Cənubi Koreyada qadınların doğulduğu andan gözlənilən orta ömür uzunluğu 2030-cu ilədək ilk dəfə 90 ili keçə bilər. Bu nəticə 2017-ci ildə dərc olunmuş elmi araşdırmada irəli sürülüb. Qaynarinfo xəbər verir ki, "The Space Daily" nəşrinin yazdığına görə, araşdırmada bu nəticənin qəti fakt deyil
30.07.2026 260 Marketlərdəki endirimlər həqiqətən sərfəlidir, yoxsa alıcıları cəlb edən marketinq gedişi? - İQTİSADÇIDAN AÇIQLAMA
Marketlərdə demək olar ki, hər həftə "50 faizə qədər endirim", "1 alana 1 hədiyyə" və ya "yalnız bu gün" kimi kampaniyalara rast gəlmək mümkündür. Bu cür aksiyalar alıcıların diqqətini cəlb etsə də, bir çox hallarda endirimlərin həqiqətən sərfəli olub-olmaması ilə bağl
11:45 166 Süni intellektə etibar etmək olarmı? Şəxsi məlumatlar nə dərəcədə qorunur?
Son illərdə süni intellekt əsaslı platformalardan istifadə sürətlə artıb. İnsanlar bu sistemlərdən təkcə məlumat almaq üçün deyil, həm də şəxsi problemlərini bölüşmək, sənədlərini yoxlatdırmaq, hətta iş və maliyyə ilə bağlı məsləhətlər almaq üçün istifadə edirlər. Bu isə vacib bir sualı gündəmə gətirir
12:22 161