"Tədris prosesimizdə riyaziyyata baxış dəyişməlidir"-AÇIQLAMA
"Orta ümumtəhsil müəssisələrində, xüsusilə ibtidai siniflərdə riyaziyyat fənninin tədrisi birmənalı qarşılanmır. Riyaziyyatın yüksək səviyyədə tədris olduğunu düşünənlər də var. Əksini zənn edənlərdə az deyil. Real durum ondan ibarətdir ki, bu il 9-cu sinif buraxılış imtahanlarında uşaqların riyaziyyat fənni üzrə göstəriciləri aşağı səviyyəlidir. Riyaziyyat fənninə aid olan situasiya tipli suallar, yəni açıq cavab tələb edən suallar ilə bağlı nəticələr bərbad vəziyyətdədir".
Bu sözləri BiG.AZ-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, elm və təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri deyib:
"Hansısa ayrı-ayrı məktəblərdə yaxşı riyaziyyat müəllimlər, riyaziyyat fənnini yaxşı oxuyan şagirdlər ola bilər. Amma ölkə miqyasında riyaziyyat fənninin tədrisi ilə bağlı durum buraxılış imtahanlarında və "PİSA" göstəricilərində nəticələr göz önündədir. Çünki bir neçə məzmun göstəriciləri var ki, onlardan biri riyaziyyat-həndəsə məzmun göstəriciləridir. Bu məzmun göstəricisi nədir?. Şagirdlər analitiki təfəkkür, məntiqi-mühakimə, situasiyaya görə hərəkət etmə qabiliyyəti tələb edən məzmun xəttidir. Yəni riyaziyyat-həndəsə o demək deyil ki, çevrədə düsturu biləsən, yaxud ən kiçik ortaq bölənu hesablayasan. Bu doğru deyil. Riyaziyyatın ana qayəsi şagirdlərdə məntiqi mühakimə bacarıqlarını, analitik keyfiyyətlərini və situasiyaya görə hərəkət etmə qabiliyyətini artırmaqdır".
Elmin Nuri qeyd edib ki, riyaziyyat məhz bu səbəblər üzərindən keçirilmədiyinə görə bu gün riyaziyyat fənninin tədrisini qənaətbəxş hesab etmək olmaz. Çünki riyaziyyatın tədrisi sovet dövründəki riyaziyyatın tədrisindən qətiyyən fərqlənmir. O dövrdə də qaydalar, çalışmalar, şablon standartlar üzərində aparılırdı:
Modern dünyada, modern riyaziyyatın tədrisində müəyyən fərqlər var. Orada əsasən "niyə" sualı üzərində gəzişmələr var. Şagird bu amillərə görə fənni sevə-sevə öyrənir. Amma biz nə edirik? Biz riyaziyyatın tədrisində akademik göstəricilərdən çıxa bilmirik. Əvvəla riyaziyyatın hesab bölməsi onun ana elementar səviyyəsidir. Riyaziyyat ümumi həyati hesablama bacarığıdır. Hadisələrin, proseslərin hesablanmasını öyrətməlidir. Bu gün bizim məktəblərdə sevimli riyaziyyat müəllimlərimiz heç biri bu detal üzərində dərslərini aparmırlar. Çətin düsturlar, teoremlər, şablon qaydalar ilə dərsi akademik səviyyədə keçirlər. Təbii ki bu dərsin nəticəsi olmayacaq. Dərsin nəticəsi 9 və 11-ci sinif buraxılış imtahanlarında özünü göstərir. Həmçinin, ali təhsil müəssisələrinin bütün ixtisas qruplarında riyaziyyat fənni var. Birinci və ikinci ixtisas qrupunu çıxmaq şərtilə, digər qruplarda riyaziyyatın vəziyyəti illərdir düzəlmir. Bizim bu gün tədris prosesimizdə riyaziyyata baxış dəyişməlidir. Riyaziyyatin tədrisi analitik düşüncə meyarı üzrə inkişaf etməlidir. Rəqəmlərin, düsturları, akademik dillərin tədrisi ilə yox".
Sevda Səfərova
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 2200 Tarix: 07 sentyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşNoyabrın ilk gününə olan hava proqnozu
Noyabrın 1-də gözlənilən hava şəraiti açıqlanıb. BİG.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəi
13:00 228 Biznesin gündəmi artıq bir ünvanda - 1business.media fəaliyyətə başladı
Azərbaycanda biznes, iqtisadiyyat və maliyyə xəbərlərini oxuculara çatdıracaq 1business.media saytı fəaliyyətə başlayıb. "Bakupost"a verilən məlumata görə yeni platformanın məqsədi ölkənin biznes mühitini daha anlaşıqlı və əlçatan təqdim etmək, iqtisadi hadisələrin sahibkarlar və vətəndaşla
15:32 191 Azərbaycanda "Apple" istifadəçilərinin hesabları KÜTLƏVİ ŞƏKİLDƏ ƏLƏ KEÇİRİLİR
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) "Apple" şirkətinin məhsullarında aşkarlanmış təhlükəsizlik boşluğu ilə bağlı istifadəçilərə xəbərdarlıq edib. xəbər verir ki, bu barədə Milli Kibertəhlükəsizlik Agentliyi məlumat yayıb. Bildirilib ki, "iOS", "iPadOS" və "macOS"
16:30 233 İordaniya sərhədçiləri Suriyadan silahlı qrupun ölkəyə keçid cəhdinin qarşısını alıb
İordaniya sərhədçiləri 14 silahlı şəxsin Suriya tərəfdən krallıq ərazisinə daxil olmaq cəhdinin qarşısını alıblar. "Report" "The Times of Israel"ə istinadən xəbər verir ki, bu barədə İordaniya Silahlı Qüvvələrinin bəyanatında bildirilib. İnsident oktyabrın 30-u ölkənin şimalında ba
17:00 180 Oxucuların diqqətinə: Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesablarını izləyin
Sosial şəbəkələrdə Prezident İlham Əliyevin foto və videolarını paylaşan müxtəlif hesablarla qarşılaşmaq mümkündür. Lakin bu görüntülərdən istifadə edilməsi həmin səhifələrin rəsmi olduğu anlamına gəlmir. Bu gün istənilən şəxs sosial şəbəkədə hesab aça, video yükləyə, görüntüləri montaj edə və səsi dəyişdir
17:58 234 Tarixi ədalətin bərpası uğrunda haqq savaşı
Ali Baş Komandan, Prezident İlham Əliyev ilk dəfə Azərbaycan Prezidenti seçildiyi 2003-cü ildən bəri millətimiz üçün ən ağrılı bəla olan, dövlətimiz üçün kifayət qədər ciddi çağırış hesab edilən erməni işğalının aradan qaldırılması üçün yorulmadan çalışırdı. Dövlət başçısı Ermənistan-Azərbaycan, Dağlı
15:26 208 Suriya Məkkə müdafiə alyansına qoşula bilər
Dəməşq Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistanın daxil olduğu Məkkə müdafiə alyansına qoşulmaq məsələsini nəzərdən keçirir. "Report" "Ynet"ə istinadən xəbər verir ki, bu barədə Suriyanın xarici işlər naziri Əsəd Həsən əş-Şibani Bəhreyndə keçirilən "IISS Manama Dialogue"
23:00 0 Yanacaqla işləyən avtomobillər hansı tarixdə istismardan çıxarılacaq? - Video
Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası"nda 2035-ci ilədək daxiliyanma mühərrikli minik avtomobillərinin mərhələli şəkildə istismardan çıxarılması, sərnişin avtomobil parkında elektromobillərin payının artırılması
17:40 200 "TikTok" montajından siyasi mesaj düzəldənlər: Türkiyə mediasına məsuliyyət çağırışı
Azərbaycan Prezidenti İlham Əliyevin görüntüləri üzərinə illər əvvəlki çıxışından səs yazısının əlavə edildiyi videonun Türkiyənin bəzi media resurslarında və sosial şəbəkə hesablarında təqdimat forması ciddi narazılıq doğurur. Qeyri-rəsmi hesabda yayılan materialın dövlət başçısının şəxsi paylaşım
22:05 38