Səmayənin ölümü 3-cü dəfə araşdırılacaq
İki il əvvəl Sabirabadda vəfat edən 20 yaşlı Səmayə Zeynalovanın ölümü ilə bağlı iş 3-cü dəfə araşdırılacaq.
"Qafqazinfo" xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Samir Zeynalov məlumat yayıb.
O bildirib ki, S.Zeynalovanın intihar etməsi ilə bağlı başlanmış cinayət işinin icraatına xitam verilməsi ilə bağlı Sabirabad Rayon Prokurorluğunun 2-ci qərarı da ləğv edilib.
Belə ki, ötən il Sabirabad Rayon Prokurorluğu cinayət işinin dayandırılması ilə bağlı qərarı ləğv edib və iş yenidən Sabirabad Rayon Prokurorluğuna qaytarılıb. Bu ilin 5 aprel tarixində Sabirabad Rayon Prokurorluğu Səmayə Zeynalovanın intihar etməsinin səbəbi kimi onun intihardan öncə "depressiya"da olması qənaətinə gəlib və bununla da cinayət işi üzrə icraata növbəti dəfə xitam verilib. Xitam qərarına baxan Sabirabad Rayon Məhkəməsi istintaqın qərarını bu dəfə qüvvədə saxlayıb.
Bundan sonra S.Zeynalovanın ailəsi rayon məhkəməsinin 17 avqust tarixli qərarından Şirvan Apellyasiya Məhkəməsinə şikayət verib. Apellyasiya instansiyasl rayon məhkəməsinin qərarını ləğv edərək S.Zeynalovanın ölümü ilə bağlı işin yenidən araşdırılması ilə bağlı qərar verib.
Beləliklə, gənc qızın müəmmalı ölümü Sabirabad Rayon Prokurorluğunda 3-cü dəfə araşdırılacaq.
Qeyd edək ki, S.Zeynalovanın yaxınları işin artıq rayonda deyil, Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən araşdırılmasını tələb edir. Ailəsi onun intihar etmədiyini bildirərək öldürüldüyünü iddia edir. Onlar bildiriblər ki, 20 yaşlı Səmayə normal əhval-ruhiyyədə olub, hadisədən bir neçə gün əvvəl övladının doğum gününü təmtəraqlı şəkildə qeyd edib. Həmçinin mərhumun ailəsi onun özünü asdığı bildirilən nar ağacının budağının həddindən artıq kövrək və elastik olmasını, 1 metr 72 sm boylu şəxsi saxlamaq gücündə olmadığını bildiriblər. İddialara görə, Səmayə Zeynalovanı ölüm həddinə həyat yoldaşının ailəsi çatdırıb. Onlar mərhumun qayınatası Əlişirin Zeynalovun Səmayənin ölümündə əsas iştirakçı olduğunu iddia ediblər.
Xatırladaq ki, Səmayə Zeynalova 2021-ci ilin 24 aprel tarixində Sabirabad rayonu Cavad kəndində vəfat edib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 2517 Tarix: 07 sentyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşŞirvan Milli Parkında ceyranların sayı 7 mini ötüb
Şirvan Milli Parkında ceyranların sayı artaraq 7 048 başa çatıb. Bu barədə "Report"un Aran bürosuna Şirvan Milli Parkından məlumat verilib. Bildirilib ki, 2003-cü ildə Şirvan Milli Parkının yaradılması ceyranların qorunması, sayının artırılması və tarixi yaşayış areallarının bərpası istiqamətind
21:15 114 Kəmaləddin Heydərovdan iki polkovniklə bağlı qərar - Foto
Sumqayıt Regional Mərkəzinin rəisi, polkovnik Vaqif Fətullayev tutduğu vəzifədən azad edilib. BİG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, bununla bağlı fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb. Nazirin digər əmri ilə o, Aran Regional Mərkəzinə rəis təyi
19:15 181 Noyabrın 1-dən bu avtobuslar DƏYİŞİR - Gedişhaqqı...
Noyabrın 1-dən metronun "Memar Əcəmi" stansiyasını Hökməli qəsəbəsi ilə əlaqələndirən 156 və 156A nömrəli marşrut avtobusları yenilənir. Bu barədə BİG.AZ-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib. Məlumata əsasən, 156 nömrəl
17:02 343 İordaniya sərhədçiləri Suriyadan silahlı qrupun ölkəyə keçid cəhdinin qarşısını alıb
İordaniya sərhədçiləri 14 silahlı şəxsin Suriya tərəfdən krallıq ərazisinə daxil olmaq cəhdinin qarşısını alıblar. "Report" "The Times of Israel"ə istinadən xəbər verir ki, bu barədə İordaniya Silahlı Qüvvələrinin bəyanatında bildirilib. İnsident oktyabrın 30-u ölkənin şimalında ba
17:00 180 Yanacaqla işləyən avtomobillər hansı tarixdə istismardan çıxarılacaq? - Video
Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası"nda 2035-ci ilədək daxiliyanma mühərrikli minik avtomobillərinin mərhələli şəkildə istismardan çıxarılması, sərnişin avtomobil parkında elektromobillərin payının artırılması
17:40 200 Məryəm Üzərli Azərbaycana gələcək
"Möhtəşəm yüz il" serialında Hürrəm Sultan obrazı ilə tanınan türkiyəli aktrisa Məryəm Üzərli Azərbaycana gələcək. Axşam.az xəbər verir ki, aktrisanın Bakıya gəlişinə səbəb romantik dram janrında çəkilən "İmroz'da Bahar" filmidir. Ekran işinin qala gecəsi Azərbaycanda da keçiriləcək
12:21 264 Biznesin gündəmi artıq bir ünvanda - 1business.media fəaliyyətə başladı
Azərbaycanda biznes, iqtisadiyyat və maliyyə xəbərlərini oxuculara çatdıracaq 1business.media saytı fəaliyyətə başlayıb. "Bakupost"a verilən məlumata görə yeni platformanın məqsədi ölkənin biznes mühitini daha anlaşıqlı və əlçatan təqdim etmək, iqtisadi hadisələrin sahibkarlar və vətəndaşla
15:32 191 Azərbaycan XİN-dən Feridun Sinirlioğlu BMT Baş katibi vəzifəsinə namizədliyinə reaksiya
"Hazırda ATƏT Baş katibi olan, səfir Feridun Sinirlioğlunun Birləşmiş Millətlər Təşkilatının Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq". xəbər verir ki, bu fikirləri Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Türkiyənin namizədi Feridun Sinirlioğlunu
16:40 197 Türkiyədə ata təcavüzə uğramış qızını öldürmək üçün xəstəxanaya basqın etdi
Türkiyənin Adana şəhərində cinsi istismara məruz qalan qızını öldürmək istəyən ata məhkəmə zalında həbs olunub. "Haber Global"a istinadən xəbər verir ki, cinsi zorakılıq qurbanı olan qız polisə şikayət etdikdən sonra atası onu öldürmək qərarına gəlib. Polis əməkdaşları onu tibbi müayinə üçü
14:53 212