Hikmət Hacıyev: "Ermənistanda "azərbaycanlı" və "türk" sözləri təhqir kimi işlədilir"
"Ermənistanda "azərbaycanlı" və ya "türk" sözü təhqir kimi işlədilir. Bu, erməni cəmiyyətindəki əsas düşüncə haqqında çox şey deyir".
"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Arab News"a müsahibəsində deyib.
O diqqətə çatdırıb ki, irqi ayrı-seçkiliyin bütün formalarının tam ləğvi haqqında Beynəlxalq Konvensiyaya əsasən, Azərbaycan Beynəlxalq Ədalət Məhkəməsi qarşısında Ermənistana qarşı çox ciddi plan ortaya qoyub.
Hikmət Hacıyev etnik nifrət və Azərbaycanofobiya ilə bağlı bir çox nümunələr göstərə biləcəyini vurğulayıb:
"Faktlar öz sözünü deyir. Ermənistan işğal etdiyi ərazilərdə Azərbaycanın bütün mədəni, dini və hətta bəşəri irsinin bütün elementlərini məhv edib. Ona görə də bəzi beynəlxalq media orqanlarının Ermənistanın siyasi təbliğatının tələsinə düşməsindən təəssüflənirəm.
Ermənilər Azərbaycandan göndərilən unu götürməmək üçün dirənirlər. Mənə etnik nifrətlə bağlı sual verirsiniz. Bəs bu nədir? Buğda ununun etnik mənsubiyyəti yoxdur. Hər kəsin istifadə edə biləcəyi əsas qidadır. Bəs niyə bundan imtina edirlər?"
H.Hacıyev Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru Luis Moreno Okamponun avqust ayında Laçın yolunun guya blokadada olduğunu iddia edən və bunu soyqırımı kimi xarakterizə edən hesabat dərc etməsinə də münasibət bildirib. O söyləyib ki, ədalət adından danışdığını iddia edən bu şəxsin ilk növbədə şəxsiyyəti, dürüstlüyü sual altındadır:
"Beynəlxalq mediada onun qanunsuz əməlləri ilə bağlı çoxlu faktlar var. Amma bu, mənim işim deyil.
İkincisi, mən təəssüf edirəm ki, hüquqşünas olduğunu iddia edən şəxs soyqırımı anlayışından onun nə demək olduğunu bilmirmiş kimi sui-istifadə edib.
Üçüncüsü, o, qərəzlidir. Niyə Ermənistanın Azərbaycana qarşı dövlət səviyyəsində törətdiyi soyqırımları və hərbi cinayətlərdən danışmır? Azərbaycanın səkkiz şəhəri mülki əhali ilə birlikdə tamamilə məhv edilib. Okamponun hesabatında bu fakt haradadır? 1992-ci ildə Srebrenitsadan əvvəl Azərbaycanın Xocalı şəhərinin bütün əhalisi ermənilər tərəfindən qətlə yetirilərkən Okampo harada idi?"
Hikmət Hacıyevin sözlərinə görə, əsas məsələ kimin kimə qarşı soyqırımı törətdiyini sual etməkdir:
"Kim kimə qarşı soyqırımı törədib? Böyük sual budur. Öz torpağından etnik təmizləməyə məruz qalmış, 30 ildir məcburi köçkün və qaçqın həyatı yaşayan bir milyon azərbaycanlı baxımından cavab verilməli sual budur. Okampo Azərbaycanın mədəni irsi, o cümlədən Ermənistan tərəfindən tamamilə dağıdılan Azərbaycan məscidləri ilə bağlı niyə susur?"
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 912 Tarix: 06 sentyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşFransada yeni iğtişaşlar gözlənilir: Parisdə 40 metro stansiyası bağlanacaq
Fransa hökuməti Prezident Emmanuel Makronun siyasətinə, eləcə də dövlət xidmətlərinin vəziyyətinə və yaşayış xərclərinin artmasına qarşı oktyabrın 31-də gözlənilən ümummilli etirazlar zamanı mümkün iğtişaşların qarşısına 70 min polis əməkdaşını cəlb edəcək. bildirir ki, bu barədə "Reuters"
31.10.2026 196 Azərbaycanda pambıq mahlıcı istehsalı 13 % artıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 54 min 323 ton pambıq mahlıcı istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13 % çoxdur. Bu il oktyabrın 1-nə ölkədə 7 min 519 ton hazır məhsul ehtiyatı olub. Xatırlada
31.10.2026 172 Azərbaycan XİN-dən Feridun Sinirlioğlu BMT Baş katibi vəzifəsinə namizədliyinə reaksiya
"Hazırda ATƏT Baş katibi olan, səfir Feridun Sinirlioğlunun Birləşmiş Millətlər Təşkilatının Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq". xəbər verir ki, bu fikirləri Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Türkiyənin namizədi Feridun Sinirlioğlunu
31.10.2026 203 Yanacaqla işləyən avtomobillər hansı tarixdə istismardan çıxarılacaq? - Video
Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası"nda 2035-ci ilədək daxiliyanma mühərrikli minik avtomobillərinin mərhələli şəkildə istismardan çıxarılması, sərnişin avtomobil parkında elektromobillərin payının artırılması
31.10.2026 209 Maaşlar nə qədər və nə vaxt artacaq? - YENİ TARİX
Azərbaycanda minimum əməkhaqqı 2027-ci ilin yanvarından artırıla bilər. Bunu -a müsahibəsində Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bildirib. Deputatın sözlərinə görə, artımın məbləği müəyyənləşdirilərkən inflyasiya göstəriciləri ilə yanaşı, gələn il üzr
31.10.2026 223 Noyabrda hava kəskin DƏYİŞƏCƏK - XƏBƏRDARLIQ EDİLDİ
Noyabr ayında va bəzi ərazilərdə aylıq yağıntının miqdarı iqlim normasından çox olacaq. Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, noyabr ayında ümumi atmosfer sirkulyasiyasının dəyişməsi baş verir. Tutqun və buludlu günlərin sayı çoxalır. Soyuq hava kütlələrinin əraziyə tez-tez daxil olmas
31.10.2026 254 Gəncədə "BakuBus"un avtobusu qəza törətdi - Foto
Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. BİG.AZ "Qafqazinfo"ya istinadla xəbər verir ki, hadisə şəhərin F. Xoyski ilə Rüzigar Qasımov küçələrinin kəsişməsində qeydə alınıb. Belə ki, 19 saylı marşrut üzrə hərəkət edən "BakuBus"a məxsus avtobus KIA markalı minik maşını ilə toqquşub
31.10.2026 185 Göygöldə avtomobil dərəyə aşıb: Xəsarət alan var
Göygöldə yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, minik avtomobilin idarəetmədən çıxaraq dərəyə aşıb. Qəza nəticəsində sürücü, 1963-cü il təvəllüdlü T.Yolçuyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Zərərçəkmiş şəxs xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır
31.10.2026 197 Nazir müavini: "Startaplar iqtisadi artımın və transformasiyanın əsas hərəkətverici qüvvəsidir"
Startaplar yalnız innovasiya yaradan subyektlər deyil, həm də iqtisadi artımın və transformasiyanın əsas hərəkətverici qüvvəsidir. "Report" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Azər Bayramov İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "Enterprise Azerbaijan"
31.10.2026 192