Ermənistan Azərbaycandan gələn humanitar yardımı niyə qəbul etmək istəmir? - AÇIQLAMA

Ermənistan Azərbaycandan gələn humanitar yardımı niyə qəbul etmək istəmir? - AÇIQLAMAAvqustun 29-dan etibarən Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün içərisində un olan iki yük maşını (TIR) Ağdam-Xankəndi yolunda gözləyir. Ermənistan tərəfi bu addımları atmaqla nə etmək istəyir?

Mövzu ilə bağlı hərbi jurnalist Səxavət Məmməd BiG.AZ-a açıqlama verib:

O, erməni sakinlər humanitar yardımları qəbul etməyəcəkləri barədə etiraz aksiyaları keçirdiklərini bildirib:
"Azərbaycan Laçın sərhəd məntəqəsini yaradandan sonra, buna həm Ermənistan, həm Qarabağdakı separatçı rejim etiraz edirdi Ermənistanın əsas havadarı olan, amma, daha çox öz maraqlarını güdən Fransa da bu hadisələrə öz etirazını bildirmişdi.

Daha sonra isə bu məsələləri humanitar böhranla əvəz etdilər. Guya ki, həmin ərazidə yol bağlıdır və orada humanitar böhran yaranır. Fransadan həmin əraziyə 10 yük maşını humanitar yardım göndərildi. Elə bu zaman Azərbaycan da Qarabağda yaşayan erməni sakinlərinə humanitar yardım göndərdi. Bu humanitar yardım isə Ermənistan tərəfindən qəbul edilmədi.

Bundan əlavə olaraq erməni sakinlər Azərbaycandan gələn humanitar yardımları qəbul etməyəcəkləri barədə etiraz aksiyaları keçirdilər. Bu isə baş verənlərin oyun olduğunu bir daha sübut edir".

Ekspertin fikrincə, hazırda danışıqlar tamamilə dayanıb:

"Paşinyan mətbuata hər dəfə fərqli açıqlamalar verir. Bir yandan Qarabağın Azərbaycan ərazisi olduğunu qəbul edir, digər tərəfdən separatçı rejimə dövlətlərarası kredit ayırır. Eyni zamanda separatçı rejimin "müstəqillik günü"nü təbrik edir. Bununla da Paşinyanın səmimi olmadağı aydın şəkildə görünür.

Hesab edirəm ki,danışıqlar tamamə dayanıb. Bu məqamda hərbi gərginliyin artması qaçılmazdır. Siyasi gərginlik artıqca, hərbi müdaxilə mütləq olur. Hazırda Qarabağ və şərqi sərhəd istiqamətində hərbi əməliyatarın başlama ehtimalı son dərəcədə yüksəkdir".
Gülcahan Məmmədova


BiG.Az
Telegramda izləyin
  Baxılıb: 1880   Tarix: 05 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

11 ildən sonra ilk tənəzzül - Böyük Britaniya

Böyük Britaniya iqtisadiyyatı tarixinin ən böyük iqtisadi tənəzzülünü aprel-iyun aylarında yaşayıb. BBC xəbər verir ki, ölkədə koronavirusun yayılmasının qarşısını almaq üçün görülən tədbirlər rəsmi olaraq tənəzzülə yol açıb. Britaniya iqtisadiyyatı ilin ilk üç ayı ilə müqayisədə, 20,4 faiz kiçilib

12.08.2020 700
.

"Bir insanla hər şey dəyişir..." - Aysun - FOTO

Müğənni Aysun İsmayılova sosial mediadakı paylaşımı ilə diqqət çəkib. xəbər verir ki. müğənni instaqram hesabında yeni fotosunu paylaşıb. O. fotoya: "Hər şey dəyişir.bəzən zamanla, bəzən də bir insanla" sözlərini yazıb. Sözügedən fotonu təqdim edirik:

06.08.2020 3548
.

Azərbaycanda qərargah rəisinin faciəli şəkildə ölümü ilə bağlı araşdırma başladı - FOTO

Xəbər verdiyimiz kimi, bu gün saat 08:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Xudat" sərhəd dəstəsinin Quba rayonunun Xınalıq kəndi yaxın­lığındakı sərhəd zasta­vasına xidməti tapşırığın icrası ilə əlaqədar hərəkət edən "UAZ" markalı xidməti avtomobil qəzaya uğrayıb

20.07.2020 2697
.

Baş Prokurorluq ermənilərin öldürdüyü mülki şəxslər barədə VİDEOÇARX HAZIRLADI

Sentyabrın 27-dən başlayaraq, erməni silahlı qüvvələri öz işğalçılıq siyasətini davam etdirmək məqsədilə Azərbaycana qarşı növbəti hərbi təxribata başlayıb. Bu təxribata cavab olaraq Azərbaycan ordusu genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirir. Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfində

06.10.2020 934
.

"Mülki əhali arasında 20-dən çox şəxs HƏLAK OLUB" - Tural Gəncəliyev

Təcavüzkar Ermənistan ordusu artıq 7-ci gündür ki, azərbaycanlı mülki əhaliyə qarşı müharibə cinayətlərini davam etdirir. Bu günlər ərzində işğal edilmiş ərazilərimizdən və Ermənistandan şəhər və kəndlərimiz məqsədli şəkildə raket və ağır artileriya atəşinə tutulur. Report-a istinadən xəbər verir ki

03.10.2020 745
.

Ağır qəza törədən reperin qanında NARKOTİK AŞKARLANDI

Xəbər verdiyimiz kimi, Rusiyada "Elley" ləqəbi ilə tanınan məşhur azərbaycanlı repçi Elmin Quliyev ağır qəza törədib. -a istinadən bildirir ki, hadisə ötən gün Moskvanın Ostojenko küçəsində baş verib. O, idarə etdiyi "Infiniti" markalı avtomobillə "Mercedes"lə toqquşub v

23.09.2020 1997
.

BŞTİ-də vətəndaşların qəbulu avqustun 31-dək dayandırılır

Koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması ilə əlaqədar görülən tədbirlər barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarları və Təhsil Nazirliyi tərəfindən bu istiqamətdə həyata keçirilən tədbirlər nəzərə alınaraq, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ

04.08.2020 687
.

Gözaltı kölgələrin yaranma SƏBƏBİ

Bir çoxları gözlərinin altındakı göyərmə, tündləşmə, qaralmadan əziyyət çəkir. Bəzən bunu yorğunluq, qanazlığı, böyrək xəstəlikləri ilə bağlayırlar. -a istinadən bildirir ki, bu problemin səbəbi K vitamininin çatışmaması ola bilər. K vutamini də A və E kimi cavanlıq, dəri və gözəllik vitaminidir. Onu

17.08.2020 2081
.

Argentinanın prezident sarayında "yadplanetli" görüntüləndi - VİDEO

Tanınmış ufoloq Skott Uorinq Argentinadakı prezident sarayında qəribə "məxluqun" görüntülərinə rast gəlib. BİG.AZ-ın -ya istinadən verdiyi xəbərə görə, tədqiqatçı bu anomaliyanı "Google Earth" xidmətindən istifadə edərkən aşkarlayıb. Onun fikrincə, bu, Argentina prezidentini "güdən"

29.06.2020 6809
.