"HONOR" "IFA 2023"sərgisində Gələcəyin Smartfonlarını təqdim etdi

"HONOR" "IFA 2023"sərgisində Gələcəyin Smartfonlarını təqdim etdiBrend "Honor V Purse" yeni ecazkar "telefondan çantaya" konseptini təqdim edib, "HONOR Magic V2" nümayiş etdirib və "HONOR 90" üçün yeni rəng seçimi bazara
çıxarıb.

(Berlin, Almaniya – 1 sentyabr,2023) Global texnologiya brendi "HONOR" "IFA 2023" sərgisində smartfonların gələcəyi ilə bağlı strateji baxışını açıqlayıb. "Gələcəyi kəşf et" adlı əsas hesabatında "HONOR"un baş icraçı direktoru Corc Zhao brendin ən yüngül və ən nazik qatlana bilən smartfonu "Magic V2" də daxil olmaqla, insan mərkəzli ən son yenilikləri ilə "HONOR"un qatlana bilən smartfonları əsas istiqamətə çevirmək əzmini açıqlayıb. Brend, həmçinin "HONOR V Purse" - qatlana bilən smartfonu portativ, dəbli çanta kimi yenidən dizayn edən, üslub və özünü ifadə üçün sonsuz imkanlar təqdim edən yeni konsepsiyasını təqdim edib.

"HONOR"un CEO-su Corc Zhao bildirib ki, "HONOR"un qatlanan smartfonları hər bir versiyasında dizayn, funksionallıq və dayanıqlılıqla bağlı diqqətəlayiq irəliləyişlər nümayiş etdirərək uzun bir yol qət edib. Yalnız bu da deyil, "HONOR V Purse" vasitəsilə ərsəyə gələn "telefondan çantaya" konseptimizlə yaradıcılığı gücləndirmək və gələcəyin həyat tərzini formalaşdırmaq üçün ortaya çıxan qatlana bilən texnologiyadan yararlanan dayanıqlı həlləri araşdırırıq.

Ən müasir moda texnologiyasının yeni sərhədini cızmaq

"HONOR" gələcək həyat tərzinin formalaşdırılmasında rol oynayacaq yeni "Telefondan çantaya" konsepti olan "HONOR V Purse" məhsulunu təqdim etdi.

"HONOR V Purse" özündə smartfon hərəkət etdikcə reaksiya verən, sallanan zəncirlər, lələklər və qotazlar kimi dizayn elementlərinin də daxil olduğu çanta dizaynını təqlid edən bir sıra fərdiləşdirilə bilən həmişə açıq displeylər (AOD) ilə qatlana bilən smartfonu qüsursuz şəkildə əsl moda ifadəsinə çevirir.

"HONOR" "Burberry" "menswear"ın yaradıcı direktoru Bram van Diepen, müasir rəssam Yunuene Esparza, Çin İncəsənət Akademiyasının professoru Yuan Youmin və krossover rəssamı Xiao Hui Wang da daxil olmaqla, "HONOR Talents Global Design Awards" platformasının ən yaxşı mədəniyyət nümayəndələri ilə sonsuz moda imkanları təklif edən cihaz üçün bir sıra fərdi "AOD"lar dizayn etmək naminə bir araya gəlib.

"HONOR Magic V2"nin ilk qlobal nümayişi

"HONOR" "IFA 2023" sərgisində ilk dəfə özünün qatlanan "HONOR Magic V2" flaqman smartfonunu qlobal bir tədbirdə nümayiş etdirib. "HONOR Magic V2", "HONOR"un bu günə qədər təqdim etdiyi ən yüngül və ən incə daxilə qatlana bilən smartfondur, çəkisi cəmi 231 qramdır, qatlananda cəmi 9,9 mm
qalınlığındadır. Cihaz incə və yüngül qatlana bilən flaqman korpusu sahəsində yerləşən 5000mAh-a qədər yüksək tutuma malik qalınlığı orta hesabla 2,72 millimetr olan yeni nəsil silikon-karbon- cüt batareya xüsusiyyətinə sahibdir.

"HONOR Magic V2" şarnir 400 000 qatlanmaya tab gətirdiyi, gündə 100 dəfə qatlanmaqla 10 ilə qədər
istifadə müddətini təmin etdiyi üçün SGS-in arzulanan dayanıqlılıq sertifikatını da qazanıb.

"HONOR Magic V2" 50MP Əsas Kamera (f/1.9), 50MP Ultra Geniş Kamera (f/2.0) və 20MP Telefoto Kamera (f/2.4) daxil olmaqla üçlü arxa kamera qurğusuna malikdir. Ön tərəfə baxan ikili kamera qurğusunda iki ədəd 16MP kamera (f/2.2) var.

EISA mükafatının qalibi "HONOR 90"a yeni rəng

Məhsul yeniləmələrini tamamlayan "HONOR", həmçinin "HONOR 90"ın Təsvir və Səs üzrə ekspertlər Assosiasiyasının (Expert Imaging and Sound Association (EISA) "Best Buy Smartphone 2023-2024" mükafatını qazandığını elan edib. Qələbəni qeyd edən "HONOR" şirkəti "HONOR 90" üçün dünya miqyasında trenddə olan "Peacock Blue" rəngini təqdim edib.

"HONOR" "IFA 2023"sərgisində Gələcəyin Smartfonlarını təqdim etdi"HONOR" "IFA 2023"sərgisində Gələcəyin Smartfonlarını təqdim etdi"HONOR" "IFA 2023"sərgisində Gələcəyin Smartfonlarını təqdim etdi


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 816   Tarix: 04 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda pambıq mahlıcı istehsalı 13 % artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 54 min 323 ton pambıq mahlıcı istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13 % çoxdur. Bu il oktyabrın 1-nə ölkədə 7 min 519 ton hazır məhsul ehtiyatı olub. Xatırlada

31.10.2026 184
.

Azərbaycanda aliment artırılacaq

2027-ci il yanvarın 1-dən etibarən Azərbaycanda alimentin minimum məbləğinin 260 manatdan 274 manata qaldırılması nəzərdə tutulur. xəbər verir ki, bu, "Azərbaycan Respublikasında 2027-ci il üçün yaşayış minimumu haqqında" qanun layihəsində əksini tapıb. Layihəyə əsasən, uşaqlar üçün yaşayı

00:19 115
.

Ərdoğan Zelenski ilə görüşdən sonra Ukraynada sülh üçün hansı addımı təklif etdi?

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynada davamlı sülhün təmin olunması üçün tərəflərin razılığa gəlməsinin vacibliyini vurğulayıb. "Haber Global"a istinadən xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski Ərdoğanın dəvəti ilə Türkiyəyə səfər edib. İki lider Dolmabahçe sarayınd

31.10.2026 127
.

Göygöldə avtomobil dərəyə aşıb: Xəsarət alan var

Göygöldə yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, minik avtomobilin idarəetmədən çıxaraq dərəyə aşıb. Qəza nəticəsində sürücü, 1963-cü il təvəllüdlü T.Yolçuyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Zərərçəkmiş şəxs xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır

31.10.2026 202
.

Kredit götürənlərə pis xəbər! - Bu yaşda olanlar sığortalanmayacaq

Kredit götürən şəxslərin həyatının ölüm və əmək qabiliyyətinin itirilməsi hallarından sığortalanması zamanı yaş və sağlamlıqla bağlı müəyyən məhdudiyyətlər nəzərdə tutulur. BİG.AZ Trend-ə istinadən xəbər verir ki, bəzi kateqoriyalara aid şəxslər, sığorta müqaviləsində ayrıca təminat nəzərdə tutulan halla

31.10.2026 227
.

15 yaşlı Məryəmin cəsarəti, alovların içindən uşağı xilas etdi - Milyonluq mükafat! - VİDEO

Dağıstanın Xasavyurt şəhərində 15 yaşlı məktəbli Məryəm Akavova yanan avtomobildə köməksiz qalan azyaşlı uşağı ölümdən xilas edib. Yeniyetmənin göstərdiyi cəsarət böyük əks-səda doğurub. xəbər verir ki, hadisə oktyabrın 27-də baş verib. Şəhərin 5 nömrəli məktəbinin 9-cu sinif şagirdi Məryəm küçədən keçərkə

01:08 0
.

Qızılın qiyməti xeyli ucuzlaşdı

"Comex" birjasında dekabr ayında tədarük ediləcək qızıl füçerslərinin qiyməti bir trua unsiyası üçün 3 900 dollardan aşağı düşüb. xəbər verir ki, bu barədə birjanın ticarət məlumatlarında qeyd olunub. Bakı vaxtı ilə saat 21:08-də qızılın qiyməti 3.27% azalaraq bir trua unsiyası üçün 3 899.6

31.10.2026 154
.

Yanacaqla işləyən avtomobillər hansı tarixdə istismardan çıxarılacaq? - Video

Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası"nda 2035-ci ilədək daxiliyanma mühərrikli minik avtomobillərinin mərhələli şəkildə istismardan çıxarılması, sərnişin avtomobil parkında elektromobillərin payının artırılması

31.10.2026 212
.

Noyabrda hava kəskin DƏYİŞƏCƏK - XƏBƏRDARLIQ EDİLDİ

Noyabr ayında va bəzi ərazilərdə aylıq yağıntının miqdarı iqlim normasından çox olacaq. Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, noyabr ayında ümumi atmosfer sirkulyasiyasının dəyişməsi baş verir. Tutqun və buludlu günlərin sayı çoxalır. Soyuq hava kütlələrinin əraziyə tez-tez daxil olmas

31.10.2026 259
.