Xırdalanda özünü binadan atan yeniyetmənin müəllimi danışdı
Dünən Xırdalan şəhərində daha bir yeniyetmə qız intihar edib. Özünü binadan ataraq intihar edən yeniyetmənin Xırdalan şəhər sakini, 13 yaşlı Aydan Natiq qızı Hacıağazadə olması müəyyən edilib. O, 13-cü mərtəbədən özünü ataraq intihar edib. İntiharın baş verdiyi bina yeniyetmənin yaşadığı bina olmayıb. Aydan Hacıağazadənin atası da 2 il öncə intihar edib.
Hadisənin hansı səbəbdən baş verməsi hələ müəmma olaraq qalır. Bundan əvvəl daha iki intihar hadisəsinin məhz həmin ünvanda baş verməsi, üstəlik canına qıyanların yaşayış yerinin ora olmaması şübhələri daha da artırır.
Bizim.media-nın araşdırmasına görə ötən gün intihar edən Aydan Hacıağazadə Ənvər İbrahimov adına Qobu qəsəbə 2 nömrəli məktəbin şagirdi olub. Aydanın özündən başqa bir qardaşı da var.
Məsələ ilə bağlı Aydanın sinif rəhbəri və tarix fənnini tədris edən Şövkət İbrahimova danışıb.
O, məktəb kollektivinin də bu hadisədən şok keçirdiyini deyib:
"Nənəsi məlumat verib ki, Aydan saat 4-də evdən çıxıb və hazırlığa gedib. Hadisə isə 5-ə qalmış baş verib. Yəni gedib ora çatıb və olay yaşanıb. Heç kimin ağlına gəlməzdi ki, belə bir addım atar. Heç cür ehtimal verə bilmirik ki, görən nə ola bilər? Aydan çox sakit təbiətli, münaqişəsiz və sinif yoldaşları ilə də mehriban biri idi. Oxumağı çox zəif olsa da, yaddaşı, götürümü pis deyildi. Sadəcə dərsə marağı yaranmırdı. Amma oxusaydı və üzərində işləsəydi, yaxşı ola bilərdi.
Dərsin gedişatına mane olmazdı. İntriqasız və qalmaqalsız biri idi. Heç bir müəllimin onun davranışı və tərbiyəsi ilə bağlı narazılığı yox idi. Biz də eşidəndə şok keçirdik. Bəlkə də başqa uşaqlardan bu addımı gözləmək olardı. Amma ondan yox... Məktəbin psixoloqları müntəzəm olaraq uşaqlarla işləyirlər. Aydanın psixoloji problemi olsaydı, psixoloqlarımız bunu bilərdilər".
Şövkət İbrahimovanın sözlərinə görə, Aydan 9-cu sinifdən çıxıb kollecə qəbul olmaq istəyib. Ona görə də hazırlıq kursuna yazılıb:
"Yay tətilində hazırlığa gedirdi ki, buraxılış fənlərindən nəticə əldə edə bilsin. Ailədaxili məsələdən xəbərim yoxdur. Bildiyim qədər atası dünyasını dəyişib. Ana var və çox da yaxşı qadındır. Övladlarının nədənsə korluq çəkməməsi üçün əziyyət çəkirdi. Aydandan başqa qardaşı var və ana onlara yaxşı baxırdı".
Onu da bildirək ki, Aydan Hacıağazadə intihar etməzdən əvvəl məktub yazıb. Hadisə yerinə gələn istintaq qrupu qızın yazdığı məktubu götürsə də, mətni hələ açıqlanmayıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Onu da əlavə edək ki, bu, son bir həftədə Xırdalanda eyni ünvanda baş verən 3-cü intihar hadisəsidir. İntihar edənlərin hamısı yeniyetmə qız olub.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 2463 Tarix: 01 sentyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycanda aliment artırılacaq
2027-ci il yanvarın 1-dən etibarən Azərbaycanda alimentin minimum məbləğinin 260 manatdan 274 manata qaldırılması nəzərdə tutulur. xəbər verir ki, bu, "Azərbaycan Respublikasında 2027-ci il üçün yaşayış minimumu haqqında" qanun layihəsində əksini tapıb. Layihəyə əsasən, uşaqlar üçün yaşayı
00:19 115 Quru sərhədlərlə bağlı VACİB AÇIQLAMA - Yanvar-sentyabr aylarında…
Azərbaycanda turizm sektorunun göstəriciləri geriləməkdə davam edir. "Yeni Sabah" xəbər verir ki, iqtisadçı Natiq Cəfərli bu barədə "Facebook" səhifəsində paylaşım edib. Onun sözlərinə görə, hökumət turizmi yenidən prioritet sahə elan edərək yeni fəaliyyət proqramı qəbul etsə də
00:23 107 Qaxda yeddi nəfərin zəhərlənməsinin səbəbi məlum oldu
Qax rayonunda baş vermiş kütləvi qida zəhərlənməsinin səbəbi məlum olub. -ın sorğusuna cavab olaraq Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) verilən məlumata görə, faktla bağlı araşdırma aparılıb. İlkin araşdırmalar nəticəsində zəhərlənmənin meşəlik ərazidən toplanılan yabanı göbələkləri
31.10.2026 161 Şuşada kişi araq almağa pul verməyən arvadını döydü
Şuşada arvadını döyən kişi həbs edilib. BİG.AZ -a istinadla xəbər verir ki, 51 yaşlı Məmməd Əhmədov (ad və soyad şərtidir) evdə yaranan mübahisə zamanı arvadı Əsməri (ad şərtidir) döyərək, çoxsaylı xəsarətlər yetirib. Fakt əsasında Məmməd polis əməkdaşları tərəfindən saxlanılaraq barəsində müvafiq protoko
31.10.2026 224 Qızılın qiyməti xeyli ucuzlaşdı
"Comex" birjasında dekabr ayında tədarük ediləcək qızıl füçerslərinin qiyməti bir trua unsiyası üçün 3 900 dollardan aşağı düşüb. xəbər verir ki, bu barədə birjanın ticarət məlumatlarında qeyd olunub. Bakı vaxtı ilə saat 21:08-də qızılın qiyməti 3.27% azalaraq bir trua unsiyası üçün 3 899.6
31.10.2026 154 10-dan çox ölkədən "hazır ol" ÇAĞIRIŞI: Ərzaq, su toplanılır - NƏ BAŞ VERİR?
ABŞ, Britaniya, Fransa, Almaniya, Yaponiya, Norveç, Estoniya, İsveçrə və digər bir neçə ölkədə əhaliyə fövqəladə vəziyyətlərə - müharibə, internet kəsintisi, böhran durumlarına hazırlıq görmələri ilə bağlı çağırış edilib. xəbər verir ki, hökumətlər xalqın bəzi ölkələrdə 3 gün, bəzilərində bir həftəli
00:15 124 Yanacaqla işləyən avtomobillər hansı tarixdə istismardan çıxarılacaq? - Video
Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası"nda 2035-ci ilədək daxiliyanma mühərrikli minik avtomobillərinin mərhələli şəkildə istismardan çıxarılması, sərnişin avtomobil parkında elektromobillərin payının artırılması
31.10.2026 212 Göygöldə avtomobil dərəyə aşıb: Xəsarət alan var
Göygöldə yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, minik avtomobilin idarəetmədən çıxaraq dərəyə aşıb. Qəza nəticəsində sürücü, 1963-cü il təvəllüdlü T.Yolçuyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Zərərçəkmiş şəxs xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır
31.10.2026 202 Azərbaycanda MÜƏMMALI ÖLÜM: Ailənin yeganə övladının MEYİTİ TAPILDI - FOTO
Göyçayda 28 yaşlı kişinin meyiti şəhər ərazisində yerləşən köhnə yarımtikilidə aşkarlanıb. BİG.AZ -a istinadən xəbər verir ki, meyiti tapılan şəxs şəhər sakini, 1998-ci il təvəllüdlü Elçin Elman oğlu Əzizovdur. Məlumata görə, mərhum subay olub və ailənin yeganə övladı imiş. O, Fövqəladə Hallar Nazirliyini
31.10.2026 208