Ana övladını kanala ataraq niyə öldürüb? - AĞIR CƏZA

Ana övladını kanala ataraq niyə öldürüb? - AĞIR CƏZALənkəran Ağır Cinayətlər Məhkəməsinə Biləsuvar rayonunda bir yaşlı övladını və özünü kanala atan Reyhan Hacıyevanın cinayət işi üzrə məhkəmə ifadəsi məlum olub.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Cəlil Nəbiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 14 il müddətinə azadlıqdan məhrum edilib.

Rəsmi məlumata əsasən, 2021-ci il avqustun 14-də saat 08 radələrində Biləsuvar rayon sakini, 2020-ci il təvəllüdlü Zakir Hacıyevə (ad şərtidir) məxsus meyitin Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına daxil olması barədə rayon prokurorluğuna məlumat daxil olub. Aparılmış araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin anası, 1991-ci il təvəllüdlü Reyhan Hacıyeva (ad şərtidir) həmin gün səhər saat yeddi radələrində rayonun İsmətli kəndi ərazisindən keçən su kanalına özünü və oğlunu intihar etmək məqsədilə atıb. Nəticədə Zakir Hacıyev suda boğularaq ölüb. Reyhan Hacıyeva isə kənd sakinləri tərəfindən sudan çıxarılıb. Reyhan Hacıyeva şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Onun barəsində Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Məhkəmə istintaqında Reyhan Hacıyeva ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərib ki, özünü və oğlu Zakiri öldürmək niyyəti olmayıb. O, kəndin ərazisindən keçən su kanalının kənarı ilə kəndin çıxacağına doğru gedərkən qəfildən ayağı sürüşdüyü üçün uşaqla birlikdə kanala yıxıldığını, oradan asfalt yola çıxaraq yoluna davam edərkən qucağında olan övladı ilə kəndin mərkəzi asfalt yolunun su kanalının üzərindən keçən hissəsində piyada hərəkətdə olan zaman anidən özündən getdiyi üçün uşaqla birlikdə yenidən suya düşdüyünü və özünə gəldikdən sonra uşağın yanında olmadığını söyləyib. Heç bir cinayət törətmədiyini deyən qadın məhkəmədən barəsində ədalətli qərar qəbul verilməsini xahiş edib.

Reyhan Hacıyeva məhkəməyədək icraat zamanı verdiyi ifadələri məhkəmədə elan edilərkən müəyyən olunub ki, o, heç bir təsir-təzyiq göstərilmədən müdafiəçisinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilib. Ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib və hadisə barədə ətraflı ifadələr verərək göstərib ki, 2018-ci ildə Biləsuvarın İsmətli kənd sakini Qalib (şərti) adlı şəxslə qeyri-rəsmi evlənib, onların 2020-ci ildə Zakir adlı bir uşağı dünyaya gəlib. Evləndikdən sonra ərinin yaşadığı evə köçüb və onlar ərinin valideynləri ilə birlikdə yaşayıblar. Ərinin xəstəliyi və əqli problemi olduğundan qadın heç yerdə işləmədiyini, bütün günü evdə olduğunu, onların ailəsini usta işləyən qayınatası dolandırdığını bildirib. Təqsirləndirilən şəxs qeyd edib ki, əvvəllər ailədə hər şey yaxşı olub, evdə heç bir söz-söhbət olmayıb, bir-biriləri ilə mehriban dolanıblar. Lakin oğlu Zakir dünyaya gələndən sonra qayınatası evdə söz-söhbət salmağa başlayıb, heç nədən hər şeyə qarışaraq narazılıq yaradıb, dəfələrlə ona "ərin işləmir, mən sizi saxlaya bilmirəm, uşağını götür get atan evinə, bir müddət orada qal" deyib. Qadının dediyinə görə, o da məcbur qalıb azyaşlı oğlunu götürüb atası evinə gedib və 5-6 gün sonra baldızları və qardaşının mobil telefonuna zəng edərək onu evinə qaytarıblar. Lakin atası xəstə olduğundan ona bu barədə heç nə deyilməyib, ər evinə qayıtdıqdan sonra bir müddət qayınatası onunla mehriban olsa da, lakin sonradan yenə hər şeyə bir söz deyib əsəbiləşib. Kişinin bu sözlərindən bezdiyi üçün uşağını götürüb yenidən atası evinə gedib.

Reyhan Hacıyeva söyləyib ki, 11 avqust 2021-ci ildə ailə üzvləri onu öz evlərinə çağırdıqları üçün oğlunu götürüb atası evinə gedib və 2 gün qalaraq ayın 13-də qayınatasının evinə qayıdıb. Az sonra qayınatası onu çöldən səsləyərək həyətə çağırıb. Qadın evdən həyətə çıxan zaman "su borusunu kimin açıb bu vəziyyətə qoyduğunu, həmin borunu səliqəli yığıb qoyduğunu, sən hara baxırsan, görmürsən?" deyə ondan soruşub. Reyhan da cavabında qayınatasına həmin boru ilə Habilin (şərti) azyaşlı nəvəsinin oynadığını bildirib. Qayınatası onunla acıqlı danışıb. 14 avqust 2021-ci ildə, səhər saat 06 radələrində yuxudan durub oğlu Zakiri qucağına götürərək evdən çıxıb və yaşadıqları evdən uzaqda olan su kanalına gedib. İsmətli kənd orta məktəbindən bir qədər irəli gedəndən sonra su kanalına yaxınlaşaraq özünü uşaqla birlikdə öldürməkdən ötrü suya atıb. Lakin su kanalının həmin hissəsində dərinlik az olduğu üçün yola çıxıb irəliyə kəndin çıxacağına doğru gedib. Həmin vaxt ətrafda heç kəs olmayıb, kanaldan yola çıxan zaman yolda qarşısına əynində göy köynək olan tanımadığı bir oğlan çıxıb və ondan nə lazım olduğunu, köməyə ehtiyacı olub-olmadığını soruşaraq, hara lazımdır məlumat vermək istədiyini deyib. Qadın həmin şəxsə heç bir şeyə ehtiyacının olmadığını və həmin kənddən olmadığını bildirərək yoluna davam edib. Təxminən 200-300 metr getdikdən sonra yenidən asfalt yolun kənd qəbiristanlığı ilə üzbəüz su kanalının üstündən keçən hissəsində özünü uşaqla birlikdə suya atıb. Həmin vaxt başı asfalt yolun altından keçən beton materialdan olan su borusuna möhkəm dəydiyi üçün uşaq əlindən çıxaraq suya düşüb. Reyhan özünü bir qədər itirib, asfalt yolun altından keçən beton su borusunun içinə girərək orada əyləşib, az sonra yolda gördüyü oğlan və digər tanımadığı şəxslər ona yaxınlaşaraq ondan qucağında olan uşağı soruşub. O, həmin şəxsə uşağı suya atdığını bildirib. Bundan sonra onlar uşağı axtarmağa başlayıblar, həmin vaxt oradan keçən İsmətli kəndində yaşayan və taksi fəaliyyəti ilə məşğul olan Tahar (şərti) kişi onu görüb vəziyyəti biləndən sonra qayınatasına məlumat verib. Bir neçə dəqiqədən sonra olduqları yerə hüquq-mühafizə orqanlarının əməkdaşları, həmçinin qayınatası gəlib. Qadının qayınatası su kanalına girərək uşağı axtarmağa başlayıb. Təxminən yarım saat sonra oğlu Zakir suya düşdüyü yerdən 2-3 metr aralıda suyun içindəki kol-kosun arasından çıxarılıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2164   Tarix: 01 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

TOP MP3