Bakı metrosunun işdən çıxarılan qadın maşinisti sükan arxasında film izləyirmiş

Bakı metrosunun işdən çıxarılan qadın maşinisti sükan arxasında film izləyirmişSon günlər "Bakı Metropoliteni" QSC-də işdən azad edilən və ya öz istəyi ilə işdən ayrılan maşinist xanım Günay Həbibli ilə bağlı müxtəlif fərziyyələr irəli sürülüb. Mövzu ilə əlaqədar dəqiq olmayan bir sıra informasiyalar cəmiyyətdə çaşqınlıq yaradıb.

Bir işçinin çalışdığı müəssisədən ayrılması normal hadisə olsa da, irəli sürülən fərqli fikirlər bu məsələni gündəmdən düşməyə qoymayıb. Söhbətə aydınlıq gətirilməsi üçün "Bakı Metropoliteni" QSC-yə sorğu ünvanladıq.

Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, yeni nəsil qatarların idarəetmə kabinələrində quraşdırılmış videomüşahidə kameraları vasitəsilə 2023-cü il mart-aprel aylarında keçirilən növbəti mütəmadi yoxlamalar zamanı qatar maşinisti Günay Həbiblinin idarəetmədən yayınmaqla şəxsi mobil cihazdan istifadə edərək film izlədiyi, mobil telefonla danışıqlar apardığı, sosial medianı izləməsi aşkarlanıb:

"Maşinist 2023-cü il aprel ayının 3-də yol verdiyi ciddi xidməti xətaya görə intizam tənbehinə cəlb edilib. Şəxsi mobil rabitədən istifadə qadağan edildiyi halda, onun bu qaydanı pozması daxil olmaqla, məsələlərin geniş araşdırılmasına səbəb olub. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, Bakı metropoliteninin müvafiq normativ aktları və təlimatlarını, prosedur qaydalarını, o cümlədən hərəkət və sərnişin təhlükəsizliyi tələblərini kobud şəkildə pozmuş maşinistin hər hansısa güzəşt tətbiq edilmədən qatar maşinisti vəzifəsindən kənarlaşdırılmasının qaçılmazlığı müəyyən edilib.

Ümumiyyətlə, yol verdiyi nöqsan və xətalara görə Bakı metropolitenində maşinist kimi çalışdığı dövrdə Günay Həbibliyə intizam tənbehi tədbirləri tətbiq edilib. Məlumat üçün qeyd olunmalıdır ki, Bakı metropolitenində hərəkət və sərnişin təhlükəsizliyi ən əsas vəzifə hesab edildiyindən hər bir hadisə, o cümlədən yol verilən hər bir xəta və nöqsanlar fərdi qaydada araşdırılır və müvafiq tədbirlər görülür, ölçülər götürülür. Bu mənada məhz sərnişin təhlükəsizliyi baxımından maşinistlərə heç bir fərq qoyulmadan xüsusi güzəşt və imtiyazlar yolverilməzdir.
2023-cü il may ayının 4-də Günay Həbibli maşinistlikdən azad edilməklə, ona başqa iş təklif olunub. İntizam nizamnaməsinə uyğun olaraq, ciddi nöqsanlara yol verən maşinistlər vəzifədən azad edilərkən, başqa vəzifə və ya peşədə çalışmaları üçün iş təklif edilir. Bununla bağlı bir çox nümunələr göstərmək olar. Günay Həbibliyə daha əvvəllər çalışdığı platforma növbətçisi peşəsi üzrə iş təklif olunsa da, xanım təklif olunan işdən imtina etdiyindən, 2023-cü il iyunun 17-də şəxsi ərizəsinə əsasən, onunla bağlanmış əmək müqaviləsinə xitam verilib.

Mediaya açıqlama və müsahibələrinə əsasən, Günay Həbiblinin səhvlərə yol verməməsi ilə bağlı israrla yayılan məlumatlar əsasında ictimaiyyətdə yarana biləcək çaşqınlıq, işçiyə qərəzli münasibət göstərilməsi ilə bağlı formalaşa biləcək qeyri-obyektiv fikirlərə münasibətdə bildiririk ki, "Bakı Metropoliteni" QSC-də istənilən işçinin sosial vəziyyəti, bir sıra spesifik sahələrdə işçilərin psixoloji durumu və digər məsələlər nəzərə alınaraq diqqətdə saxlanılır, müvafiq dəstək verilir. Bir işçinin, ələlxüsus qatar maşinistlərinin formalaşmasına, peşə qabiliyyətinin yüksəldilməsinə sərf olunan vaxt, çəkilən zəhmət və s. nəzərə alınmaqla, "Bakı Metropoliteni" QSC-nin işçilərə həssas, diqqətli yanaşması ilə bağlı şübhələr tam əsassızdır. Bildiririk ki, Günay Həbibliyə heç bir zaman qərəzli münasibət göstərilməyib, xanımın yol verdiyi nöqsanların aradan qaldırmasına daim şərait yaradılıb, ona bütün mümkün dəstək verilib, işə münasibətini dəyişməsi ilə bağlı şifahi xəbərdarlıqlar edilib.

Son hadisələr Günay Həbiblinin işinə qeyri-ciddi yanaşdığını və müvafiq tədbirlərin qaçılmazlığını göstərib. Tutduğu vəzifə və mövqeyindən asılı olmayaraq, "Bakı Metropoliteni" QSC-də işçilərin fəaliyyəti normativ sənədlərlə tənzimlənir. Bu və digər intizam tədbirləri işçinin sosial və digər mümkün statusuna görə deyil, yalnız hadisə, xəta və nöqsanların müvafiq qaydada təsnifatına uyğun tətbiq edilir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 3335   Tarix: 31 avqust 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

COP18-ə ev sahibliyi edəcək ölkə bilindi

Ekvador BMT-nin Bioloji Müxtəliflik üzrə Konvensiyasının Tərəflər Konfransının 18-ci sessiyasını (COP18) qəbul edəcək. xəbər verir ki, bu barədə Ermənistanın ətraf mühit naziri Ambartsum Matevosyan sosial şəbəkə hesabında paylaşım edib. Onun sözlərinə görə, müvafiq qərar İrəvanda təşkil olunan COP17-ni

31.10.2026 211
.

31 yaşlı diş həkimi vəfat etdi - FOTO

Həkim Orxan Cəfərov vəfat edib. -ın bölgə müxbirinin verdiyi məlumata görə, Göyçay şəhər sakini, 1995-ci il təvəllüdlü Cəfərov Orxan Çingiz oğlu xərçəng xəstəliyindən vəfat edib. Onun İranda müalicə aldığı xəstəxanaların birində dünyasını dəyişdiyi bildirilir. Xatırladaq ki, mərhum subay idi və rayond

00:25 114
.

Budanov Ukrayna üzrə üçtərəfli danışıqların növbəti raundunda irəliləyiş gözləyir

Ukrayna ABŞ və Rusiya ilə üçtərəfli danışıqların növbəti raundunda irəliləyiş gözləyir. "Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Ofisinin rəhbəri Kirill Budanov amerikalı senatorlarla onlayn formatda keçirilən görüşün yekunlarına dair öz "Telegram" kanalında bildirib

31.10.2026 204
.

Şirvan Milli Parkında ceyranların sayı 7 mini ötüb

Şirvan Milli Parkında ceyranların sayı artaraq 7 048 başa çatıb. Bu barədə "Report"un Aran bürosuna Şirvan Milli Parkından məlumat verilib. Bildirilib ki, 2003-cü ildə Şirvan Milli Parkının yaradılması ceyranların qorunması, sayının artırılması və tarixi yaşayış areallarının bərpası istiqamətind

31.10.2026 176
.

Azərbaycanda pambıq mahlıcı istehsalı 13 % artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 54 min 323 ton pambıq mahlıcı istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13 % çoxdur. Bu il oktyabrın 1-nə ölkədə 7 min 519 ton hazır məhsul ehtiyatı olub. Xatırlada

31.10.2026 184
.

Oxucuların diqqətinə: Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesablarını izləyin

Sosial şəbəkələrdə Prezident İlham Əliyevin foto və videolarını paylaşan müxtəlif hesablarla qarşılaşmaq mümkündür. Lakin bu görüntülərdən istifadə edilməsi həmin səhifələrin rəsmi olduğu anlamına gəlmir. Bu gün istənilən şəxs sosial şəbəkədə hesab aça, video yükləyə, görüntüləri montaj edə və səsi dəyişdir

31.10.2026 259
.

Quru sərhədlərlə bağlı VACİB AÇIQLAMA - Yanvar-sentyabr aylarında…

Azərbaycanda turizm sektorunun göstəriciləri geriləməkdə davam edir. "Yeni Sabah" xəbər verir ki, iqtisadçı Natiq Cəfərli bu barədə "Facebook" səhifəsində paylaşım edib. Onun sözlərinə görə, hökumət turizmi yenidən prioritet sahə elan edərək yeni fəaliyyət proqramı qəbul etsə də

00:23 107
.

Rusiya dizel ixracına qoyulan qadağanın müddətini uzatdı

Rusiyanın Nazirlər Kabineti dizel məhsullarının ixracına qoyulan qadağanın müddətini daha üç ay uzadıb. TASS-a istinadən xəbər verir ki, yeni qərar 2027-ci ilin yanvarın 31-dək qüvvədən qalacaq. Bildirilir ki, qadağa ölkənin daxili yanacaq bazarında sabitliyin qorunması məqsədilə tətbiq edilir. Nəzər

31.10.2026 191
.

Noyabrın 1-dən bu avtobuslar DƏYİŞİR - Gedişhaqqı...

Noyabrın 1-dən metronun "Memar Əcəmi" stansiyasını Hökməli qəsəbəsi ilə əlaqələndirən 156 və 156A nömrəli marşrut avtobusları yenilənir. Bu barədə BİG.AZ-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib. Məlumata əsasən, 156 nömrəl

31.10.2026 384
.