Arvadının xalasını öldürərək yandıran fizika müəllimi 66 minlik əmlakı da məhv edib
Şəki Ağır Cinayətlər Məhkəməsində Göygöldə oğurluq və Yevlaxda qətl törətməkdə təqsirləndirilən Elnur Hüseynovun cinayət işi üzrə istintaq yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Rafail Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə E.Hüseynov 19 il müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs ona təyin olunan azadlıqdan məhrumetmə növündə cəzanın ilk üç ilini həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Qeyd edək ki, bir müddət əvvəl Göygöl Rayon Polis Şöbəsində istintaq olunan iş üzrə Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində həbs qətimkan tədbiri seçilmiş Elnur Rasim oğlu Hüseynovun 14.04.2021-ci il tarixdə Yevlax rayonu Aşağı Bucaq kəndində yerləşən sexdə 1968-ci il təvəllüdlü Səidə İmran qızı Hüseynovanı da qəsdən öldürdüyü müəyyən edilib.
Belə ki, Elnur Hüseynov qayınanasının bacısı Səidə Hüseynovanı tamah məqsədilə, əmlaklarını ələ keçirmək üçün öldürüb. O, 2021-ci ilin aprel ayının 14-də qadının yaşadığı və işlədiyi cücə istehsalı sexinə gəlib, bıçaqla qadının bədəninin müxtəlif nahiyələrinə çoxsaylı xəsarətlər yetirib öldürdükdən sonra 1 500 manat və 900 ABŞ dolları məbləğində pulunu və qızıl-zinət əşyalarını ələ keçirib. Daha sonra özü ilə gətirdiyi dizel yanacağını meyitin üzərinə və sexin müxtəlif hissələrinə səpərək yandırıb.
Toplanan sübutlar əsasında Elnur Hüseynova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.5-ci (tamah məqsədilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə adamöldürmə), 120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələb etməklə əlaqədar adamöldürmə) və digər maddələri ittiham elan edilərək cinayət işi baxılması üçün aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İttiham aktına qeyd olunub ki, o, Səidə Hüseynovaya ümumilikdə 66 277 manat məbləğində ziyan vurmaqla qadının əmlakını qəsdən məhv edib.
Xatırladaq ki, Elnur Hüseynov Göygöl rayonunun Çaykənd kənd məktəbində fizika müəllimi işləyib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 2248 Tarix: 30 avqust 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşCOP18-ə ev sahibliyi edəcək ölkə bilindi
Ekvador BMT-nin Bioloji Müxtəliflik üzrə Konvensiyasının Tərəflər Konfransının 18-ci sessiyasını (COP18) qəbul edəcək. xəbər verir ki, bu barədə Ermənistanın ətraf mühit naziri Ambartsum Matevosyan sosial şəbəkə hesabında paylaşım edib. Onun sözlərinə görə, müvafiq qərar İrəvanda təşkil olunan COP17-ni
31.10.2026 211 31 yaşlı diş həkimi vəfat etdi - FOTO
Həkim Orxan Cəfərov vəfat edib. -ın bölgə müxbirinin verdiyi məlumata görə, Göyçay şəhər sakini, 1995-ci il təvəllüdlü Cəfərov Orxan Çingiz oğlu xərçəng xəstəliyindən vəfat edib. Onun İranda müalicə aldığı xəstəxanaların birində dünyasını dəyişdiyi bildirilir. Xatırladaq ki, mərhum subay idi və rayond
00:25 114 Budanov Ukrayna üzrə üçtərəfli danışıqların növbəti raundunda irəliləyiş gözləyir
Ukrayna ABŞ və Rusiya ilə üçtərəfli danışıqların növbəti raundunda irəliləyiş gözləyir. "Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Ofisinin rəhbəri Kirill Budanov amerikalı senatorlarla onlayn formatda keçirilən görüşün yekunlarına dair öz "Telegram" kanalında bildirib
31.10.2026 204 Şirvan Milli Parkında ceyranların sayı 7 mini ötüb
Şirvan Milli Parkında ceyranların sayı artaraq 7 048 başa çatıb. Bu barədə "Report"un Aran bürosuna Şirvan Milli Parkından məlumat verilib. Bildirilib ki, 2003-cü ildə Şirvan Milli Parkının yaradılması ceyranların qorunması, sayının artırılması və tarixi yaşayış areallarının bərpası istiqamətind
31.10.2026 176 Azərbaycanda pambıq mahlıcı istehsalı 13 % artıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 54 min 323 ton pambıq mahlıcı istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13 % çoxdur. Bu il oktyabrın 1-nə ölkədə 7 min 519 ton hazır məhsul ehtiyatı olub. Xatırlada
31.10.2026 184 Oxucuların diqqətinə: Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesablarını izləyin
Sosial şəbəkələrdə Prezident İlham Əliyevin foto və videolarını paylaşan müxtəlif hesablarla qarşılaşmaq mümkündür. Lakin bu görüntülərdən istifadə edilməsi həmin səhifələrin rəsmi olduğu anlamına gəlmir. Bu gün istənilən şəxs sosial şəbəkədə hesab aça, video yükləyə, görüntüləri montaj edə və səsi dəyişdir
31.10.2026 259 Quru sərhədlərlə bağlı VACİB AÇIQLAMA - Yanvar-sentyabr aylarında…
Azərbaycanda turizm sektorunun göstəriciləri geriləməkdə davam edir. "Yeni Sabah" xəbər verir ki, iqtisadçı Natiq Cəfərli bu barədə "Facebook" səhifəsində paylaşım edib. Onun sözlərinə görə, hökumət turizmi yenidən prioritet sahə elan edərək yeni fəaliyyət proqramı qəbul etsə də
00:23 107 Rusiya dizel ixracına qoyulan qadağanın müddətini uzatdı
Rusiyanın Nazirlər Kabineti dizel məhsullarının ixracına qoyulan qadağanın müddətini daha üç ay uzadıb. TASS-a istinadən xəbər verir ki, yeni qərar 2027-ci ilin yanvarın 31-dək qüvvədən qalacaq. Bildirilir ki, qadağa ölkənin daxili yanacaq bazarında sabitliyin qorunması məqsədilə tətbiq edilir. Nəzər
31.10.2026 191 Noyabrın 1-dən bu avtobuslar DƏYİŞİR - Gedişhaqqı...
Noyabrın 1-dən metronun "Memar Əcəmi" stansiyasını Hökməli qəsəbəsi ilə əlaqələndirən 156 və 156A nömrəli marşrut avtobusları yenilənir. Bu barədə BİG.AZ-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib. Məlumata əsasən, 156 nömrəl
31.10.2026 384