Ona çay verməyən arvadını uşaqlarının gözü qarşısında bıçaqlayan şəxsə AĞIR CƏZA

Ona çay verməyən arvadını uşaqlarının gözü qarşısında bıçaqlayan şəxsə AĞIR CƏZALənkəran Ağır Cinayətlər Məhkəməsinə qəsdən adam öldürməyə təqsirləndirilən Mahal Səfərovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqında ifadəsi məlum olub.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Cəlil Nəbiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə o, 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə 27 avqust 2021-ci ildə Lənkəran rayonu, Liman şəhəri ərazisində qeydə alınıb. Belə ki, rayon sakini, 1985-ci il təvəllüdlü Mahal Səfərov işdən yaşadığı evə qayıdarkən daim aralarında ona və övladlarına qayğı ilə yanaşmaması, ona qulluq etməməsi və saymazyana davranması ilə bağlı mübahisələri olan arvadı Səbinə Səfərovanın (şərti) həyətdə asılqandan paltar asdığını görüb. O, yorğun olduğuna görə ona çay verməsini bildirməsinə cavab olaraq, arvadının kişinin sözlərinə əhəmiyyət verməyib işinə davam etməsinə qəzəblənib.

Bu zaman Mahal arvadının ona laqeyd münasibət göstərməsini özünə təhqir və onu alçaltması kimi qəbul edib. O, qadının etdiyi həmin hərəkətlərə görə ailə-məişət münaqişəsi zəminində qisas almaq niyyəti ilə qəsdən öldürmək qərarına gəlib. Bu məqsədlə Mahal həmin gün saat 19 radələrində yaşadığı evin həyətində saxladığı ona məxsus traktorun açar qabından mətbəx bıçağını götürüb əynindəki şalvarın kəmərinə keçirərək Səbinəyə yaxınlaşıb, ona yemək verməsini tapşırıb. Daha sonra qadın mətbəxə keçib, qaz sobasında yemək qızdırmaqla məşğul olub. Bu zaman o, əlindəki bıçaqla arvadının qarın nahiyəsinə bir neçə dəfə qəsdən zərbə vurub. Daha sonra zərərçəkmiş şəxs qışqırıb. Mahal həyətdən mətbəxə gəlmiş yaxınları - qayınanası, azyaşlı uşaqlarının gözləri qarşısında hərəkətlərinə davam edib. Bu vaxt onun anası və övladları qışqırıq salaraq hadisənin gedişinə müdaxilə ediblər.
Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub. Məhkəmə istintaqında Mahal Səfərov ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmiş şəxs ilə 2008-ci ildə evlənib. Hazırda onların 3 azyaşlı uşağı var. Mahal deyib ki, evləndikdən sonra Səbinə ilə əvvəllər münasibətləri yaxşı olsa da, sonralar arvadı onun və uşaqlarının qayğısına qalmayıb. Ər kimi ona hörmət etməyib, onlara qarşı soyuq münasibət göstərdiyindən aralarında tez-tez mübahisələr olub. Aralarında olan mübahisədən sonra qadın Liman şəhərində yaşayan anasının evinə gedib. Bununla da ailə münasibətləri pozulub.

Avqustun 27-də axşam saat 19 radələrində işdən evə qayıdarkən Səbinənin həyətdə paltar asdığını görüb işini qurtarıb ona çay verməsini istəyib. Lakin arvadı ona əhəmiyyət verməyib. Arvadının ona qarşı olan laqeydliyinə son qoymaq üçün onu cəzalandırmaq qərarına gəlib. Bu vaxt həyətdə saxladığı traktorun açar qabından mətbəx bıçağını götürüb, Səbinənin mətbəxə girdiyini görüb. Daha sonra onun ardınca mətbəxə girib. Arvadının mətbəxdə ona yemək hazırlamasına baxmayaraq, üzərində olan bıçağı çıxarıb Səbinənin qarın nahiyəsinin sağ və sol tərəfindən, həmçinin sol döş qəfəsi nahiyəsinə bıçaqla zərbələr vurub. Arvadının qışqırıq səslərinə həyətdən anası və qızları gələrək onu itələyərək mətbəxdən çıxarıblar. O, hazırda əməlindən peşmanlıq keçirməsini, zərərçəkmiş şəxslə barışmasını, himayəsində qoca anasının və heç bir yerdə işləməyən arvadının, eləcə də 3 azyaşlı uşaqlarının olmasını, ilk məhkumluğunu, həmçinin Səbinənin ona qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş edib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1404   Tarix: 30 avqust 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

COP18-ə ev sahibliyi edəcək ölkə bilindi

Ekvador BMT-nin Bioloji Müxtəliflik üzrə Konvensiyasının Tərəflər Konfransının 18-ci sessiyasını (COP18) qəbul edəcək. xəbər verir ki, bu barədə Ermənistanın ətraf mühit naziri Ambartsum Matevosyan sosial şəbəkə hesabında paylaşım edib. Onun sözlərinə görə, müvafiq qərar İrəvanda təşkil olunan COP17-ni

31.10.2026 211
.

31 yaşlı diş həkimi vəfat etdi - FOTO

Həkim Orxan Cəfərov vəfat edib. -ın bölgə müxbirinin verdiyi məlumata görə, Göyçay şəhər sakini, 1995-ci il təvəllüdlü Cəfərov Orxan Çingiz oğlu xərçəng xəstəliyindən vəfat edib. Onun İranda müalicə aldığı xəstəxanaların birində dünyasını dəyişdiyi bildirilir. Xatırladaq ki, mərhum subay idi və rayond

00:25 114
.

Budanov Ukrayna üzrə üçtərəfli danışıqların növbəti raundunda irəliləyiş gözləyir

Ukrayna ABŞ və Rusiya ilə üçtərəfli danışıqların növbəti raundunda irəliləyiş gözləyir. "Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Ofisinin rəhbəri Kirill Budanov amerikalı senatorlarla onlayn formatda keçirilən görüşün yekunlarına dair öz "Telegram" kanalında bildirib

31.10.2026 204
.

Şirvan Milli Parkında ceyranların sayı 7 mini ötüb

Şirvan Milli Parkında ceyranların sayı artaraq 7 048 başa çatıb. Bu barədə "Report"un Aran bürosuna Şirvan Milli Parkından məlumat verilib. Bildirilib ki, 2003-cü ildə Şirvan Milli Parkının yaradılması ceyranların qorunması, sayının artırılması və tarixi yaşayış areallarının bərpası istiqamətind

31.10.2026 176
.

Azərbaycanda pambıq mahlıcı istehsalı 13 % artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 54 min 323 ton pambıq mahlıcı istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13 % çoxdur. Bu il oktyabrın 1-nə ölkədə 7 min 519 ton hazır məhsul ehtiyatı olub. Xatırlada

31.10.2026 184
.

Oxucuların diqqətinə: Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesablarını izləyin

Sosial şəbəkələrdə Prezident İlham Əliyevin foto və videolarını paylaşan müxtəlif hesablarla qarşılaşmaq mümkündür. Lakin bu görüntülərdən istifadə edilməsi həmin səhifələrin rəsmi olduğu anlamına gəlmir. Bu gün istənilən şəxs sosial şəbəkədə hesab aça, video yükləyə, görüntüləri montaj edə və səsi dəyişdir

31.10.2026 259
.

Quru sərhədlərlə bağlı VACİB AÇIQLAMA - Yanvar-sentyabr aylarında…

Azərbaycanda turizm sektorunun göstəriciləri geriləməkdə davam edir. "Yeni Sabah" xəbər verir ki, iqtisadçı Natiq Cəfərli bu barədə "Facebook" səhifəsində paylaşım edib. Onun sözlərinə görə, hökumət turizmi yenidən prioritet sahə elan edərək yeni fəaliyyət proqramı qəbul etsə də

00:23 107
.

Rusiya dizel ixracına qoyulan qadağanın müddətini uzatdı

Rusiyanın Nazirlər Kabineti dizel məhsullarının ixracına qoyulan qadağanın müddətini daha üç ay uzadıb. TASS-a istinadən xəbər verir ki, yeni qərar 2027-ci ilin yanvarın 31-dək qüvvədən qalacaq. Bildirilir ki, qadağa ölkənin daxili yanacaq bazarında sabitliyin qorunması məqsədilə tətbiq edilir. Nəzər

31.10.2026 191
.

Noyabrın 1-dən bu avtobuslar DƏYİŞİR - Gedişhaqqı...

Noyabrın 1-dən metronun "Memar Əcəmi" stansiyasını Hökməli qəsəbəsi ilə əlaqələndirən 156 və 156A nömrəli marşrut avtobusları yenilənir. Bu barədə BİG.AZ-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib. Məlumata əsasən, 156 nömrəl

31.10.2026 384
.