"Sülhməramlıların sonuncu addımı göstərir ki, onlar qərb imperiyalistləri ilə dəmiri eyni yerə vurmağa çalışır"-AÇIQLAMA
Rusiya sülhməramlılarının Bakıdan yola salınan humanitar yardım karvanının hərəkətinə maneə yaratmaq üçün Ağdam-Xankəndi yolunun üzərinə tikanlı məftillər qoyub. Humanitar yükün Xankəndiyə çatdırılmasına şərait yaradılması üçün Rusiya sülhməramlı kontingentinin komandanlığı hələlik heç bir addım atmır. Politoloq Tural İsmayılov BiG.AZ-a açıqlamasında bildirib ki, Qarabağda separatçıların qalmağında Rusiya sülhməramlılarıda maraqlıdır:
"Separatçılıq meyilləri nə qədər davamlı şəkildə qalarsa, Rusiya sülhməramlıların Qarabağda yerləşmiş müvəqqəti missiyasının uzun ömürlü olacağı ilə bağlı təxminlər var. Ona görə də Rusiya sülhməramlılar vasitəsilə nəinki 10 noyabr bəyanatının müddəalarının yerinə yetirilməyinə cəhd edir, bütövlükdə yayılan görüntülərdə görülüb ki, separatçılara silah-sursatın daşınması və bir çox məsələlərdə rus sülhməramlıları aktivlik nümayiş etdirirlər.
Politoloqun sözlərinə görə, rus sülhməramlıları Xankəndi və ətrafından məcburi köçkün düşmüş azərbaycanlıların taleyi ilə bağlı bu günə qədər heç bir açıqlama verməyib: "10 noyabr bəyanatında hansı ki, Rusiya prezidentinin imzası var. Müddəalarını yerinə yetirmək üçün Rusiya üzərinə düşən heç bir öhdəliyə əməl etmir. Bütün bunların fonunda, biz Rusiyadan hansısa ədalət, obyektivlik, geniş anlamlı bir hərəkət gözləyə bilmərik. Bu gün Rusiya başa düşür ki, Fransada daxil olmaqla, bir çox ölkələr Xankəndi erməniləri ətrafında ciddi oyunlar qurublar. Bu prosesdə hansısa bir humanitar missiyasının olmadığı da bəlli olan bir məsələdir. Qarabağda yaşayan və Azərbaycan vətəndaşı olmalı olan ermənilərdən Fransa, Rusiya, İran və bir çox xarici güc faktorları təsir vasitəsi kimi istifadə etməyə çalışırlar. Azərbaycana Qarabağ ermənilərinin əli ilə təyziq göstərməyə cəhdlər edirlər. Bu cəhdlərin ən bariz göstəricilərindən biri bu gün Xankəndi erməniləri ətrafında humanitar şou yaratmaqla həyata keçirilir. Əslində, Ağdam-Xankəndi yolunun açılmağı hansısa bir formada Laçın yolunu bağlamır. Azərbaycan tərəfi dəfələrlə vurğulayıb ki, Azərbaycan Laçın yolundan istifadəsinin qarşısını almayacaq. Amma biz bildirmişik ki, Laçın yolu ilə paralel Ağdam-Xankəndi yolu da işlək olmalıdır. Bizim öz suveren ərazimizdə hansı yolları məqbul görməyimiz ilə bağlı heç bir xarici dövlət bizə ağıl öyrədə bilməz.
Tural İsmayılov deyib ki, sülhməramlıların sonuncu addımları göstərir ki, onlar beynəlxalq aləmdə ermənilərdən istifadə edən Fransa və qərb imperiyalistləri ilə dəmiri eyni yerə vurmağa çalışır. "Bu gün separatçıların bütün basqılarının qarşısında Rusiya sülhməramlıları çox sakit görünür. Qarabağ erməniləri ilə bağlı, hansısa humanitar böhran və problem olsaydı Azərbaycanın göndərdiyi 40 ton unu rus sülhməramlıları çoxdan erməni xalqına paylamışdı".
Sevda Səfərova
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1280 Tarix: 30 avqust 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşCOP18-ə ev sahibliyi edəcək ölkə bilindi
Ekvador BMT-nin Bioloji Müxtəliflik üzrə Konvensiyasının Tərəflər Konfransının 18-ci sessiyasını (COP18) qəbul edəcək. xəbər verir ki, bu barədə Ermənistanın ətraf mühit naziri Ambartsum Matevosyan sosial şəbəkə hesabında paylaşım edib. Onun sözlərinə görə, müvafiq qərar İrəvanda təşkil olunan COP17-ni
31.10.2026 211 31 yaşlı diş həkimi vəfat etdi - FOTO
Həkim Orxan Cəfərov vəfat edib. -ın bölgə müxbirinin verdiyi məlumata görə, Göyçay şəhər sakini, 1995-ci il təvəllüdlü Cəfərov Orxan Çingiz oğlu xərçəng xəstəliyindən vəfat edib. Onun İranda müalicə aldığı xəstəxanaların birində dünyasını dəyişdiyi bildirilir. Xatırladaq ki, mərhum subay idi və rayond
00:25 114 Budanov Ukrayna üzrə üçtərəfli danışıqların növbəti raundunda irəliləyiş gözləyir
Ukrayna ABŞ və Rusiya ilə üçtərəfli danışıqların növbəti raundunda irəliləyiş gözləyir. "Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Ofisinin rəhbəri Kirill Budanov amerikalı senatorlarla onlayn formatda keçirilən görüşün yekunlarına dair öz "Telegram" kanalında bildirib
31.10.2026 204 Şirvan Milli Parkında ceyranların sayı 7 mini ötüb
Şirvan Milli Parkında ceyranların sayı artaraq 7 048 başa çatıb. Bu barədə "Report"un Aran bürosuna Şirvan Milli Parkından məlumat verilib. Bildirilib ki, 2003-cü ildə Şirvan Milli Parkının yaradılması ceyranların qorunması, sayının artırılması və tarixi yaşayış areallarının bərpası istiqamətind
31.10.2026 176 Azərbaycanda pambıq mahlıcı istehsalı 13 % artıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 54 min 323 ton pambıq mahlıcı istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13 % çoxdur. Bu il oktyabrın 1-nə ölkədə 7 min 519 ton hazır məhsul ehtiyatı olub. Xatırlada
31.10.2026 184 Oxucuların diqqətinə: Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesablarını izləyin
Sosial şəbəkələrdə Prezident İlham Əliyevin foto və videolarını paylaşan müxtəlif hesablarla qarşılaşmaq mümkündür. Lakin bu görüntülərdən istifadə edilməsi həmin səhifələrin rəsmi olduğu anlamına gəlmir. Bu gün istənilən şəxs sosial şəbəkədə hesab aça, video yükləyə, görüntüləri montaj edə və səsi dəyişdir
31.10.2026 259 Quru sərhədlərlə bağlı VACİB AÇIQLAMA - Yanvar-sentyabr aylarında…
Azərbaycanda turizm sektorunun göstəriciləri geriləməkdə davam edir. "Yeni Sabah" xəbər verir ki, iqtisadçı Natiq Cəfərli bu barədə "Facebook" səhifəsində paylaşım edib. Onun sözlərinə görə, hökumət turizmi yenidən prioritet sahə elan edərək yeni fəaliyyət proqramı qəbul etsə də
00:23 107 Rusiya dizel ixracına qoyulan qadağanın müddətini uzatdı
Rusiyanın Nazirlər Kabineti dizel məhsullarının ixracına qoyulan qadağanın müddətini daha üç ay uzadıb. TASS-a istinadən xəbər verir ki, yeni qərar 2027-ci ilin yanvarın 31-dək qüvvədən qalacaq. Bildirilir ki, qadağa ölkənin daxili yanacaq bazarında sabitliyin qorunması məqsədilə tətbiq edilir. Nəzər
31.10.2026 191 Noyabrın 1-dən bu avtobuslar DƏYİŞİR - Gedişhaqqı...
Noyabrın 1-dən metronun "Memar Əcəmi" stansiyasını Hökməli qəsəbəsi ilə əlaqələndirən 156 və 156A nömrəli marşrut avtobusları yenilənir. Bu barədə BİG.AZ-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib. Məlumata əsasən, 156 nömrəl
31.10.2026 384