Fuad qalan ömrünü həbsdə keçirəcək...
Beyləqanın Tatarlı kəndində 4 nəfəri öldürməkdə təqsirli bilinərək ömürlük məhkum edilmiş Fuad Cəlilzadə barəsindəki hökmdən verilmiş apellyasiya şikayətinə baxılıb.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Şirvan Apellyasiya Məhkəməsində keçirilən ikinci iclasda F.Cəlilzadə şikayətdən imtina etdiyini elan edib.
O, verilmiş cəza ilə razılaşıb, əlavə araşdırmaya ehtiyac görməyib. Təqsirləndirilən şəxsin istəyi yerinə yetirilərək, yekun məhkəmə aktı çıxarılıb.
Bu qərarla 27 yaşlı F.Cəlilzadə barəsindəki hökm qanuni qüvvəyə minib. O, qalan ömrünü Qobustanda yerləşən qapalı tipli cəzaçəkmə müəssisəsində keçirəcək.
Qeyd edək ki, hadisə ötən ilin dekabrında baş verib. Fuad Cəlilzadə aralarında olan ədavətə görə, qonşuları Nadir Quliyev, həyat yoldaşı Tərgül Quliyevanı yaşadıqları evin həyətində, oğlanları Amin və Xəyal Quluzadələri isə qəbiristanlıqda odlu silahla güllələmişdi.
Məlumata görə, Fuadın atası Loğman Cəlilov 2009-cu ildə münaqişə zəminində Nadir Quliyevə yaba ilə ağır xəsarət yetirib. N.Quliyevin şikayətçi olması ilə məhkəmə ona 6 il yarım həbs cəzası verib. O, həbsxanadan çıxdıqdan sonra qonşu ailələr arasında münasibətlər daha da pisləşib və mütəmadi olaraq dava edirlərmiş. Hadisədən bir müddət sonra F.Cəlilzadənin atası L. Cəlilov özünü asaraq intihar edib.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fuad Cəlilzadə ömürlük azadlıqdan məhrum edilib. Hökmdən verilmiş şikayətdə ömürlük azadlıqdan məhrum etmənin müddətli cəza ilə əvəzlənməsi xahiş edilmişdi.

BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 2672 Tarix: 29 avqust 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşÇində torpaq sürüşməsi: 51 nəfər öldü, itkin düşənlər var (VİDEO)
Çinin Çuntsin şəhərində baş verən iri torpaq sürüşməsi nəticəsində həlak olanların sayı rəsmi olaraq 51 nəfərə çatıb. Daha 10 nəfər isə itkin düşmüş hesab olunur. Qaynarinfo "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu hadisə son 10 ildən artıq müddətdə ölkədə qeydə alınan ən faciəl
31.07.2026 1 Düzgün qidalanırsınız, amma niyə arıqlamırsınız? - 7 mümkün səbəb
Sağlam qidalar qəbul etməyinizə baxmayaraq çəki atmaqda çətinlik çəkə bilərsiniz. Bunun səbəbi qidalanmanın ümumi prosesin yalnız bir hissəsi olmasıdır. Qaynarinfo xəbər verir ki, "Health" nəşrinin yazdığına görə, qidalanma vərdişləri və həyat tərzi arıqlama məqsədlərinə çatmağa mane ola bilər
31.07.2026 1 Şəxsi biznesi olan məşhurlar - Siyahı
Sənət aləmində fəaliyyət göstərən bəzi məşhurlar yalnız yaradıcılıqları ilə deyil, sahib olduqları bizneslərlə də diqqət çəkirlər. Axşam.az xəbər verir ki, bir sıra tanınmış simalar özəl sahədə də fəaliyyət göstərir. Əməkdar artist Vəfa Zeynalova da restoran biznesinə sahib olan sənətçilər sırasındadır
31.07.2026 1 AQTA-nın yeni etiketləmə qaydası istehlakçıya nə qazandıracaq? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi süd və digər ağartı məhsullarının etiketlənməsi ilə bağlı yeni qaydaların tətbiqinə başlayır. Yeni yanaşmaya əsasən, indiyədək bazarlarda etiketsiz satılan məhsulların üzərində istehsal tarixi, yararlılıq müddəti, istehsalçı və digər vacib məlumatlar əks olunacaq
31.07.2026 158 "Keçid ballarının artacağı gözlənilir"
"I ixtisas qrupu üzrə 600-dən yuxarı balı olan ixtisaslarda keçid ballarının 1-2 bal azalacağı gözlənilir. 500-600 bal intervalında isə təxminən 16 bala qədər azalma müşahidə oluna bilər". "Qafqazinfo" xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszad
31.07.2026 161 The Washington Post: "ABŞ İranın iqtisadiyyatına təzyiqi artırır"
ABŞ-ın İrana endirdiyi zərbələr və Vaşinqtonun yeni təzyiq siyasəti İran iqtisadiyyatında böhranı daha da dərinləşdirir. BİG.AZ The Washington Post-a istinadən xəbər verir ki, ABŞ administrasiyası hesab edir ki, iqtisadi təzyiq Tehranı nüvə proqramı ilə bağlı danışıqlara məcbur edə bilər. Məqalədə bildirili
31.07.2026 149 Hindistanın Mumbay şəhərində bina faciəsi: Ölənlərin sayı artdı
Hindistanın Mumbay şəhərində dördmərtəbəli yaşayış binasının bir hissəsinin uçması nəticəsində həyatını itirənlərin sayı 9 nəfərə yüksəlib. Yerli KİV-in məlumatına görə, xilasedicilər dağıntılar altından indiyədək 8 nəfərin cəsədini çıxarıblar. BİG.AZ ABC News-a istinadən xəbər verir ki, hazırda binad
31.07.2026 164 "Arzum"u həbsdən qurtaracaq şok DETALLAR - VİDEO
Ölümlə nəticələnən yol-nəqliyyat hadisəsində təqsirləndirilən "Arzum 99" ləqəbli bloqer İlduzə Hacıyevanın apellyasiya şikayəti üzrə ilk məhkəmə baxışı keçirilib. Baku TV-nin məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində keçirilən iclasda cinayət işinin yenidən araşdırılmasına start verilib
31.07.2026 273 Niyə köpək balıqlarının sümükləri yoxdur? - Onların skeletinin qeyri-adi sirri
Köpəkbalıqları əksər balıqlardan təkcə xarici görünüşü ilə fərqlənmir. Alimlər onların skeletinin nə üçün tamamilə qınlıqdan (qığırdaqdan) ibarət olduğunu izah ediblər. Əksər insanlar bütün balıqların sümük skeletinə malik olduğuna öyrəşiblər. Lakin köpəkbalıqları istisnadır. xarici mediaya istinadə
31.07.2026 1