"Laçının Şəhər Günü"nün bayram keçirilməsi tarixi hadisədir

"Laçının Şəhər Günü"nün bayram keçirilməsi tarixi hadisədirLaçının işğalı böyük faciə idi. Çünki Laçın rayonunun işğalından sonra Ermənistanla keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti arasında fiziki bağlantı yarandı. Bu da digər ərazilərimizin işğalı üçün Ermənistana imkanlar qazandırdı. Azərbaycan öz torpaqlarını 44 günlük Vətən müharibəsində işğaldan azad etsə də, Laçın şəhəri, Zabux və Sus kəndləri 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata əsasən təxminən iki il sonra 2022-ci ilin avqustun 26-da nəzarətimizə keçdi. Ermənistan Laçında hərbi cinayətlər törədərək burada Qarabağla əlaqəsi olmayan Yaxın Şərqdən olan ermənilərin məskunlaşmasını aparmışdı. Amma dövlətimizin başçısının qətiyyəti və siyasi iradəsi sayəsində Laçın şəhəri, Zabux və Sus kəndləri Ermənistanın məskunlaşdırdığı ermənilərdən azad edildi. Laçın şəhəri, Zabux və Sus kəndləri bir il müddətində sürətlə inkişaf edib. İndiyədək Laçın rayonunda 254 ailənin, yəni, 992 nəfərin daimi məskunlaşması təmin edilib. Cəmi 8 ay ərzində Laçın şəhəri, Zabux və Sus kəndləri yenidən qurulub bərpa etdirilərək müasir libasa bürünüb, burada laçınlıların xoşbəxt gələcəyi üçün bütün şərait yaradılıb. İlin sonuna qədər isə minlərlə laçınlı öz doğma yurdlarına qayıdacaq.
Müharibənin başa çatdığı 3 ilə yaxın bir dövrdə Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın dəfələrlə Laçına səfər etmələri bu rayonun sürətlə və keyfiyyətlə yenidən qurulmasına yol açıb. Dövlətimizin başçısının hər bir səfəri rayonun həyatına canlanma gətirib, təməli qoyulan və açılışları olunan çoxsaylı layihələrlə zəngin olub. Bu gün artıq Laçının 258 hektar ərazisində müasir standartlara cavab verən evlər yenidən inşa olunub. Şəhər infrastrukturu isə laçınlıların rahat yaşamasına və buraya gələcək qonaqların dincəlməsinə imkan verəcək. Öz doğma yurdlarına qayıdacaq insanlar üçün iş yerlərinin qabaqcadan açılması 31 il məcburi köçkünlük həyatına son qoyulmuş hər bir laçınlının firavan gələcəyinin təminatı deməkdir. Laçında yaradılan Aqro və Sənaye Parkında fəaliyyət göstərəcək 46 müəssisə laçınlıların işsizlik məsələsini həll etməklə yanaşı, rayonun iqtisadiyyatının yenidən sıçrayışlı inkişafına yol açacaq. Tikilən müasir yollar, Beynəlxalq Hava Limanı və şəhər infrastrukturu Laçın şəhəri, Zabux və Sus kəndlərini ən müasir səviyyəyə gətirir və buraya səfər edən hər kəsi valeh edir.
Prezident İlham Əliyev cari ilin mayın 28-də Laçına növbəti səfəri zamanı aparılan quruculuq işlərindən bəhs edərək demişdi: "Biz öz doğma torpaqlarımızı işğalçılardan azad edəndən sonra mən demişdim ki, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Cənnətin əgər təsviri varsa, bu gün bax, budur. Gözəl təbiət, əzəmətli dağlar, gözəl binalar, evlər – hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun".
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi və tapşırıqları ilə Laçın cənnətə çevrilib. Burada insanların firavan yaşaması üçün hər şey yüksək səviyyədə tikilir. Bu, həm də yenidən qurulan və bərpa olunan işğaldan azad edilmiş ərazilərimizin əyani təzahürüdür. Ermənistan və onun dayaqları işğaldan azad olunmuş ərazilərin yeni libas geyinməsini və sevinclə öz sakinlərini qarşıladığını görəndə mənəvi əzab çəkirlər.
Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən işğaldan azad edilmiş ərazilərdə şəhər günləri təsis edilib. Laçın şəhəri avqustun 26-da ermənilərdən azad olunduğundan bu tarix "Laçın Şəhəri Günü" kimi təsdiq olunub. Avqustun 26-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə laçınlıların yüksək əhvali-ruhiyyəsi ilə "Laçının Şəhər Günü"nün bayram keçirilməsi tarixi hadisədir. 31 il əvvəl gözü yaşlı öz doğma yurdlarını tərk edən laçınlılar artıq sevinclə öz doğma yurdlarına qayıdırlar və bayramlar keçirilər. Laçında musiqi sədaları ucalır və atəşfəşanlıq səsləri eşidilir. Laçınlılar bu günü həsrətlə gözləyirdilər. Laçında qeyri-qanuni məskunlaşma aparan Ermənistan buranın və digər ərazilərimizin azad olunacağını heç təsəvvürünə belə gətirə bilməzdi.
Ağcabədi rayonunun Taxtakörpü ərazisində laçınlı məcburi köçkünlər ilə özünün 50 illik yubileyini qeyd edən Prezident İlham Əliyev Laçını azad edəcəyini və növbəti yubileyinin azad edilmiş ərazilərdə qeyd olunacağını bildirmişdi. Dövlətimizin başçısı öz sözünə əməl etdi və 60 illik yubileyini Şuşada keçirdi. Bu gün laçınlılar öz doğma yurdlarında şəhər gününü bayram edirlər. Bu, bir daha Azərbaycan Prezidentinin öz vədinə sadiqliyinin, həm də dövlətimizin gücünün göstəricisidir.
"Prezident İlham Əliyevin rəhbərliyi ilə günü-gündən güclənən Azərbaycan dövləti öz haqq işini davam etdirir, bütün arzu və istəklərini reallaşdırır. Qarşımıza çoxlu maneələr çıxır və düşmənlərimiz bizə təzyiq göstərərək haqq işimizin qarşısını almağa çalışırlar. Ona görə də bizi danışıqlar yolu ilə torpaqlarımızın işğaldan azad olunacağına inandırmağa çalışaraq erməni işğalını əbədiləşdirmək istəyirdilər. Amma Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və rəşadətli Ordumuzun gücü sayəsində 30 il işğal altında saxlanılan torpaqlar 44 gündə döyüş meydanında azad olundu. O cümlədən cari ilin aprelin 23-də Həkəri çayı üzərində "Laçın" dövlət sərhədindən buraxılış məntəqəsi yaratmaqla Azərbaycan öz gücünü bir daha nümayiş etdirdi. Bu gün artıq ölkəmizin ərazi bütövlüyü təmin olunub. Bütün sərhədboyu nəzarət-keçid məntəqələri yaratmaqla ölkəmizə giriş və çıxışlar icazəmizlə həyata keçirilir. Azərbaycan xalqının iradəsini heç kim sarsıda bilməz.

Cavid Fərhadov – ehtiyatda olan polkovnik-leytenant,
Vətən müharibəsi qazisi


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1055   Tarix: 29 avqust 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Donald Tramp ona qarşı aksiyaların Corc Soros tərəfindən maliyyələşdirildiyini açıqladı

ABŞ Prezidenti Donald Tramp ona qarşı təşkil edilən etiraz aksiyalarının milyarder Corc Soros tərəfindən maliyyələşdirildiyini iddia edib. -ın məlumatına görə, bu barədə "The Wall Street Journal" nəşri yayıb. "Yenə bir etirazçı. Onlara Soros pul ödəyir. Üstəlik, bu adam ucuz başa gəli

31.10.2026 169
.

Sumqayıtda məktəbli qızı sevgilisi küçədə döydü

Sumqayıtda məktəbli qız küçədə döyülüb. -a istinadla xəbər verir ki, hadisə 9-cu mikrorayon ərazisində, binalardan birinin arxasında qeydə alınıb. 18 yaşlı Samir Musayev (şərti adla) sevgi münasibətlərində olduğu 15 yaşlı Mahirə Bağırovanın (şərti adla) baş nahiyəsinə yumruqla möhkəm zərbə vurub. Nəticəd

31.10.2026 271
.

Onlar pulsuz xidmət göstərməsələr, 18 manat ödəyəcəklər - Yeni qayda

Azərbaycanda "Pulsuz hüquqi yardım haqqında" yeni qanun qəbul ediləcək. Qanunda pulsuz hüquqi yardım göstərən vəkillər üçün yeni öhdəliklər müəyyənləşdiriləcək. BİG.AZ Trend-ə istinadən xəbər verir ki, yeni qanun layihəsi Milli Məclisin bugünkü plenar iclasında birinci oxunuşda müzakirəyə çıxarılıb

31.10.2026 135
.

Bu cərimənin məbləği KƏSKİN AZALIR

İşçilərin sayı azaldıqda və ya ştatlar ixtisar olunduqda işəgötürənlər işçilərin əmək stajını nəzərə alaraq onları əvvəlcədən xəbərdar etməli və müvafiq işdənçıxarma müavinəti ödəməlidirlər. BİG.AZ yenisabah-a istinadən xəbər verir ki, bu təminatlar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsind

00:27 100
.

COP18-ə ev sahibliyi edəcək ölkə bilindi

Ekvador BMT-nin Bioloji Müxtəliflik üzrə Konvensiyasının Tərəflər Konfransının 18-ci sessiyasını (COP18) qəbul edəcək. xəbər verir ki, bu barədə Ermənistanın ətraf mühit naziri Ambartsum Matevosyan sosial şəbəkə hesabında paylaşım edib. Onun sözlərinə görə, müvafiq qərar İrəvanda təşkil olunan COP17-ni

31.10.2026 211
.

Azərbaycanın startap ekosisteminin ümumi dəyəri açıqlanıb

Azərbaycanın startap ekosisteminin ümumi dəyəri 600 milyon ABŞ dollarına yaxınlaşır. "Report" xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı rəhbərlik etdiyi qurumun "Enterprise Azerbaijan" portalının keçirdiyi "Startu

31.10.2026 195
.

Noyabrın 1-dən bu avtobuslar DƏYİŞİR - Gedişhaqqı...

Noyabrın 1-dən metronun "Memar Əcəmi" stansiyasını Hökməli qəsəbəsi ilə əlaqələndirən 156 və 156A nömrəli marşrut avtobusları yenilənir. Bu barədə BİG.AZ-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib. Məlumata əsasən, 156 nömrəl

31.10.2026 384
.

Noyabrda hava kəskin DƏYİŞƏCƏK - XƏBƏRDARLIQ EDİLDİ

Noyabr ayında va bəzi ərazilərdə aylıq yağıntının miqdarı iqlim normasından çox olacaq. Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, noyabr ayında ümumi atmosfer sirkulyasiyasının dəyişməsi baş verir. Tutqun və buludlu günlərin sayı çoxalır. Soyuq hava kütlələrinin əraziyə tez-tez daxil olmas

31.10.2026 259
.

Şirvan Milli Parkında ceyranların sayı 7 mini ötüb

Şirvan Milli Parkında ceyranların sayı artaraq 7 048 başa çatıb. Bu barədə "Report"un Aran bürosuna Şirvan Milli Parkından məlumat verilib. Bildirilib ki, 2003-cü ildə Şirvan Milli Parkının yaradılması ceyranların qorunması, sayının artırılması və tarixi yaşayış areallarının bərpası istiqamətind

31.10.2026 176
.