Nişanlısı ilə qardaşı evləndi, mesajları görüb öldürdü - Bakıdakı qətlin TƏFƏRRÜATI

Nişanlısı ilə qardaşı evləndi, mesajları görüb öldürdü - Bakıdakı qətlin TƏFƏRRÜATIXəzər rayonunda qardaşı arvadını qətlə yetirməkdə təqsrli bilinən Ələkbər Abdullayevin cinayət işi üzrə təfərrüatlar məum olub.

"Ölkə.Az" xəbər verir ki, Xəzər rayonu Binə qəsəbəsində yaşayan, 1975-ci il təvəllüdlü Abdullayev Ələkbər Hafiz oğlu yaşadığı evdə qardaşının həyat yoldaşı, 1973-cü il təvəllüdlü Abdullayeva Rübabə Xudaşükür qızını qısqanclıq zəminində bıçaqlayıb.

Qadın aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Ə.Abdullayev Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə ittiham olunub.

İş üzrə dindirilmiş Ələkbər Abdullayev ifadəsində göstərib ki, Binə qəsəbəsində ailə üzvləri ilə birlikdə yaşayıb. 1993-cü ildə ailə həyatı qurub. Lakin bir neçə ildən sonra yoldaşından boşanıb. Yaxınları ona Rübabə adlı qadınla evlənməyi məsləhət görüblər. Nişanlı qaldığı müddətdə o, birinci arvadı ilə barışıb yenidən onunla ər-arvad münasibətində yaşamağa başlayıb.

Atası Hafiz Abdullayev Rübabənin namusunun ləkələnməməsi üçün onların evinə gedib ailəsindən qızı qardaşı Bəxtiyara istəyib. Onların toyu 19 il əvvəl olub. Bəxtiyar ailəsi ilə birlikdə onlarla bir hətəydə özünə məxsus evdə yaşayıb.

2011-ci ildə qardaşı vəfat etdikdən sonra qardaşına maaddi köməklik edib. Qardaşı övladları ilə münasibəti yaxşı olub.

2016-cı ildə Rübababənin mobil telefonuna xatırlamadığı nömrədən mesaj gəlib. Ələkbər telefonu Rübabənin əlindən alıb orada sevgi ismarıcları yazıldığını görüb. Mesaj yazana öz nömrəsi ilə zəng vuranda telefona cavab verən şəxsin kişi olduğunu bilib. Rübabə ilə bu zəmində mübahisə edərək ona iki şillə vurub. Həmçinin övladlarına anasının telefonuna mesajları və şəkilləri göstərib. Qardaşı arvadına namusuna ləkə gətirəcək hərəkətlər etməməsini bildirib. Rübabə bundan sonra səhv hərəkətlər etməyəcəyini və işdən çıxıb evdə oturacağına söz verib. Ələkbər isə birdə belə hərəkət edəcəyi təqdirdə onu öldürəcəyini deyib.
2018-ci ilin əvvəllərində qadın ondan Binə qəsəbəsində yerləşən uşaq əyləncə mərkəzində işləməsinə icazə vderməsini xahiş etdikdə ona razılığını verib. Amma iki aydan sonra o, həmin yerdə işləmək istəmədiyini deyib. Daha sonra Rübabənin Mərdəkan qəsəbəsində dəniz kənarında yerləşən istirahət mərkəzində işlədiyini öyrənib. Orada nə işlə məşğul olduğunu soruşduqda o, təmizlik işləri gördüyünü deyib.

Ələkbər Abdullayev bildirib ki, ailə üzvləri ilə birlikdə həyətdə oturanda Rübabənin mobil tel efonuna yenidən mesaj gəlib. Kimin ona mesaj yazdığını soruşduq da, bu dəfə qardaşı arvadı ona sərbəst adam olduğunu bildirib. Sonuncu mesaj yazanın bacısı olduğunu söyləyərək telefonu yerə çırpıb gedib. Ələkbər telefonu yerdən götürərərk işə salıb mesaj bölməsinə baxdıqda başqa nömrədən səsli mesaj gəldiyini görüb. İcmarıclara qulaq asanda onun əxlaqsızlıqla məşğul olmasından şübhələnib. Mesajları öz telefonuna köçürüb və bu barədə Rübabəyə heçnə deməyib. Gecə saat 1 radələrində qardaşı qızına anasının telefonunda olan səsli mesajları dinlədib.

Avqustun 8-i səhər məsciddə namaz qıldıqdan sonra yaşadığı evə qayıdıb. Rübabəni aynabənddə oturub siqaret çəkdiyini görüb. Telefonuna gələn mesajlar barədə onunla yenidən söhbət eləmək üçün ona yaxınlaşıb. Qarşısındakı masanın üstünsə siqaret, alışqan, yemək qabları və bıçaq görüb.

Rübabə yenə "mən sərbəst adamam özüm bilərəm nə edirəm" dedik də, stolun üzərindəki bıçağı sağ əli ilə götürərək onun sinə nahiyyəsinə 4 zərbə burub. Qadın üzü üstə yerə yıxılıb və sinəsindən axan qan döşəmənin üzərinə yayılıb. Evin qarşısında arvadı Nərgizə Rübabəni öldürdüyünü deyib və polisə gedərək təslim olub. Törətdiyi cinayət əməlindən peşman olmadığını bildirib.

Məhkəmə prosesində Ələkbər Abdullayev ittiham üzrə tam təqsirli bilib.

Zərərçəkmiş şəxsi hüquqi varisi məhkəmədən təqsirləndirilən şəxsə ən ağır cəza verilməsini xahiş edib.

Sonda məhkəmənin hökmü ilə Ələkbər Abdullayev 13 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2989   Tarix: 27 avqust 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Azərbaycanda 1800 vətəndaş ölümündən sonra orqanlarının bağışlanması üçün reyestrdə qeydiyyatdan keçib

Azərbaycanda 1800 vətəndaş ölümündən sonra orqanlarının bağışlanması üçün reyеstrdə qeydiyyatdan keçib. "Report" xəbər verir ki, bunu Orqan Donorluğu və Transplantasiya üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova Azərbaycanda və Cənubi Qafqazda ilk donor ürək transplantasiyasını

31.10.2026 194
.

Noyabrın 1-dən bu avtobuslar DƏYİŞİR - Gedişhaqqı...

Noyabrın 1-dən metronun "Memar Əcəmi" stansiyasını Hökməli qəsəbəsi ilə əlaqələndirən 156 və 156A nömrəli marşrut avtobusları yenilənir. Bu barədə BİG.AZ-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib. Məlumata əsasən, 156 nömrəl

31.10.2026 384
.

Azərbaycanda pambıq mahlıcı istehsalı 13 % artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 54 min 323 ton pambıq mahlıcı istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13 % çoxdur. Bu il oktyabrın 1-nə ölkədə 7 min 519 ton hazır məhsul ehtiyatı olub. Xatırlada

31.10.2026 184
.

Rusiya dizel ixracına qoyulan qadağanın müddətini uzatdı

Rusiyanın Nazirlər Kabineti dizel məhsullarının ixracına qoyulan qadağanın müddətini daha üç ay uzadıb. TASS-a istinadən xəbər verir ki, yeni qərar 2027-ci ilin yanvarın 31-dək qüvvədən qalacaq. Bildirilir ki, qadağa ölkənin daxili yanacaq bazarında sabitliyin qorunması məqsədilə tətbiq edilir. Nəzər

31.10.2026 191
.

Azərbaycanda "Apple" istifadəçilərinin hesabları KÜTLƏVİ ŞƏKİLDƏ ƏLƏ KEÇİRİLİR

Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) "Apple" şirkətinin məhsullarında aşkarlanmış təhlükəsizlik boşluğu ilə bağlı istifadəçilərə xəbərdarlıq edib. xəbər verir ki, bu barədə Milli Kibertəhlükəsizlik Agentliyi məlumat yayıb. Bildirilib ki, "iOS", "iPadOS" və "macOS"

31.10.2026 245
.

"TikTok" montajından siyasi mesaj düzəldənlər: Türkiyə mediasına məsuliyyət çağırışı

Azərbaycan Prezidenti İlham Əliyevin görüntüləri üzərinə illər əvvəlki çıxışından səs yazısının əlavə edildiyi videonun Türkiyənin bəzi media resurslarında və sosial şəbəkə hesablarında təqdimat forması ciddi narazılıq doğurur. Qeyri-rəsmi hesabda yayılan materialın dövlət başçısının şəxsi paylaşım

31.10.2026 169
.

Yanğında ölən Könül Hümbətovanın qızının acı taleyi: "Bir stəkan su içmək belə çətindir" - Video

Bir il əvvəl Bakının Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın zamanı həyatını itirən üç nəfərdən biri Bakı Milli Geyim Evinin rəhbəri Könül Hümbətova olub. Onun qızı Ləman Qulamova isə hadisədən sonra aldığı xəsarətlərdən hələ də sağala bilməyib. BİG.AZ "Xəzər" TV-y

00:39 76
.

Noyabrda hava kəskin DƏYİŞƏCƏK - XƏBƏRDARLIQ EDİLDİ

Noyabr ayında va bəzi ərazilərdə aylıq yağıntının miqdarı iqlim normasından çox olacaq. Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, noyabr ayında ümumi atmosfer sirkulyasiyasının dəyişməsi baş verir. Tutqun və buludlu günlərin sayı çoxalır. Soyuq hava kütlələrinin əraziyə tez-tez daxil olmas

31.10.2026 259
.

Sumqayıtda məktəbli qızı sevgilisi küçədə döydü

Sumqayıtda məktəbli qız küçədə döyülüb. -a istinadla xəbər verir ki, hadisə 9-cu mikrorayon ərazisində, binalardan birinin arxasında qeydə alınıb. 18 yaşlı Samir Musayev (şərti adla) sevgi münasibətlərində olduğu 15 yaşlı Mahirə Bağırovanın (şərti adla) baş nahiyəsinə yumruqla möhkəm zərbə vurub. Nəticəd

31.10.2026 271
.