Mehman Xəlilov: "Uşağı qəsdən öldürmək istəsəm, kameranın altında niyə edirdim?" - VİDEO
Məşq zamanı 7 yaşlı Fərid Bakarovu xüsusi amansızlıqla öldürməkdə ittiham olunan idmançı Mehman Xəlilovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
BiG.AZ Qafqazinfo-ya istinadən xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Müdafiə və zərərçəkmiş tərəf indiki mərhələdə hər hansı vəsatətlə çıxış etməyib.
Dövlət ittihamçısı təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin davam etməsi şərti ilə işin məhkəmə baxışına təyin edilməsini istəyib. İş üzrə baxış iclası sentyarın 7-nə təyin edilib.
Təqsirləndirilən idmançının vəkili Anar Qasımlı saytımıza açıqlamasında müvəkkilinə verilmiş ittihamlara münasibət bildirib. Müdafiəçi ittihamlarla razı olmadıqlarını, hadisənin ehtiyatsızlıq səbəbindən baş verdiyini deyib: "Mehman Xəlilovun azyaşlını qəsdən öldürmək niyyəti olmayıb. Əməlindən peşmandır, amma özünü Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə təqsirli bilir. Mehman istintaqa hadisə barədə geniş ifadə verib. İfadəsində deyib ki, əgər qəsdən öldürmək niyyətim olsaydı, bunu idman zalında, kameraların altında niyə edirdim ki? Dediyinə görə, Fərid perspektivli uşaq olub, amma mütəmadi olaraq məşqlərdən yayınırmış. Onu peşəkar idmançı kimi yetişdirmək üçün də bir az təzyiq göstərib. Müvəkkilimin özünə də qəribə gəlir ki, azyaşlı uşağı niyə qəsdən öldürmək istəsin axı? Burada qəsdən öldürmə cinayətindən söhbət gedə bilməz".
Vəkilin sözlərinə görə, təqsirləndirilən şəxsə ağır ittihamlar verilməsinin əsas səbəblərindən biri sosial şəbəkələrdə ciddi təpki göstərilməsi olub.
Qeyd edək ki, hadisə bu ilin aprel ayında qeydə alınıb. Mehman Xəlilovun məşqdə azyaşlılara qarşı qəddar davranışlarını əks etdirən görüntülər yayılıb. O, zərərçəkmiş Fərid Bakarovun saçından, başından, qulağından tutaraq havaya qaldırıb, həmçinin təpiklə vurub və digər təhlükəli hərəkətlər edib. Hadisə nəticəsində F.Bakarov vəfat edib.
M.Xəlilova qarşı ilkin olaraq Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb, barəsində həbs qətimkan tədbiri seçilib. İbtidai istintaqın sonunda onun əməli Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya təhlükəli üsulla adam öldürmə) və 120.2.9-cu (xüsusi amansızlıqla və təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələrinə tövsif edilib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1869 Tarix: 24 avqust 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBu cərimənin məbləği KƏSKİN AZALIR
İşçilərin sayı azaldıqda və ya ştatlar ixtisar olunduqda işəgötürənlər işçilərin əmək stajını nəzərə alaraq onları əvvəlcədən xəbərdar etməli və müvafiq işdənçıxarma müavinəti ödəməlidirlər. BİG.AZ yenisabah-a istinadən xəbər verir ki, bu təminatlar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsind
00:27 320 Suriya Məkkə müdafiə alyansına qoşula bilər
Dəməşq Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistanın daxil olduğu Məkkə müdafiə alyansına qoşulmaq məsələsini nəzərdən keçirir. "Report" "Ynet"ə istinadən xəbər verir ki, bu barədə Suriyanın xarici işlər naziri Əsəd Həsən əş-Şibani Bəhreyndə keçirilən "IISS Manama Dialogue"
31.10.2026 263 Azərbaycanın startap ekosisteminin ümumi dəyəri açıqlanıb
Azərbaycanın startap ekosisteminin ümumi dəyəri 600 milyon ABŞ dollarına yaxınlaşır. "Report" xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı rəhbərlik etdiyi qurumun "Enterprise Azerbaijan" portalının keçirdiyi "Startu
31.10.2026 216 Fransada yeni iğtişaşlar gözlənilir: Parisdə 40 metro stansiyası bağlanacaq
Fransa hökuməti Prezident Emmanuel Makronun siyasətinə, eləcə də dövlət xidmətlərinin vəziyyətinə və yaşayış xərclərinin artmasına qarşı oktyabrın 31-də gözlənilən ümummilli etirazlar zamanı mümkün iğtişaşların qarşısına 70 min polis əməkdaşını cəlb edəcək. bildirir ki, bu barədə "Reuters"
31.10.2026 250 Pensiyaçılar, uşaqlar və işləyənlər üçün YENİ MƏBLƏĞLƏR AÇIQLANDI
Gələn ilin büdcəsində yaşayış minimumu və ehtiyac meyarının məbləği artırılıb. Bu barədə "Report"a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev məlumat verib. Onun sözlərinə görə, gələn il yaşayış minimumu və ehtiyac meyarının məbləği 314 manat olacaq:. "Yaşayı
00:21 303 Donald Tramp ona qarşı aksiyaların Corc Soros tərəfindən maliyyələşdirildiyini açıqladı
ABŞ Prezidenti Donald Tramp ona qarşı təşkil edilən etiraz aksiyalarının milyarder Corc Soros tərəfindən maliyyələşdirildiyini iddia edib. -ın məlumatına görə, bu barədə "The Wall Street Journal" nəşri yayıb. "Yenə bir etirazçı. Onlara Soros pul ödəyir. Üstəlik, bu adam ucuz başa gəli
31.10.2026 258 Əl-Budeyvi: Ərəb ölkələri İranla dialoqa hazırdır, lakin qarşılıqlı addımlar gözləyir
Fars körfəzi hövzəsindəki ərəb dövlətləri İranla danışıqlara açıqdır, lakin Tehranın da qarşılıqlı addımlar atacağını gözləyirlər. "Report" "Iran International"a istinadən xəbər verir ki, bu barədə Fars Körfəzi Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasının baş katibi Casim Məhəmməd əl-Budeyv
10:45 34 Qaz plitəsi, kombi və su qızdırıcıları istifadə edənlərin nəzərinə: 5 gün sonra yeni qaydalar qüvvəyə minir
Azərbaycanda qaz plitələri, kombilər və su qızdırıcılarının təhlükəsizliyinə dair yeni tələblər tətbiq olunacaq. -ın məlumatına görə, qazla işləyən qurğular partlayış riskini istisna etməli, qaz yollarının birləşmələri hermetik olmalı və yanmamış qazın təhlükəli səviyyədə toplanmasının qarşısını almalıdır
10:00 129 Noyabrda 11 gün İŞ OLMAYACAQ - TARİXLƏR
Noyabr ayında Azərbaycanda beşgünlük iş həftəsi ilə çalışanlar üçün ardıcıl dörd gün istirahət olacaq. xəbər verir ki, noyabrın 8-i Zəfər Günü, noyabrın 9-u isə Dövlət Bayrağı Günü kimi qeyd olunur. Hər iki tarix qeyri-iş günüdür. Bundan əlavə 8 noyabr bazar gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsin
31.10.2026 377