"Ermənistanın sülhlə bağlı addımları Azərbaycan qalib tərəf kimi onlara məcbur elətdirir"-AÇIQLAMA
Son zamanlar Ermənistanda siyasi erməni müşahidəçiləri Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin imzalanması ilə bağlı danışıqlara toxunub. Bununla yanaşı,Nikol Paşinyan sülh müqaviləsinin yenilənən variantını Azərbaycana təqdim etdiyini deyib. Bu siyasi prosesdə Ermənistana etibar etmək nə dərəcədə doğrudur? Məsələ ilə bağlı BiG.AZ-a danışan Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, politoloq Tural İsmayılov bildirib ki, heç bir halda Ermənistana güvənə bilmərik. Politoloq Ermənistanla ən yüksək formada yekun sülh müqaviləsi imzalansa belə, bu ölkənin Azərbaycan əleyhinə fəaliyyət göstərməyi gözlənilən bir hadisə olduğunu qeyd edib:
"Bu gün əslində Ermənistanın sülhlə bağlı atacaqları addımları Azərbaycan qalib və güclü tərəf kimi onlara məcbur elətdirir. Ermənistanın öz xoşuna qalsa, bu gün xarici güc faktorlarının əlində oyuncağa çevrilən bu ölkə dayanmadan müharibəyə hazırlaşdırılır. Son dövrlər Ermənistanın ciddi formada silahlandırlması, Azərbaycanla şərti sərhədlərdə hərbi aktivliyini gücləndirməsi prosesin nə qədər aqressiv həyata keçirildiyini göstərir. Eyni zamanda rus sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərindən hələ də qanunsuz erməni silahlı birləşmələrinin çıxarılmaması, müxtəlif dərəcələrdə "hərbi təlim"lərə cəlb edilməsi sülh müqaviləsinin yubanmasına şərait yaradır. Təbii ki, Ermənistanda xalqın arasında bir yekdillik mövcud deyil. Siyasi qüvvələr balansı itib. Mərkəzi dövlət aparatı demək olar ki, çox kövrəkdi. Belə olan vəziyyətdə, Ermənistanın əslində qurtuluş yolu Azərbaycanla sülh müqaviləsi imzalamaqdır. Artıq Ermənistanda həm siyasi qüvvələr, həm də ictimaiyyət uzun müddət Azərbaycan və Türkiyə düşmənçiliyi ilə zəhərlənib. Bu saxta faşist-fiziolji təbliğat imkan vermir ki, xalqın arasında sülhlə bağlı Ermənistan hakimiyyəti normal maarifləndirmə aparsın. Burada hazırki hakimiyyətində çox böyük günahı var. Onlar hakimiyyətə gəldikdən sonra özündən əvvəlki Köçəryan, Sarkisyan dövründəki nifrət leksikonunu siyasətindən qaldırmadı. Eyni zamanda, Ermənistanın tədris-təbliğat vasitələrində hələ də Azərbaycan əleyhinə etnik, düşmənçilik tezisləri yayılıb. Bütün bunlara baxmayaraq, Azərbaycan Ermənistana sülh üçün vaxt qoyub. Bu gedişlə ya Ermənistan öz xoşluğu ilə bu sülh müqaviləsini imzalayacaq, ya da Azərbaycan Ermənistanı sülh müqaviləsi imzalamağa məcbur edəcək".
Sevda Səfərova
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1076 Tarix: 24 avqust 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşQızılın qiyməti xeyli ucuzlaşdı
"Comex" birjasında dekabr ayında tədarük ediləcək qızıl füçerslərinin qiyməti bir trua unsiyası üçün 3 900 dollardan aşağı düşüb. xəbər verir ki, bu barədə birjanın ticarət məlumatlarında qeyd olunub. Bakı vaxtı ilə saat 21:08-də qızılın qiyməti 3.27% azalaraq bir trua unsiyası üçün 3 899.6
31.10.2026 281 Vətən müharibəsinin 36-cı günü: Döyüş əməliyyatları davam edir
2020-ci il noyabrın 1-i - bizi torpaqlarımızın azadlığına aparan Vətən müharibəsinin otuz altıncı günü. Cəbhənin Ağdərə, Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində döyüş əməliyyatları davam edir. Ordumuzun qüdrəti qarşısında duruş gətirə bilməyən düşmən mülki əhalimizin yaşadığı əraziləri hədəf almaqd
10:56 0 Pensiyaçılar, uşaqlar və işləyənlər üçün YENİ MƏBLƏĞLƏR AÇIQLANDI
Gələn ilin büdcəsində yaşayış minimumu və ehtiyac meyarının məbləği artırılıb. Bu barədə "Report"a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev məlumat verib. Onun sözlərinə görə, gələn il yaşayış minimumu və ehtiyac meyarının məbləği 314 manat olacaq:. "Yaşayı
00:21 303 Dünyanın ən bahalı şirkəti üç ay sonra dəyişdi
"Apple" texnologiya korporasiyası olan "Nvidia"nı geridə qoyaraq yenidən dünyanın ən dəyərli şirkəti statusuna sahib olub. xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb. Bildirilir ki, oktyabrın 30-na olan məlumata əsasən, "Apple"ın bazar kapitallaşmas
10:15 105 15 yaşlı Məryəmin cəsarəti, alovların içindən uşağı xilas etdi - Milyonluq mükafat! - VİDEO
Dağıstanın Xasavyurt şəhərində 15 yaşlı məktəbli Məryəm Akavova yanan avtomobildə köməksiz qalan azyaşlı uşağı ölümdən xilas edib. Yeniyetmənin göstərdiyi cəsarət böyük əks-səda doğurub. xəbər verir ki, hadisə oktyabrın 27-də baş verib. Şəhərin 5 nömrəli məktəbinin 9-cu sinif şagirdi Məryəm küçədən keçərkə
01:08 371 Kredit götürənlərə pis xəbər! - Bu yaşda olanlar sığortalanmayacaq
Kredit götürən şəxslərin həyatının ölüm və əmək qabiliyyətinin itirilməsi hallarından sığortalanması zamanı yaş və sağlamlıqla bağlı müəyyən məhdudiyyətlər nəzərdə tutulur. BİG.AZ Trend-ə istinadən xəbər verir ki, bəzi kateqoriyalara aid şəxslər, sığorta müqaviləsində ayrıca təminat nəzərdə tutulan halla
31.10.2026 257 Qaxda yeddi nəfərin zəhərlənməsinin səbəbi məlum oldu
Qax rayonunda baş vermiş kütləvi qida zəhərlənməsinin səbəbi məlum olub. -ın sorğusuna cavab olaraq Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) verilən məlumata görə, faktla bağlı araşdırma aparılıb. İlkin araşdırmalar nəticəsində zəhərlənmənin meşəlik ərazidən toplanılan yabanı göbələkləri
31.10.2026 253 Oxucuların diqqətinə: Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesablarını izləyin
Sosial şəbəkələrdə Prezident İlham Əliyevin foto və videolarını paylaşan müxtəlif hesablarla qarşılaşmaq mümkündür. Lakin bu görüntülərdən istifadə edilməsi həmin səhifələrin rəsmi olduğu anlamına gəlmir. Bu gün istənilən şəxs sosial şəbəkədə hesab aça, video yükləyə, görüntüləri montaj edə və səsi dəyişdir
31.10.2026 371 Hər ay əlavə pensiya alacaq şəxslərin SİYAHISI AÇIQLANDI
Azərbaycanda bir sıra əmək pensiyaçılarının pensiyalarına aylıq sabit məbləğdə əlavələrin edilməsi nəzərdə tutulur. Bəs bu əlavələr kimlərə şamil olunacaq və məbləğ nə qədər olacaq?. xəbər verir ki, deputat Vüqar Bayramov bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Deputat bildirib ki, "Əmə
00:07 276