"Affekt vəziyyətdə bacımı öldürmək istəmişəm"

"Affekt vəziyyətdə bacımı öldürmək istəmişəm"Külli miqdarda dələduzluqda ittiham olunan Binəqədi qəsəbə bələdiyyəsinin sabiq sədri Aytac Əliyeva və bacısı İlknur Turkutun cinayət işi üzrə məhkəmə araşdırması davam edir.

"Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən budəfəki iclas da qalmaqalla başlayıb.

Prosesin əvvəlində zərərçəkmiş Gülnaz Məmmədova və şahid qismində tanınmış qızı ilə təqsirləndirilən bacılar arasında ilə mübahisə olub. Mübahisə zamanı zərərçəkmiş və qızı səslərini yüksəldib, A.Əliyeva və İ.Turkutu təhqir ediblər.

Hakim iclası pozduğuna görə şahidi zaldan kənarlaşdırıb, anasına isə xəbərdarlıq edib: "Rəfiqəlik edəndə, evinə çağırıb qarşısına tortla çay qoyanda məhkəmədən icazə almışdız? Hamısı elə sizin qanunsuz yolla pul qazanmaq tamahınızın nəticəsidir. Məhkəmə zalında sakit olun!"

Prosesin davamında Aytac Əliyevanın vəkili Ceyhun Yusifov bir sıra vəsatətlə çıxış edib.

C.Yusifov iş üzrə adı keçən iki müstəntiqin məhkəməyə çağırılmasını, müvəkkilinin səsi kimi təqdim edilmiş səs yazısının yoxlanılmasını və A.Əliyevanın 10-a yaxın xəstəlikdən əziyyət çəkdiyini qeyd edərək ev dustaqlığına buraxılmasını istəyib.

Məhkəmə qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatəti rədd edib: "İstintaq təcridxanasının müalicə müəssisəsi var. Ehtiyac yaranarsa, ora müraciət etmək olar".

Digər vəsatətlər isə baxılmamış saxlanılıb. Daha sonra hakim bacılardan qızıl alverindən qazandıqları pulları nəyə xərclədiklərini soruşub.

Eks-bələdiyyə sədri bu məsələdə də bacısını günahlandırıb: "İlknurun dediyinə görə qızılları alandan sonra qiymət düşüb, ucuza satıb. Bu işlərə görə klinikalardan birinin yanında affekt vəziyyətdə bacımı öldürmək istəmişəm. Mən bacımın səhvlərinin qurbanıyam. 3 universitet bitirmişəm, indi doktoranturada oxumalıyam, amma gəlib məhkəmədə mühakimə olunuram".

Prosesin davamında iş materiallarının tədqiqi davam etdirilib. A.Əliyeva sənəd saxtalaşdırılması epizodu üzrə də ittihamları təkzib edib, sənədlərin saxtalaşdırıldığı tarixdə bələdiyyə sədri olmadığını deyib: "Orda söhbət 2014-cü ildən gedir. Həmin vaxt da mən bələdiyyə sədri işləməmişəm. Aidiyyətim olmayan məsələyə görə niyə ittiham olunuram? 2 ildir günahsız ola -ola təcridxanada saxlanılıram".

Məhkəmə heyəti məzuniyyətə getdiyinə görə proses oktyabrın 10-a kimi təxirə salınıb.

Qeyd edək ki, bacılar 2021-ci ildə həbs ediliblər. Aytac Əliyeva Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) və 320-ci (saxta sənəd hazırlama) maddələri, İlknurTurkut isə 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham olunur.

A.Əliyeva həbsdə, İ.Turkut isə ev dustaqlığındadır.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1738   Tarix: 23 avqust 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.