Sirrozdan əziyyət çəkən aktyorla eks-xanımı arasında dava

Sirrozdan əziyyət çəkən aktyorla eks-xanımı arasında davaÖtən il həyat yoldaşı Nazan Güneşdən boşanan türkiyəli aktyor Ufuk Özkan aliment pulundam gileylənib.

Axşam.az xəbər verir ki, sirrozdan əziyyət çəkən aktyor "xəstəliyiniz dövründə eks-xanımınızla görüşürdünüz?" sualına istehza ilə cavab verib:

"Aliment ödəmə vaxtlarında bir araya gəlirik. Özü də həddindən artıq görüşürük! Fikrimcə, ən yüksək aliment ödəyən bir neçə kişidən biriyəm. Məncə, bu sistemdə problem var".

Ufukun bu açıqlamasından sonra Nazanın ona cavabı gecikməyib. O, ailə qurduqdan sonra aktyorun istəyi ilə peşəsini buraxmalı olduğunu deyib. Nazan bu səbəbdən rastlaşdığı çətinlikləri belə ifadə edib:

"Ufukun hazırda dedikləri alimenti azaltmaq üçün olan cəhdlərdən başqa bir şey deyil. O, mənə 45 min lirə (təxminən 2812 manat) məbləğində ödəniş edir. O, bu məbləği 35 min lirəyə (təxminən 2187 manat) endirmək istəyir. Amma kirayədə yaşayırıq. Övladımız özəl məktəbə gedir. Ufuk özünü Cem Yılmaz, Acun Ilıcalı ilə müqayisə edir. Ancaq adını çəkdiyim insanlar keçmiş həyat yoldaşlarına ev verdilər, onlara qarşı insaflıdırlar. Amma bu, bizdə belə deyil. Hazırda mənim alimentimə artım edilməli olan ay yaxınlaşıb. Aramızda razılaşmağa razıyam, amma kirəyə qiymətlərini bilirsiniz. Övladımızın isə təhsilini bitirməyinə iki il qalıb. Deyir ki, özəldən alıb dövlət məktəbinə qoy. Amma Ufuk özü heç bir lüksdən imtina etmir.

Hazırda işləmək məcburiyyətindəyəm. Onun hesabına yaşamaq fikrində deyiləm. Əsla pulgir adam olmadım. Lakin onun dərdi bu krizli vaxtlarda daha az aliment ödəməkdir.

Əslində Ufuk ilk dəfə deyil ki, xəstəxanaya düşür. İllər ərzində çox sayda müalicələr alıb. Bu, dördüncü idi. Birlikdə çox çətinliklərin öhtəsindən gəldik. Mən tükəndim, gördüm ki, özüm də xəstələnirəm. Uşağım da xəstələnəcək. Boşanmaq məcburiyyətində qaldım.

Əvvəlcə 3 ay aliment ödəmədi. Sonra 2 ay. Davamlı olaraq məhkəmələrdə qalıram. Alimenti ödəməyərək mənə və övladımıza ekonomik şiddət tətbiq edir. 17 illik evliliyimiz ərzində həmişə işləyib. İndi isə o pullar yoxdur. Pulları heç vaxt əlində saxlamadı".

Qeyd edək ki, Ufuk ötən ilin avqustunda Nazandan boşanıb. İkilinin bir oğlu var. O, hazırda "Sağ salim, ölü, ya diri" filmində çəkilməyə hazırlaşır. Bir müddət əvvəl qaraciyər çatışmazlığı səbəbindən orqan transplantasiyası üçün müraciət edən aktyor daha sonra buna ehtiyac qalmadığını demişdi.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1451   Tarix: 22 avqust 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Qızılın qiyməti xeyli ucuzlaşdı

"Comex" birjasında dekabr ayında tədarük ediləcək qızıl füçerslərinin qiyməti bir trua unsiyası üçün 3 900 dollardan aşağı düşüb. xəbər verir ki, bu barədə birjanın ticarət məlumatlarında qeyd olunub. Bakı vaxtı ilə saat 21:08-də qızılın qiyməti 3.27% azalaraq bir trua unsiyası üçün 3 899.6

31.10.2026 281
.

Donald Tramp ona qarşı aksiyaların Corc Soros tərəfindən maliyyələşdirildiyini açıqladı

ABŞ Prezidenti Donald Tramp ona qarşı təşkil edilən etiraz aksiyalarının milyarder Corc Soros tərəfindən maliyyələşdirildiyini iddia edib. -ın məlumatına görə, bu barədə "The Wall Street Journal" nəşri yayıb. "Yenə bir etirazçı. Onlara Soros pul ödəyir. Üstəlik, bu adam ucuz başa gəli

31.10.2026 258
.

Əl-Budeyvi: Ərəb ölkələri İranla dialoqa hazırdır, lakin qarşılıqlı addımlar gözləyir

Fars körfəzi hövzəsindəki ərəb dövlətləri İranla danışıqlara açıqdır, lakin Tehranın da qarşılıqlı addımlar atacağını gözləyirlər. "Report" "Iran International"a istinadən xəbər verir ki, bu barədə Fars Körfəzi Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasının baş katibi Casim Məhəmməd əl-Budeyv

10:45 34
.

Xəzər dənizi 30 km çəkiləcək, bulvardan görünməyəcək

Xəzər dənizinin səviyyəsi XX əsrdə ən aşağı həddə 1977-ci ildə çatıb. Həmin vaxt dənizin səviyyəsi okean səviyyəsindən 29 metr aşağı olub. Aradan 48 il keçdikdən sonra bu mənfi rekord yenilənib. Hazırda Xəzərin səviyyəsi okean səviyyəsindən 29.1-29.2 metr aşağı düşüb. xəbər verir ki, bu sözləri Coğrafiy

31.10.2026 250
.

Cavid Abdullayev: "Startap ekosistemi formalaşdırmaq dayanıqlı enerji təchizatı olmadan mümkün deyil"

Startap ekosisteminin formalaşması dayanıqlı enerji təchizatı olmadan mümkün deyil. "Report" xəbər verir ki, bunu Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "Enterpris

31.10.2026 241
.

Kredit götürənlərə pis xəbər! - Bu yaşda olanlar sığortalanmayacaq

Kredit götürən şəxslərin həyatının ölüm və əmək qabiliyyətinin itirilməsi hallarından sığortalanması zamanı yaş və sağlamlıqla bağlı müəyyən məhdudiyyətlər nəzərdə tutulur. BİG.AZ Trend-ə istinadən xəbər verir ki, bəzi kateqoriyalara aid şəxslər, sığorta müqaviləsində ayrıca təminat nəzərdə tutulan halla

31.10.2026 257
.

COP18-ə ev sahibliyi edəcək ölkə bilindi

Ekvador BMT-nin Bioloji Müxtəliflik üzrə Konvensiyasının Tərəflər Konfransının 18-ci sessiyasını (COP18) qəbul edəcək. xəbər verir ki, bu barədə Ermənistanın ətraf mühit naziri Ambartsum Matevosyan sosial şəbəkə hesabında paylaşım edib. Onun sözlərinə görə, müvafiq qərar İrəvanda təşkil olunan COP17-ni

31.10.2026 236
.

Azərbaycan pambıq ipliyi istehsalını 23 %-ə yaxın artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 18 min 816 ton pambıq ipliyi istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 22,8 % çoxdur. Bu il oktyabrın 1-nə ölkədə 3 min 941 ton hazır məhsul ehtiyatı olub. Xatırlada

11:00 0
.

Bu cərimənin məbləği KƏSKİN AZALIR

İşçilərin sayı azaldıqda və ya ştatlar ixtisar olunduqda işəgötürənlər işçilərin əmək stajını nəzərə alaraq onları əvvəlcədən xəbərdar etməli və müvafiq işdənçıxarma müavinəti ödəməlidirlər. BİG.AZ yenisabah-a istinadən xəbər verir ki, bu təminatlar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsind

00:27 320
.