Məşhur aktyorun faciəvi taleyi: "Məni sən bədbəxt etdin, ana" - FOTO
Bu gün aktyor Gündüz Abbasovun anım günüdür.
Kulis.az bu münasibətlə aktyor haqqında maraqlı faktları təqdim edir
Anası Mələk xanım Cəfər Cabbarlının qardaşı qızı olub. Cəfər Cabbarlının iki yaşı olanda atası rəhmətə gedib. Onu Gündüz Abbasovun babası Qafar kişi böyüdüb.
İmkanlı ailədə böyüyüb. Gənc vaxtı çox yaraşıqlı olduğundan və zövqlə geyindiyindən, onu elə küçədə görüb filmə dəvət ediblər. Elə o vaxtdan ard-arda filmlərə çəkilməyə başlayıb.
Sonralar özündən doqquz yaş balaca olan gələcəyin aktrisası Ofeliya Məmmədzadə ilə tanış olur. Xanımın yaşı nikaha düşmədiyi üçün onun yaşını üç yaş böyük yazdırırlar. Bir müddət sonra Gündüz Abbasovun xəyanəti ucbatından ailə dağılır. Ofeliya Məmmədzadə oğlunu özü ilə aparsa da, qızları aktyorun anasının yanında qalırlar. Bir müddət sonra Ofeliya xanım da aktrisa kimi fəaliyyətə başlayır. Qızı Dildar xanımın sözlərinə görə, atası bundan acığa düşür və prokuror işləyən qardaşının köməyi ilə oğlunu da keçmiş xanımından geri alır.
Sonralar uşaqlarını keçmiş həyat yoldaşının tamaşalarına aparsa da, onların görüşməyini qadağan edir. Ofeliya xanım uşaqlarını görmək üçün ondan xəlvət bağçaya gəlirmiş.
Dildar xanım müsahibələrinin birində atasının dövrün məşhur aktrisalarından biri ilə münasibəti olduğunu qeyd edir:
"Atamın o dövrün məşhur aktrisalarından biri ilə münasibətindən xəbərdar olan anam ondan ayrıldı. Atam həmin aktrisa ilə anamla ailəli ola-ola tanış olub, görüşüb. Onlar ayrılandan sonra belə, atamın onunla münasibəti uzun illər davam edib. Hətta yadıma gəlir ki, biz də hərdən atamla o qadının evinə gedirdik. O, bizi çimizdirir, bizim üçün yemək hazırlayırdı".
Aktyor 1969-cu ildə ikinci dəfə ailə qurur. Bu evlilikdən isə onun bir oğlu, bir qızı olur. Ancaq 10 ildən sonra ikinci evlilik də ayrılıqla nəticələnir. Aktyor bir də heç vaxt evlənmir. Ömrünün son günlərinə qədər tək yaşayır.
Universitetdə oxuduğu zaman bir qızla tanış olur. Bir-birilərini çox sevirlər. Gündüzdən bir kurs yuxarı oxuyan sevgilisi onunla eyni kursda oxumaq üçün bir il kursda qalır. Lakin qızın valideynləri ayrıldığı üçün anası sevdiyi qızı ona almır. Onlar ayrılmalı olurlar. Sonralar öz taleyi gətirməyəndə aktyor anasını günahlandırıb deyirmiş: "Məni sən bədbəxt elədin".
Sonralar başqa adamla ailə quran qadın öz oğluna Gündüzün ən məşhur obrazlarından birinin adını verir - Elşən.
O qadınla Gündüz uzun illərdən sonra, ahıl yaşlarında cəmi bircə dəfə görüşürlər. Təsadüfən Gündüzün ata evinin yaxınlığından keçən qadın evin qapısını döyür. Kiminlə rastlaşacağını ağlına belə gətirməyən aktyor yazı masasından qalxıb qapını açanda ilk məhəbbəti ilə qarşılaşır.
Sağlamlığı barədə heç vaxt şikayəti olmasa da ölümündən iyirmi gün əvvəl ayaqları tutulur, yatağa düşür. İlkin həkim müayinəsindən sonra məlum olur ki, aktyor sirrozdur. Vəziyyəti getdikcə daha da pisləşir, komaya düşür. Ölümünə bir neçə saat qalmış baxışlarını bir nöqtəyə zilləyib deyir: "Peşman olmuşam".
Gündüz Abbasovu kinoda "Onun böyük ürəyi" və "Bir qalanın sirri" filmlərində ifa etdiyi rollar məşhurlaşdırır. Aktyor ciddi rollarla yanaşı, "Mozalan" kinojurnalının bir çox süjetlərində də iştirak edib.
Aktyorun sonuncu filmi "Yuxu" olub.
O, sağlığında filmi görə bilməsə də, yaratdığı Hidayət əmi obrazı tamaşaçılar tərəfindən hər zaman xatırlanır.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1945 Tarix: 21 avqust 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycanda istilik mövsumu bəzi yerlərdə 15 gün tez başlayacaq - Rəsmi
Naxçıvan şəhərində 2026-2027-ci illər üzrə istilik mövsümünə noyabrın 1-də start veriləcək. Naxçıvan Şəhər İcra Hakimiyyətindən -a bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 may 2026-cı il tarixli 128 nömrəli Qərarına əsasən, ölkənin soyuq iqlim şəraitinə malik 26 şəhər və rayonund
31.10.2026 282 Azərbaycan pambıq ipliyi istehsalını 23 %-ə yaxın artırıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 18 min 816 ton pambıq ipliyi istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 22,8 % çoxdur. Bu il oktyabrın 1-nə ölkədə 3 min 941 ton hazır məhsul ehtiyatı olub. Xatırlada
11:00 145 Quru sərhədlərlə bağlı VACİB AÇIQLAMA - Yanvar-sentyabr aylarında…
Azərbaycanda turizm sektorunun göstəriciləri geriləməkdə davam edir. "Yeni Sabah" xəbər verir ki, iqtisadçı Natiq Cəfərli bu barədə "Facebook" səhifəsində paylaşım edib. Onun sözlərinə görə, hökumət turizmi yenidən prioritet sahə elan edərək yeni fəaliyyət proqramı qəbul etsə də
00:23 373 Fransada yeni iğtişaşlar gözlənilir: Parisdə 40 metro stansiyası bağlanacaq
Fransa hökuməti Prezident Emmanuel Makronun siyasətinə, eləcə də dövlət xidmətlərinin vəziyyətinə və yaşayış xərclərinin artmasına qarşı oktyabrın 31-də gözlənilən ümummilli etirazlar zamanı mümkün iğtişaşların qarşısına 70 min polis əməkdaşını cəlb edəcək. bildirir ki, bu barədə "Reuters"
31.10.2026 253 Ərdoğan Zelenski ilə görüşdən sonra Ukraynada sülh üçün hansı addımı təklif etdi?
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynada davamlı sülhün təmin olunması üçün tərəflərin razılığa gəlməsinin vacibliyini vurğulayıb. "Haber Global"a istinadən xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski Ərdoğanın dəvəti ilə Türkiyəyə səfər edib. İki lider Dolmabahçe sarayınd
31.10.2026 269 Qaz plitəsi, kombi və su qızdırıcıları istifadə edənlərin nəzərinə: 5 gün sonra yeni qaydalar qüvvəyə minir
Azərbaycanda qaz plitələri, kombilər və su qızdırıcılarının təhlükəsizliyinə dair yeni tələblər tətbiq olunacaq. -ın məlumatına görə, qazla işləyən qurğular partlayış riskini istisna etməli, qaz yollarının birləşmələri hermetik olmalı və yanmamış qazın təhlükəli səviyyədə toplanmasının qarşısını almalıdır
10:00 199 Bakıda ət kombinatında güclü yanğın - Anbaan görüntülər
Paytaxtın Nizami rayonunda hazırda fəaliyyət göstərməyən ət kombinatında güclü yanğın baş verib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Qeyd olunub ki, nazirliyin "112" qaynar telefon xəttinə paytaxtın Nizami rayonu, Davud Aslan küçəsində yanğın baş verməs
10:53 155 Azərbaycanda aliment artırılacaq
2027-ci il yanvarın 1-dən etibarən Azərbaycanda alimentin minimum məbləğinin 260 manatdan 274 manata qaldırılması nəzərdə tutulur. xəbər verir ki, bu, "Azərbaycan Respublikasında 2027-ci il üçün yaşayış minimumu haqqında" qanun layihəsində əksini tapıb. Layihəyə əsasən, uşaqlar üçün yaşayı
00:19 347 15 yaşlı Məryəmin cəsarəti, alovların içindən uşağı xilas etdi - Milyonluq mükafat! - VİDEO
Dağıstanın Xasavyurt şəhərində 15 yaşlı məktəbli Məryəm Akavova yanan avtomobildə köməksiz qalan azyaşlı uşağı ölümdən xilas edib. Yeniyetmənin göstərdiyi cəsarət böyük əks-səda doğurub. xəbər verir ki, hadisə oktyabrın 27-də baş verib. Şəhərin 5 nömrəli məktəbinin 9-cu sinif şagirdi Məryəm küçədən keçərkə
01:08 419