Azərbaycanın görkəmli generalı- Əliağa Şıxlınski

Azərbaycanın görkəmli generalı- Əliağa ŞıxlınskiƏliağa İsmayıl ağa oğlu Şıxlinski 15 mart 1863-cü il tarixdə Qazax qəzasının Qazaxlı kəndində anadan olub. Əliağa Şıxlinski 1883-cü ildə Tiflis hərbi gimnaziyasını, 1886-cı ildə Peterburqda artilleriya məktəbini əla qiymətlərlə bitirir. Əliağa Şıxlinski 1904-1905-ci illərin rus-yapon müharibəsində batareya komandiri olaraq ön cəbhədə qəhrəmancasına vuruşub. O, Port-Artur qalasının müdafiəsində göstərdiyi xüsusi şücaətinə görə "Qızıl qılınc"mükafatına layiq görülüb.Onun hərb sənətinin daha dərindən mənimsənilməsi məqsədilə 1910-cu ildə yazdığı və dərs vəsaiti kimi istifadə edilən "Səhra toplarının cəbhədə işlədilməsi" kitabı ixtisaslı hərbi kadrların hazırlanmasında böyük töhfə verdi.

Onun "Şıxlinski üçbucağı","Şıxlinski formulu" adlı əsərləri topçu zabitlər üçün nəzərdə tutulan dərsliklərə daxil edilib.1912-ci ildə "Şıxlinski üçbucağı" əsəri Varşavada nəşr olunandan sonra o, Avstriya, Fransa, Norveç və digər ölkələrdə daha yaxşı tanınmağına səbəb olub. Həmin il Əliağa Şıxlinskinin təşəbbüsü ilə Peterburqda ilk dəfə "Artilleriya Zabitləri Məktəbinin jurnalı" çap olundu. Dərin zəkası, iti ağlı, hərb elminin mahir bilicisi və qeyri-adi bacarığı ilə seçilən Ə. Şıxlinskiyə 1912-ci ildə general-mayor rütbəsi verildi. 1914 cü ildə Birinci dünya müharibəsi zamanı Petroqrad şəhərinin artilleriya müdafiəsi general Ə.Şıxlinskiyə tapşırılıb. O, sonralar Qərb cəbhəsi artilleriya qoşunlarının rəisi vəzifəsində çalışıb.1917-ci il aprelin 2-də general-leytenant rütbəsi alan görkəmli hərbçi sentyabr ayında 10-cu ordunun komandanı təyin olunub.

O, Azərbaycanın ilk hərbi generallarından biri olub. Nazirlər Şurasının 1918-ci il 25 dekabr tarixli qərarı ilə artilleriya generalı Səməd bəy Mehmandarov Hərbi nazir, dekabrın 29-da Azərbaycan korpusunun komandiri, general-leytenant Əliağa İsmayılağa oğlu Şıxlinski isə hərbi nazirin köməkçisi təyin edildi. Şıxlinski rus ordusu sıralarında xidmətinə görə "Müqəddəs Stanislav" ordeninin hər üç dərəcəsi , "Müqəddəs Anna" ordeninin hər dörd dərəcəsi , "Müqəddəs Vladimir" ordeninin 2, 3 və 4-cü dərəcələri ilə, "Müqəddəs Georgi" ordeninin 4-cü dərəcəsi, xarici orden və medallarla, qiymətli hədiyyələr ilə təltif olunub.

Səfərova Sevda


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 3251   Tarix: 18 avqust 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

TOP MP3