Rövşanə sosial verilişlərdən danışdı: "Hamısı şoudur"

Rövşanə sosial verilişlərdən danışdı: "Hamısı şoudur""Qadın öz hüquqlarını bilməlidir. Özünü müdafiə etməlidir. Bunun üçün feminist olmaq əsas deyil. Mənim üçün azadlıq vacibdir. Bəzən mentalitetdən bayağı şəkildə asılı olurlar. Bunu qəbul etmirəm. Mental dəyər var. Bu isə mənim üçün şüurum, ağlımdır. Mənim özümə cizdığım sərhədlər var. İnsan düşünür, ağıllıdırsa, nə olar, nə olmaz bilməlidir. İnsan özünə azadlıq yaratmalıdır. İnsana azadlığı vermirlər, onu qazanırsan. Sən azadlığı qazanmısansa, çərçivələrin də var. Azadam deyə, çıxıb küçədə çılpaq gəzməyəcəm, 16-cı mərtəbədə mahnı oxumayacağam".

Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Rövşanə Ağasəfqızı "Mirinin dibçəyi" yutub layihəsində deyib. Aparıcı sosial şəbəkədə yazılan tənqidlərdən danışıb:

"Sosial şəbəkədəkilər "ağ" desək, "qara", "qara" desək "ağ" deyəcəklər. Heç vaxt sosial şəbəkədəki tənqidlərə cavab vermirəm. "Filankəsin qızına bahalı brilyantlar gəldi, mənim qızıma niyə gəlmədi?" deyirlər. Bu, meşşanlıqdır, bundan qurtulmalıyıq. Bəzi bu cür mental çərçivələr bizə meşşanlığı aşılayır. Xınayaxdılar, toyların belə olması budur... Mən də elə olmuşam, o axardan gəlmişəm, Amerikadan yox. Amma yaxşıdır ki, gənclər artıq bundan çıxır".

Rövşanə sosial mövzulu proqramlardan söz açıb:

"Reytinq verir, pul qazanılır. Gəlməsinlər... Alan razı, satan razı. Sən gəlirsən, ağlayırsan, mən də səndən istifadə edirəm. Guya, ailə problemi həll olunacaq. Gülməlidir... Ailə evin içində dağılıbsa, onu mən, kimlərsə həll edə bilməyəcək. Bu, efir üçün hazırlanan şoudur. Bir-birinin xəyanətini tapmış, oğurluq, təhqir etmiş, əcdadını söyən iki şəxs necə bir araya gələ bilər. Gəlir ki, arvadımı axtarıram, tap gətir. Bu gün televiziyalarda budur... Mən də bu işin içindəyəm. Nə edim, ərizə yazım çıxım işdən? Gördülər ki, filankəs gəlib arvadını axtaranda, deyəndə, arvadım qonşunun kişisi ilə qaçıb reytinq verir, hamı etdi. Reytinqdən keyfiyyət gözləməyin. Kanal pul qazanmalıdır. Yoxsa, necə maaş versin?".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1191   Tarix: 16 avqust 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İnternetin keyfiyyəti pis olsa, 2000 manat cərimə ödəyəcəklər

Telekommunikasiya xidmətlərinin keyfiyyət göstəricilərinə uyğun göstərilməməsinə görə yeni cərimələr müəyyənləşir. BİG.AZ Trend-ə istinadən xəbər verir ki, bu, Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksin

11:30 142
.

Qaxda yeddi nəfərin zəhərlənməsinin səbəbi məlum oldu

Qax rayonunda baş vermiş kütləvi qida zəhərlənməsinin səbəbi məlum olub. -ın sorğusuna cavab olaraq Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) verilən məlumata görə, faktla bağlı araşdırma aparılıb. İlkin araşdırmalar nəticəsində zəhərlənmənin meşəlik ərazidən toplanılan yabanı göbələkləri

31.10.2026 262
.

10-dan çox ölkədən "hazır ol" ÇAĞIRIŞI: Ərzaq, su toplanılır - NƏ BAŞ VERİR?

ABŞ, Britaniya, Fransa, Almaniya, Yaponiya, Norveç, Estoniya, İsveçrə və digər bir neçə ölkədə əhaliyə fövqəladə vəziyyətlərə - müharibə, internet kəsintisi, böhran durumlarına hazırlıq görmələri ilə bağlı çağırış edilib. xəbər verir ki, hökumətlər xalqın bəzi ölkələrdə 3 gün, bəzilərində bir həftəli

00:15 334
.

Dünyanın ən bahalı şirkəti üç ay sonra dəyişdi

"Apple" texnologiya korporasiyası olan "Nvidia"nı geridə qoyaraq yenidən dünyanın ən dəyərli şirkəti statusuna sahib olub. xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb. Bildirilir ki, oktyabrın 30-na olan məlumata əsasən, "Apple"ın bazar kapitallaşmas

10:15 175
.

Pensiyaçılar, uşaqlar və işləyənlər üçün YENİ MƏBLƏĞLƏR AÇIQLANDI

Gələn ilin büdcəsində yaşayış minimumu və ehtiyac meyarının məbləği artırılıb. Bu barədə "Report"a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev məlumat verib. Onun sözlərinə görə, gələn il yaşayış minimumu və ehtiyac meyarının məbləği 314 manat olacaq:. "Yaşayı

00:21 340
.

Ankarada dəhşət: Ata hamilə qızını və onun sevgilisini öldürdü

Türkiyənin paytaxtı Ankarada ata öz qızını və onunla birgə yaşayan şəxsi odlu silahdan atəş açaraq öldürüb. "Cumhuriyet"ə istinadən xəbər verir ki, dəhşətli hadisə axşam saatlarında Mamak rayonu, Bahçeleriçi məhəlləsi, Mamak küçəsində qeydə alınıb. İlkin məlumatlara əsasən, B.K. adlı şəxs 1

13:10 60
.

Malayziyada timsah 14 yaşlı məktəblini parçaladı

Malayziyada timsah 14 yaşlı məktəbliyə hücum edərək onu suyun altına çəkib və parçalayıb. "AsiaOne" nəşrinə istinadən xəbər verir ki, hadisə Saravak ştatında baş verib. Məhəmməd Nordin Məhəmməd Osman adlı yeniyetmə çayda qayıqla palma yağı meyvələrinin daşınmasına kömək edərkən timsahın hücumun

15:10 0
.

Misirin XİN rəhbəri ABŞ və İran arasında qarşıdurmanın yeni mərhələsi barədə xəbərdarlıq edib

Misirin xarici işlər naziri Bədr Abdel Ati ABŞ və İran arasında silahlı qarşıdurmanın yeni mərhələsinin daha dağıdıcı ola biləcəyi və ağır nəticələrə səbəb olacağı ilə bağlı ciddi narahatlığını ifadə edib. "Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə o Bəhreyndə keçirilə

15:30 0
.

Qızılın qiyməti xeyli ucuzlaşdı

"Comex" birjasında dekabr ayında tədarük ediləcək qızıl füçerslərinin qiyməti bir trua unsiyası üçün 3 900 dollardan aşağı düşüb. xəbər verir ki, bu barədə birjanın ticarət məlumatlarında qeyd olunub. Bakı vaxtı ilə saat 21:08-də qızılın qiyməti 3.27% azalaraq bir trua unsiyası üçün 3 899.6

31.10.2026 294
.