"Paytaxtda tikilən çoxmənzilli binaların keyfiyyəti standartlara cavab verə bilər"-AÇIQLAMA
Türkiyədə baş vermiş zəlzələ zamanı Türkiyədə minlərlə bina dağıldı. Faciə nəticəsində ciddi sayda insan tələf oldu. Bu səbəbdən ölkəmizd vətəndaşlar yeni tikililərin keyfiyyətindən narahat olurlar. Big-az-a danışan əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev tikilməsi planlaşdırılan binaların layihəsinin aidiyyəti qurumlar tərəfindən yoxlanıldığını bildirib:
" Ötən aylarda Türkiyədə baş vermiş zəlzədən aydın şəkildə gördük ki, çox böyük binalar dağıldı. On minlərlə insan itkisi, minlərlə binaların dağılmasının şahidi olduq. Həmin ərazilərdə tikilən binaların keyfiyyət dərəcəsi aşağı olub. Azərbaycanda isə yeni tikili binaların tikinti qaydaları tam fərqlidir. Çoxmənzilli binalar inşa olunarkən daha əvvəl sənədlər hazırlanır, layihələr çəkilir. Layihələr aidiyyəti qurumlar tərəfindən yoxlanılır. Tikiləcək torpaqdan müayinələr götürülür. Əgər həmin ərazi möhkəmdirsə, sürüşmə zonası deyilsə, daha sonra tikintiyə icazə verilir. Tikinti işləri aparan zaman hər mərtəbədə, hər mərhələdə, aidiyyəti üzrə dövlət qurumları istifadə olunan tikinti matreriallarının yoxlanışını aparırlar. Beton, armatur, digər materiallar yoxlanılır. Əgər standartlara cavab verirsə, layihə üzrə eyni tikinti materialıdırsa növbəti mərhələyə icazə verilir. Paytaxt Bakı şəhərində tikilən çoxmənzilli binaların keyfiyyəti standartlara cavab verə bilər. Lakin, Azərbaycanda minlərlə istismar müddətini bitirmiş köhnə çoxmənzilli yaşayış binaları var. Həmin binaların bir hissəsi aidiyyəti qurumlar tərəfindən qəzalı olaraq qeydə alınıb. Əgər bir çoxmənzilli bina qəzalı vəziyyətdədirsə, hər hansı bir tərpəniş yaxud zəlzələ nəticəsində uçub dağıla bilər. Bu binalar 2016-cı ildən başlayaraq Nazirlər Kabinetinin 86 saylı sərəncamı ilə mərhələli şəkildə sökülürək yeni tikili binalarla əvəzlənir. Tikinti işləri elə də böyük sürətlə getmədiyinə görə, həmin binaları sökərək yerinə tikən dövlət deyil, özəl şirkətlərdir. Onlar bazar araşdırması aparır. Əgər araşdırma zamanı müştəri bolluğu varsa, sökülən binaların mənzil sayı onlar üçün əlverişli olursa, binalar daha sonra sökülür. Qəzalı binaların yeni binalarla əvəzlənməsi uzun illər, zaman alacaq. Bu baxımdan qəzalı vəziyyətdə olan binalar qısa müddət ərzində bərpa olunmalıdır. Hər hansısa bir tikinti, bərkidilmə işləri aparılmalıdır. Ona görə ki söküləcəyi günə qədər ayaqda dura bilsin. Hər hansısa bir zəlzələdə, digər təbii fəlakətlərdə bu binalar elə də ciddi xəsarət almasın".
Səfərova Sevda
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1045 Tarix: 14 avqust 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTəhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR
Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:
18.09.2021 2497 İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb
İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın
18.09.2021 443 Bakıda intiharın qarşısı alındı
Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl
17.09.2021 1997 Şimşək çaxıb, leysan yağıb
Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala
17.09.2021 1179 Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ
Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"
17.09.2021 999 Pelenin səhhəti yenidən pisləşib
Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind
17.09.2021 585 Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"
Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d
17.09.2021 1693 FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO
Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə
18.09.2021 523 Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı
Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd
18.09.2021 995