"Həyat evlərinin satış qiymətlərinə birmənalı olaraq torpaq sahələri təsir edir"-AÇIQLAMA
Yay aylarında daşınmaz əmlak bazarında qiymət baxımından dəyişikliklər baş verir. Vətəndaşlar istirahət günlərində fərdi həyat evlərinə və bağ evlərinə üstünlük verirlər. BiG.AZ-a danışan əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev kapital baxımından çoxmənzilli bina evlərinin daha əlverişli olduğunu bildirib:
"Hər il ənənəvi olaraq yay aylarında bina evlərinə tələbat azalır, torpaq sahələrinə və fərdi həyat evlərinə tələbat artır. Torpaq sahələrinə tələbatın artması daha çox yay aylarında, tikintilərin aparılmasının əlverişli olması ilə əlaqədardır. Daha çox şəxslər bağ evlərini və fərdi həyat evlərini yay aylarında alırlar ki, isti yay günlərində həm oarada istirahət edirlər. Həm də yaşamaq üçün daha əlverişlidir. Bu aylar ərzində fərdi həyat evlərinin qiymətində artım müşahidə olunsa da, lakin sentyabr ayından başlayaraq növbəti ilin təqribi may ayına qədər torpaq sahələri və həyat evlərinə tələbat azalır. Bu baxımdan bina evlərinin satışının surətlənməsi artıq sentyabr ayının əvvəlindən gözlənilir. Satış sayı artdıqca mənzil sayı azalır. Beləliklə, qiymətlərdə artımlar müşahidə olunur. Qiymətlərin artımına təsir edən əsas amillər, torpaq sahələridir. Bu həm həyat evlərində, həm də çoxmənzilli yaşayış binalarında öz təsirini göstərir. Fərdi həyat evlərinin satış qiymətlərinə birmənalı olaraq təsir edən torpaq sahəsidir. Biz baxsaq eyni ölçüdə olan tikili paytaxtın mərkəz ərazisində, yaxud eyni ölçüdə olan həyat evi şəhərdən çox kənarda, Abşeron və digər ərazilərdə tikilir. Lakin bunların arasında çox böyük qiymət fərqləri olur. Tikinti xərcləri ölkə üzrə eyni olsa da, torpaq sahələrini qiymətində çox böyük fərqlər var. Bakının mərkəz ərazilərində torpaq sahəsinin bir sotu təqribən 100 min manatdan 350 min manata qədər dəyişir. Lakin, kənar ərazilərdə isə bu sahələrin bir sotu təqribən 3 min manatdan 20 min manata qədər dəyişə bilir. Bu da özlüyündə tikintinin maliyyə dəyərinin və satış qiymətini artıra yaxud azalda bilir.
Tikinti şirkətləri hal-hazırda pilot layihələri üzərindən, yəni köhnə istismar müddətini bitirmiş çoxmənzilli yaşayış binalarını sökərək onun üzərində yeni tikili binalar tikirlər. Bu amillərdə tikintinin satış qiymətinə təsir edir. Çünki o binalarda yaşayan hər bir mənzil sahiblərinə yeni tikili binalardan mənzillər verilir. Evləri sökülüb yeni binadakı mənzil təhvil verilən günə qədər kirayə pullar, köç xərcləri ödənilir. Bütün bu əlavə xərclər mənzillərin satış qiymətinin üzərinə gəlir. Kapital baxımından çoxmənzilli bina evləri daha əlverişlidir. Həmin yaşayış binalarını istənilən vaxt satıb yatırdığı pulu geri götürə bilər".
Səfərova Sevda
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 987 Tarix: 14 avqust 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTəhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR
Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:
18.09.2021 2497 İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb
İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın
18.09.2021 443 Bakıda intiharın qarşısı alındı
Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl
17.09.2021 1997 Şimşək çaxıb, leysan yağıb
Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala
17.09.2021 1179 Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ
Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"
17.09.2021 999 Pelenin səhhəti yenidən pisləşib
Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind
17.09.2021 585 Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"
Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d
17.09.2021 1693 FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO
Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə
18.09.2021 523 Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı
Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd
18.09.2021 995