Ağıl ilə Ürəyin söhbəti

Ağıl ilə Ürəyin söhbəti

Ağıl ilə Ürəyin söhbətiYenə tənhayam... Yenə səni düşünürəm. Sənsizlik əzab verir mənə...

Ağıl dözmədi ürəyin bu iztirablarına və sanki bir mübarizə başladı içində:

Ağıl: Nədir dərdin, nədir bu iztirabların səbəbi ?

Ağıl ilə Ürəyin söhbətiSevdiyimdən ayrı olmağım.

A: Sevdiyin !? Sən onu sevirsən?

Ağıl ilə Ürəyin söhbətiSevirəm.

A: Bu sənə elə gəlir.

Ağıl ilə Ürəyin söhbətiYox, bu heqiqətdir.

A: Həqiqət... Həqiqət odur ki, sən ozun ozunu aldadırsan.

Ağıl ilə Ürəyin söhbətiYalan deyirsən!

A: Yalan deyirəm? O zaman cavab ver suallarıma.

Ağıl ilə Ürəyin söhbətiBuyur.

A: Demək sən onu sevirsən.

Ağıl ilə Ürəyin söhbətiSevirəm! Sevirəm! Sevirəm!

A: Çoxmu sevirsən ?

Ağıl ilə Ürəyin söhbətiAğıl ilə Ürəyin söhbətiHər şeydən çox.

A: Onun bundan xəbəri varmı ?

Ağıl ilə Ürəyin söhbətiYox.

A: Sənin onunla hər hansı yaxın munasibətin varmı?

Ağıl ilə Ürəyin söhbətiYox.

A: Deməli onun xasiyyətinə yaxından bələd deyilsən?

Ağıl ilə Ürəyin söhbətiYox.

A: Yaxşı, bax onda nəyini sevirsən sən onun? Sadəcə xarici gorunuşunu?

Ağıl ilə Ürəyin söhbəti...

A: Susursan, cunki qəbul eləmək istəmirsən bunu, amma bu belədir. Onu sevdiyini soyleyirsen, amma yaxından tanımırsan, yəni onun musbət və ya mənfi xususiyytlərini bilmirsən. Bele çıxır ki, sən onu yox, o gozəlliyin timsalında xəyalında canlandırdığın ideal bir gızı (oğlanı)sevirsən. Onun yerində başqa bir gozəl giz (oğlan) da ola bilərdi. Nə isə, davam edək. Bu sevgidən nə gozleyirsən? Məqsədin nədir?

Ağıl ilə Ürəyin söhbətiMən bu sevginin qarşılığında ondan hec nə gozləmirəm, onun varlığı bəsdir mənə.

A: Bax bunu isə mən qəbul eləmək istəmirəm. Demək bu sevgi deyil, sadəcə gozəlliyə olan vurğunluqdur. Sevgi- sevdiyinə qovuşmaq arzusudur, onunla birlikdə olmaq istəyidir.

Ağıl ilə Ürəyin söhbətiElə bilirsən mən bunu istəmirəm !?

A: Bunun ucun konkret bir addım atmısanmı ?

Ağıl ilə Ürəyin söhbətiYox.
Ağıl ilə Ürəyin söhbətiA: Niyə ?

Ağıl ilə Ürəyin söhbətiBu mümkün deyil, məndən asılı olmayan səbəblər var.

A: Bəlkə qorxursan?

Ağıl ilə Ürəyin söhbətiNədən?

A: Bəlkə onun səni qəbul etməyəcəyindən? Bəlkə onun sənin xəyalında canlandırdığın kimi olmayacağından?

Ağıl ilə Ürəyin söhbəti...

A: Yenə susursan. Nə vaxta kimi davam edəcək axı bu hisslər? Nə vaxta kimi ozunu inandırdığın bu sevgidən əzab cəkəcəksən?

Ağıl ilə Ürəyin söhbətiNə qədər ki, sağam, Nə qədər ki, döyünürəm sevəcəyəm onu.

A: İnanmıram. Otəri hissdir bu. Gozden uzaq olan konüldən iraq olar deyiblər. O sənin yanında deyil və əvvəl-axır unudacaqsan onu.

Ağıl ilə Ürəyin söhbətiYox, hec vaxt. Mən hər an onu düşünürəm. Onun xəyalı həmişə mənimlədir.

A: Boş təsəllidir. İnsan omru boyu xeyalla yaşaya bilməz. Sənin bu hislərinə cavab vərəcək birinə ehtiyac duyacaqsan və nə vaxtsa onun kimi gozəl, eyni zamanda səni sevən, başa duşən bir giz (oğlan) qarşına çıxsa unudacaqsan bu sevgini. O yalnız şirin bir xatirəyə cevriləcək sənin üçün.

Ağıl ilə Ürəyin söhbətiİnanmıram sənə !

A: Nə qədər ki, tezdir, əl çək bu sevdadan. Boş yerə aldatma ozunu, əzab vermə ozunə.Sabah onu bir başqasıyla gorsen-ki, onun buna haqqı var- daha cox əzab cəkəcəksən. Yaxşısı budur bu fikirləri başından at. Necə ki, onun varlığına alışmısan, cətin də olsa yoxluğuna da alışacaqsan. Bunu da yadında saxla: Nə qədər ki, insan fanidir və fani olanı sevir, bu sevginin omru cox az olacaq. Əbədi olanı sevmək lazımdır!!!

Ağıl ilə Ürəyin söhbəti...

Ürək susdu bu sözlərin qarşısında, nə cavab verəcəyini bilmədi. Amma ağlın dediklərini də qəbul etmədi, çünki o, sabahı düşünmur, o, bu gün ilə yaşayır. İnsan ağlı ilə hərəkət edir, amma qəlbiylə sevir…


BiG.Az Telegramda izləyin instagramda izləyin
  Baxılıb: 9701   Tarix: 25 yanvar 2009  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş