İçkiyə görə işdən qovuldu, həftələrlə dilinə çörək vurmadı, qızının ad günündə öldü

İçkiyə görə işdən qovuldu, həftələrlə dilinə çörək vurmadı, qızının ad günündə öldüBiG.AZ Kulis-az-a istinadən maraqlı aktyor Fazil Salayev haqqında maraqlı faktları təqdim edir.

Fazil Salayev 1931-ci il sentyabrın 1-də Bakıda əslən Cənubi Azərbaycandan olan İdris Salayevin ailəsində dünyaya gəlib. Hələ uşaq yaşlarından yazı-pozuya böyük həvəsi olan gələcəyin məşhur aktyoru dörd yaşında ilk dəfə öz adını fotosunun arxasına yazır.

***

Orta məktəbi yaxşı qiymətlərlə bitirən Fazil sənədlərini Əzim Əzimzadə adına Rəssamlıq Məktəbinə verir və oranı əla qiymətlərlə tamamlayır. Bir müddət orta məktəbdə müəllim işləyir. Hətta Yasamal rayonundakı məktəblərin birində Xalq artisti Afaq Bəşirqızının oxuduğu sinifə rəsm dərsi keçir. Eyni zamanda "Azərbaycan" nəşriyyatında tərtibatçı-rəssam kimi fəaliyyət göstərir.

***

Rəssamlığın sonuncu kursunda, 23 yaşı tamam olanda isə atasının dostu Nurəddin kişinin 18 yaşlı qızı Fəridəylə ailə həyatı qurur. Qəribədir ki, Fəridə xanım və Fazil Salayev ailə qurana qədər bir-birini cəmi bircə dəfə görüblər və onda da söhbət etməyə belə macal tapmayıblar.

Fəridə xanım həyat yoldaşının rəssam olduğunu bilsə də, onun aktyorluğa olan marağından xəbərsiz imiş. Heç atası İdris Salayev də Fazilin aktyor olacağını ağlına belə gətirməyib. Dövrünün sayılıb-seçilən ziyalılarından olan İdris bəy oğlunun "mütrüb" adlandırılmasını istəmirdi. O həm də müxtəlif vəzifələrdə çalışmışdı. Üstəlik, Fazil ailənin yeganə övladı idi.

***

Ancaq Fazil sənədlərini o vaxtkı Teatr İnstitutuna verir. Deyilənə görə, Salayevin kumiri məşhur italyan aktyoru Toto idi. Çox güman ki, Fazilin bu seçimində Toto ilə zahiri oxşarlıqlarının olması da böyük rol oynamışdı.

***

Teatr İnstitutunu bitirən F. Salayev Akademik Milli Dram Teatrına işə qəbul olunur. İlk illərdə aktyor bu teatrın səhnəsində müxtəlif obrazlar oynayır. Ancaq bir müddət sonra dram teatrından gedir. Musiqili Komediya Teatrında işə düzəlir.

***

Fazil Salayev kinoda ilk rolunu 32 yaşında oynasa da, məhz kinoaktyor kimi məşhurlaşır. Rejissor Həsən Seyidbəyli onu "Möcüzələr adası" filmində epizodik rola dəvət edir. Cəmi bir il sonra isə qəhrəmanımız rejissor Ağarza Quliyevin ekranlaşdırdığı "Ulduz" filmində müxbir rolunu oynayır. Ardınca "Alma almaya bənzər", "Bir cənub şəhərində", "Dərviş Parisi partladır" kimi filmlərdə yaddaqalan obrazlar yaradır. "Azdrama"dan küsüb getdiyi illərdə isə "Mozalan" satirik kinojurnalında müxtəlif tipajlar yaratmağa nail olur.

1966-cı ildə Həsən Seyidbəyli "Sən niyə susursan?" filmində F. Salayevə kiçik bir rol tapşırır və o, bu rolun da öhdəsindən lazımınca gəlir. 1969-cu ildə Şamil Mahmudbəyovun çəkdiyi "Şərikli çörək" filmindəki Qırçı Məhəmməd rolu isə onun aktyor kimi məşhurlaşmasında xeyli rol oynayır.

***

Həyat yoldaşı Fəridə Salayeva 2009-cu ildə verdiyi müsahibədə Fazil Salayevin son günlərini belə xatırlayırdı:

"Ölümündən bir qədər əvvəl veriliş efirə getmişdi. Orada Həsən Seyidbəyli onun haqqında danışmışdı. Fazil öləndən sonra verilişi yenidən efirə verdilər. Söz-söhbət gəzirdi ki, guya Fazil bizimlə yola getmirmiş. Təsəllim qızlarım olub. Axı onlar rəhmətliyin ən qiymətli yadigarlarıdır. Üç qız zarafat deyil. Fazil rəhmətə gedəndə hələ hamısı evdəydi. Sonra başım qarışdı onları köçürməyə. Daha sonra nəvələrim dünyaya gəldi. Fazil evin vur-tut bircə uşağı olub. Özü də varlı-hallı bir kişinin. Üstəlik, üç qardaşın evində yeganə uşağı idi. Rəhmətlik qayınatamın artistlikdən xoşu gəlməzdi. Elə sözün doğrusu, mənim də. Teatrda tamaşalarda oynayırdı, tək-tük halda gedib baxırdım. Piano çalmağı, oxumağı aləmi idi. Hədsiz istedadlı , açıq-saçıq danışan, əhlikefi idi. Bakının yarısı da dostları. Mənsə ciddi, qısqanc... Bir az da cavanlığı idi, indiki ağlım hardan idi. Necə deyərlər, çox fərqimiz vardı... Fazilin ana babasının da artistliyi varmış. Teatrda işləməyib, toy-düyündə iştirak eləyərmiş. Görünür, babasına çəkib".

Xalq artisti Yaşar Nuri müsahibələrinin birində aktyor haqqında deyir:

"Fazilin çox böyük istedadı var idi. Nadir hallarda olur ki, aktyorun adını bilmirsən, amma oynadığı obrazlarla tanıyırsan. İndiyə qədər də onun adını bilmirlər, amma obrazlarını tanıyırlar, o, "filan roldakı aktyor" kimi yaddaşlarda qalıb. Heç bir fəxri adı olmayan Salayevin fəxri adı "filan aktyor" idi. "Muskomediya"da bir tamaşada montyoru oynayırdı. Guya çayniki düzəldəndə tok vurur bunu, ölür. Zal onun "ölməyinə" iki dəqiqə əl çalırdı. Fazil hərtərəfli istedad idi, amma bəxt, tale, alın yazısı... Onun "Şərikli çörək" filmində çörək yediyi epizod xəlvət çəkilib. Mahmudbəyov operatoru çağırıb ki, bu kadrı xəlvət çək. Amma yenə də şans...O filmə görə hamı dövlət mükafatı aldı, Fazil almadı".

***

Aktyorun oynadığı sonuncu film onun həyatının son aylarına təsadüf edir. Rejissor Cahangir Mehdiyev Moskva Kinematoqrafiya İnstitutunda oxuyarkən kurs işi üçün "Araşdırın" filminə Fazil Salayevi çəkir.

***

Akademik Milli Dram Teatrının aktyoru, Əməkdar artist Əli Nur həmkarı Fazil Salayevlə tanışlığını belə xatırlayır:

"Mən tələbə olanda Fazil Salayev "Azdrama" işləyirdi. O vaxt teatrın direktoru bizim kurs rəhbərimiz rejissor Əliheydər Ələkbərov idi. Dərslərin çoxunu teatrda keçirdik, imtahan vaxtı ora gedirdik. O, Allahın möcüzəli, istedadlı aktyor idi. Fazil "Azdrama"da elə də böyük rollar oynamayıb. Məsələn, "Ölülər"də Cəlalı oynayırdı. Digər tamaşalarda da epizodik rollardaydı. Ancaq qeyri-adi koloritli, duzlu aktyor idi. Kinostudiyada da tez-tez görüşürdük, çay içirdik. Nə qədər istedadlı olsa da, onu layiqincə qiymətləndirmədilər. Hətta kateqoriyasını artırmırdılar ki, normal maaş alsın".

Deyilənlərə görə F.Salayev istedadı qiymətləndirilmədiyindən sınır, həyatın dibinə yuvarlanaraq, meylini içkiyə salır. Hətta sonradan Salayev ağır xəstəliyə tutulur və içki içməsə, qida qəbul edə bilmir, həftələrlə dilinə çörək vurmur.

***

İsrafil İsrafilov Fazil Salayev haqqında deyir: "Salayevin başlıca səhvi isə, heç şübhəsiz ki, içkiyə meyilli olmasıydı. Məsələn, tamaşalara, məşqlərə sərxoş gəlirdi. Tofiq Kazımov da onu çox sevirdi, orijinal istedad sahibiydi. Azərbaycan teatrında ikinci belə təbiətdə və istedada malik aktyor yox idi. Onu komizmi də orijinaldır, plastikası da. Fazildən sonra o tipdə aktyor yetişməyib. Düzdür, Yaşar Nuri yetişdi, amma o, başqa tip aktyor idi. Tofiq Kazımov onu çox istədiyindən bəzi səhvlərinə göz yumurdu. Ancaq teatrın daxilindən bir neçə dəfə onun içməyini rəhbərliyə çatdırmışdılar və rəhbərlik fakt qarşısında qalaraq onu "Azdrama"dan uzaqlaşdırmışdı. Vəziyyət o həddə çatmışdı ki, Fazilin ağzından iy gələn kimi rejissor köməkçisi, rekvizit sexində işləyənlər dərhal xəbərçilik edirdilər. Fazil akademik teatrdan uzaqlaşan kimi "Muskomediya", necə deyərlər, onu göydə tutdu. Orada cəmi üç il işlədi və bizim onunla bulvardakı söhbətimizdən sonra "Azdrama"ya qayıtdı. Tofiq Kazımov inanmırdı ki, Fazil Salayevi yola gətirə bilmişəm. O, teatra qayıtdı".

İndiki qış bulvarının yerləşdiyi ərazidə yaşayırdı. Olduqca saf, qonaqpərvər, mehriban, hətta deyərdim ki, sadəlövh idi. Mən yaşlı nəsil aktyorların əksəriyyətini görmüşəm. İkinci belə uşaq kimi saf aktyor olmayıb. Teatrın adamı bir balaca korlamağı olur. Müxtəlif rollar oynadığı üçün aktyorlar peşə xəstəliyinə tutulurlar. Simasızlıq onların peşəkar xəstəliyidir. O, nadir adamlardan idi ki, simasını dəyişməmişdi, peşə xəstəliyi yox idi. Ən parlaq rolunda da özünü heç kimdən üstün tutmurdu. Onu aldatmaq çox asan idi və aktyorlar bəzən onunla zarafatlaşırdılar".

***

Fazil Salayevin küsülü olduğu həmkarı olmasa da, "Azdrama"da xoşu gəlmədiyi bir nəfər varmış. İsrafil İsrafilovun dediklərindən:

"Heç kimlə küsülü deyildi, ancaq xoşu gəlmədiyi adamlar var idi. Məsələn, teatrın rekvizit sexində işləyən bir nəfərin Fazilin "Azdrama"dan getməyində böyük "rolu" olmuşdu. O, təkcə Fazili yox, Səməndər Rzayevi də rəhbərliyə "satırdı". Çünki hər ikisi tamaşalara içkili gəlirdilər. Aktyorların əksəriyyətinin belə qüsurları olub.

Deyilənə görə, uşaq kimi saf və təmiz xarakterli adam olub. Hətta o qədər saf adam olub ki, aktyorların bəziləri onunla zarafatlaşırmış. Ən yaxın dostu Yaşar Nuri və Səməndər Rzayev olub. Aktrisalardan isə Nəcibə Məlikova onu öz övladı, qardaşı kimi çox istəyib. Nə zaman onun yemək yemədiyini bilsə, otağına çağırıb ona yemək və çay verərmiş.

***

Fazil "Molla Cəbi" tamaşasında Əliağa Ağayevlə tərəf müqabili olub. Əliağa Ağayev deyirmiş ki, "Fazil orada elə xırdalıqlar edirdi ki, mən özümü itirmişdim. Onun ifasına valeh olmuşdum, öz rolum yadımdan çıxmışdı".

***

Deyilənlərə görə, bir dəfə də Fazil evə sərxoş gəlir. Bunun xanımı da çox cüssəli qadın olub. Qadın görür ki, Fazil özü gedib yata bilməyəcək. Onu qucağına alıb yerinə atır. Uşaqları qışqırırlar ki, "papa letit, papa letit". Səhəri gün özü başına gələni dostlarına danışıb gülürmüş.

***

Fazil Salayev 1978-ci il iyunun 20-də kiçik qızı Ofeliyanın doğum günündə dünyasını dəyişir.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1702   Tarix: 16 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Süni intellekt dövründə hansı peşələr dəyişəcək? - Video

"Süni intellekt birbaşa peşələri sıradan çıxarmır, ilk növbədə, həmin sahələrdəki təkrarlanan tapşırıqları avtomatlaşdırır". Bu fikirləri İKT mütəxəssisi Asim Namazov bildirib. Ekspertin sözlərinə görə, məlumatların daxil edilməsi, standart sənədlərin hazırlanması, sadə mətnlərin tərtibi, məlumatları

20.09.2026 283
.

Bu bitkiləri çarpayınızın yaxınlığından götürün - SƏBƏB

Ev bitkiləri otağa gözəllik qatsa da, bəzi hallarda həşəratlar üçün gizlənəcək yerə çevrilə bilər. xarici mediaya istinadən xəbər verir ki, xüsusilə yatağın yaxınlığında saxlanılan sıx yarpaqlı bitkilər taxtabitləri üçün əlavə sığınacaq yarada bilər. Mütəxəssislər bildirirlər ki, taxtabitləri bitkilərl

20.09.2026 207
.

Toyuq əvvəl yaranıb, yoxsa yumurta? - Elm cavab verdi

Əsrlərdir müzakirə olunan "Əvvəl toyuq yaranıb, yoxsa yumurta?" sualına elm cavab verib. Təkamül biologiyasına görə, bu sualın cavabı yumurtadır. Çünki yumurta qoyan canlılar toyuqlardan yüz milyonlarla il əvvəl mövcud olub. xarici mediaya istinadən xəbər verir ki, paleontoloji araşdırmala

00:33 377
.

Alimlər yeni pişik növü aşkarladı - Adı belə qoyuldu

Boliviyada elmə əvvəllər məlum olmayan yeni vəhşi pişik növü aşkar edilib. Yeni növə Leopardus tilcayo adı verilib və o, Tilcayo pələng pişiyi kimi tanınacaq. "National Geographic" jurnalına istinadən xəbər verir ki, alimlər bu pişik növünü ilk dəfə 2016-cı ildə müşahidə ediblər. Lakin onu

20.09.2026 240
.

Kotleti qat-qat dadlı və şirəli edən ədviyyat

Kotletlər keyfiyyətli ətdən hazırlansa belə, bəzən quru və dadsız alına bilər. Bunun qarşısını almaq üçün adətən qiyməyə soğan, isladılmış çörək və ya bir qədər kərə yağı əlavə edilir. Lakin kotletləri həm daha ətirli, həm də daha ləzzətli etmək üçün başqa sadə üsul da var. BİG.AZ -a istinadən bildiri

12:10 185
.

Bədən bu yaşdan sonra daha sürətlə qocalır?

İnsan orqanizminin qocalmasının bütün həyat boyu eyni sürətlə getmədiyi məlum olub. Alimlər müəyyən ediblər ki, bəzi orqan və toxumalarda qocalma prosesi müəyyən yaş dövrlərində daha da sürətlənir. xarici mediaya istinadla xəbər verir ki, araşdırmaya əsasən, insan orqanizmində nəzərəçarpacaq dəyişikliklə

20.09.2026 391
.

Mandarin alarkən mütləq bu işarəyə baxın: Şirin və şirəli olanı belə bilinir

Mandarin seçərkən yalnız rənginə baxmaq kifayət deyil. Qabığın toxuması və bərkliyi ilə meyvənin ölçüsünə görə çəkisi birlikdə qiymətləndirildikdə daha şirəli və ətirli olanları seçmək ehtimalı artır. Üstəlik, bəzi mandarin növləri yetişdikdə belə qabığında yaşımtıl tonlar saxlaya bildiyi üçün rəng təkbaşın

00:39 206
.

Mətbəx mebeli ilə yemək masasını necə uyğunlaşdırmaq olar?

Mətbəx mebeli ilə yemək masasını uyğunlaşdırarkən məqamlardan biri rəngdir. Masa ilə mebelin tam eyni rəngdə olması vacib deyil. Əsas odur ki, rənglər bir-birini tamamlasın və mətbəxdə qarışıq görünüş yaranmasın. Ağ və bej rəngli mətbəx mebelləri ilə açıq ağac rəngli masalar yaxşı uyğunlaşır. Tünd bo

20.09.2026 277
.

Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb

Mətbəx siyirtmələrinin içini alüminium folqa ilə örtmək üsulu sosial şəbəkələrdə yayılan ev baxımı praktikaları sırasına daxil olub. Bu üsul siyirtmə səthlərini nəmdən və yemək qalıqlarından qorumaq, təmizliyi asanlaşdırmaq və siyirtmənin içindəki işığı artırmaq məqsədilə istifadə olunur. xəbər veri

20.09.2026 574
.