"Qaraçı uşaq" kimi ad çıxartdı, səsiylə Xan Şuşinskini heyran qoydu - Xalq artistindən maraqlı faktlar

"Qaraçı uşaq" kimi ad çıxartdı, səsiylə Xan Şuşinskini heyran qoydu - Xalq artistindən maraqlı faktlarBiG.AZ Kulis-az-a istinadən böyük sənətkar, Xalq artisti Yaqub Məmmədov haqqında maraqlı faktları təqdim edir.

Qarabağ xanəndəlik məktəbinin XX əsrin II yarısında yetişmiş orta nəslinin görkəmli nümayəndəsi Məmmədov Yaqub Məhəmməd oğlu 5 may 1930-cu ildə Ağcabədi rayonunda anadan olub. Qarabağ torpağında boya-başa çatmış Yaqub Məmmədov peşəkar musiqi təhsilini Azərbaycan Dövlət Musiqi Məktəbində alıb.

***

O, klassik muğam sənəti sahəsində ən böyük sənətkarlardan biri hesab olunur. Onun səsini Xan Şuşinski, Şövkət Ələkbərova, Sara Qədimova kimi böyük sənətkarlar yüksək qiymətləndirib.

Yaqub Məmmədov heç kimi pisləməz, heç kimin qəlbini qırmazmış.

***

"Mənsuriyyə"nin lent yazısını onu aldadıb yazdırıblar. Belə ki, çəkiliş zamanı həyəcanlandığından Habil Əliyev onu aldadıb ki, məşq üçün ifa edirik. Amma operatora göz vurub ki, çəksinlər. Yaqub Məmmədov çəkilişin sonuna qədər Qızıl fond üçün oxuduğunu bilməyib.

***

Yaqubun məşhur "Mənsuriyyə"si haqqında Xan Şuşinski "Əsl sənət nümunəsidir" - deyib.

Xanəndə-pedaqoq Nəriman Əliyev dövlət radiosunun qızıl fondunda saxlanılan verilişlərin birində xatırlayır: Ağa (Seyid Şuşinskini nəzərdə tutur) Yaqubu dinlədikdən sonra dedi ki, çətin, səndən bir də doğula, Yaqub.

***

Tarzən Vamiq Abdullayev xatırlayır: "Yaqub Məmmədov vara-pula yıxılan adam deyildi, çox gözütox, yumşaq adam idi. Mən onunla neçə il meydanlarda oldum, amma bir dəfə də olsun haqqında pis söz eşitmədim. Bəzən elə olurdu ki, imkansız insanların toylarına havayı gedirdi. Həmişə mənə deyirdi ki, nə olsun, kiminsə pulu olmaya bilər, amma o da bizimkidir. Qəribədir, həmin toylar, varlı toylarından yaxşı keçirdi".

***

O, çalğıçıları yormazmış, özünü təkrarlamazmış. Deyilənə görə, hər pərdədə oxuya bilirmiş.

Kaman ustası Habil Əliyevlə hələ uşaq yaşlarından bir yerdə çalıb oxuyarmışlar. Müharibə vaxtı kəndlərdə, rayonlarda konsert verib ailələrini aclıqdan xilas ediblər. Camaat da deyirmiş ki, bu iki qaraçı uşaq yaman yaxşı çalıb oxuyurlar.

***

Deyilənə görə, Yaqub Məmmədovun səsi gahgir olub. Hərdən "işləmirmiş", hərdən də yorulmadan zil pərdələrdə gəzişərmiş.

Yaqub Məmmədov pambıq tarlasında işləyə-işləyə oxuyarmış. Bir gün xəbər yayılır ki, Ağcabədinin mədəniyyət evinə Bakıdan komissiya gəlib, yaxşı səsi olanları qəbul edirlər. Yaquba deyirlər ki, sən də yaxşı oxuyursan, sən də get. Yaqub əvvəl getmək istəmir. Amma biləndə ki, Xan Şuşinski də gəlib, həvəslənir. Çünki Xan Şuşinskiyə radiodan çox qulaq asır və onu təqlid edərmiş.

Mədəniyyət evində Şövkət Ələkbərovanı da görür, amma onu tanımır. Növbə ona çatanda "Xan segahı" oxuyur, Xan Şuşinski başını tərpədir, amma heç nə demir. Şövkət Ələkbərova isə ayağa qalxıb onu alqışlayır, bir xeyli tərifləyir. Xanəndələr Bakıya qayıdır. Xanın onun ifası haqqında heç nə deməməsi, Yaquba toxunur. Bir müddət sonra flarmoniyanın həyətində Xan Şuşinskinin başına toplaşan gənclər ona sual verirlər ki, Xan əmi, görəsən sənin kimi oxuyan bir də yer üzünə gələcək? Xan: "Gələcək yox, gəlib. Mənim kimi oxuyan oğlan Ağcabədidə pambıq suvarır, gedin, onu Bakıya gətirin" - deyir.

Yaqub Məmmədovun ilk dəfə muğam ifa etdiyi həmin mədəniyyət evinə sonralar xanəndənin adı verilib.

***

Xanəndə rus dilini bilmədiyi üçün operaya gedə bilmir, flarmoniyada işləyə bilmir. Ümumiyyətlə, rus dilini bilmədiyi üçün əvvəl-əvvəl Bakıda çox sıxılırmış.

***
Yaqub Məmmədov Bakı toylarında ən arzuolunan xanəndələrdən biri olub. Hətta nardaranlılar onu ağcabədililərdən də çox istəyirmişlər. Yaqub yeganə xanəndədir ki, sözləri səhv oxuya-oxuya Bakı kəndlərində sevilib.

***

Əlibaba Məmmədov müsahibələrinin birində deyir ki, Yaqub Məmmədovun səsilə adamlara söysən belə onlara ləzzət edər.

Dünyasını dəyişəndən sonra Ağcabədidə yerləşən məşhur "Üçbulaq bulağı"na onun adını veriblər.

***

Yaqub Məmmədov qastrola gedəndə "pol" (cins) yazılan hissəyə "parket" yazır. Elə bilir ki, onun evindəki döşəmənin növü nəzərdə tutulub.

***

Böyük sənətkar 5 iyun 2002-ci ildə, 72 yaşında dünyasını dəyişib.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1429   Tarix: 16 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Ofis mebeli seçərkən nələrə diqqət yetirilməlidir ?

Müasir dövrdə ən çox tələb olunan mebellər sırasında ofis mebelləri də var. Ofis mebelləri dedikdə bura müxtəlif mebellər daxildir. ofis kreslosu, ofis divanı, ofis masaları, qeydiyyat şöbəsi üçün masa, müdir kresloları, salon kreslosu, kompüter masası, sənəd dolabı və ofis stol-stulu aiddir. Ofis mebellər

05.11.2026 659
.

Evakuator xidməti və daşınma xidməti

Avtomobil və yüklərin daşınması üçün Evakuator xidməti göstərilir. Evakuator xidmətinə həm avtomobillərin həm də yüklərin daşınması daxildir. Avtomobil istifadə edənlər bilir ki bəzən avtomobillərdə olan texniki problem və digər xoşagəlməz hadisə zamanı sizi yolda qoya bilir. Bu zaman evakuasiya xidmət

09.11.2026 264
.

Evdə eşitdiyiniz bu 5 səs təhlükə xəbərdarlığı ola bilər

Evdə eşidilən bəzi qeyri-adi səslər ciddi texniki nasazlıqların xəbərçisi ola bilər. Su borularından gələn döyüntü, elektrik rozetkalarından eşidilən xışıltı və ya kondisionerin qeyri-adi səs çıxarması bəzən yanğın, su basması və bahalı təmir işləri ilə nəticələnə biləcək problemlərə işarə edir. xaric

01.11.2026 740
.

Hər kəs xeyirli hesab edir, ən riskli ət növü açıqlandı

Bəzi ət növlərinin yüksək doymuş yağ və duz tərkibi ilə ürək-damar sağlamlığına mənfi təsir göstərə biləcəyini vurğulayan mütəxəssislər xüsusilə 4 ət növünün istehlakında diqqətli olmağı tövsiyə edirlər. xəbər verir ki, yağlı ət hissələrinin və emal olunmuş məhsulların həddindən artıq istehlakı "pi

07.11.2026 362
.

"Onların pulu ancaq bədən kəsdirməyə gedir"

Əməkdar artist Elza Seyidcahan xanımların xarici görünüşü və sənətə münasibəti ilə bağlı səsləndirdiyi fikirlərlə gündəmə gəlib. Axşam.az xəbər verir ki, müğənni "Kəşfet" verilişində qonaq olarkən bir çox ifaçının bir-birinə bənzəməyə çalışdığını bildirib. O, həmçinin onların estetik əməliyyatlar

09.11.2026 349
.

Velosipedi yenidən kəşf etmək də olurmuş... - Fotolar

Nigeriyanın Kebbi əyalətində yaşayan 19 yaşlı Bello Məhəmməd müstəqil şəkildə dizayn edib hazırladığı fövqəladə nəqliyyat vasitəsi ilə dünya rekorduna imza atıb. "Qafqazinfo" xəbər verir ki, peşəkar kömək almadan 2.9 metr hündürlüyündə velosiped quraşdıran gənc "Ginnesin Rekordlar Kitabı"n

06.11.2026 421
.

Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı

İngiltərədə bir kolleksiyaçının cəmi 15 sterlinqə aldığı sınıq və qapaqsız çaydanlığın ABŞ-da istehsal edilmiş ən qədim çini nümunələrindən biri olduğu üzə çıxıb. Təxminən 30 ildir keramika kolleksiyası toplayan alıcının diqqətini çəkən tarixi əşya hərracda 575 min sterlinqə satılıb. Çaydanlıq Nyu-Yorkdak

07.11.2026 365
.

Xidmetler.az - Bütün Xidmətlər bir saytda

XİDMETLER.AZ saytinda sizi narahat edən hər məsələ ilə bağlı kömək almaq imkanınız var!. Gündəlik işlər üçün icraçı və ya daimi iş sifarişi axtaran, saytımızda tapar. Siz də qoşulun və lazım olan insanları tapın! Saytımız üzləşdiyiniz problemləri bir göz qırpımında həll edəcək. İstənilən usta axtarışın

07.11.2026 538
.

800 illik qala 1 avroya satılır - Fotolar

Almaniyanın Saksoniya torpağında yerləşən Bad-Düben şəhər rəhbərliyi 800 illik tarixə malik Şnaditz su qalasını satışa çıxarıb. "Qafqazinfo" xəbər verir ki, şəhər mülk üçün simvolik olaraq cəmi 1 avro tələb edir, lakin bu "əlverişli" sövdələşmənin arxasında böyük maliyyə öhdəliklər

09.11.2026 375
.