Temperament tiplərinə görə insanlar

Temperament tiplərinə görə insanlarTemperament tiplərinə görə insanlar 4 qrupa ayrılır: sanqvinik, xolerik, melanxolik və fleqmatik.

Sanqvinik
Diqqətini cəlb edən hər şeyə canlı reaksiya verir. Mimikaları və hərəkətləri canlı və ifadəlidir. Yüksək fəallığa malik olduğuna görə çox işgüzar olurlar, hər bir yeni işə dərhal girişir, həmişə birinci olmağa çalışır, yorulmadan uzun müddət işləyə bilir.
Sanqviniklər həddən artıq qayda-qanuna əməl edən olurlar.
Hissləri asanlıqla bir-birini əvəz edir. Düşdüyü yeni şəraitə asanlıqla alışır. Rast gəldikləri insanlarla asanlıqla ünsiyyətə girə bilir, bir işdən digərinə asanlıqla keçə bilirlər. Bu tipə aid insanlar emosional, zirək və diribaş olurlar. O qədər zirəkdirlər ki, onları 1 dəqiqə bir yerdə saxlamaq qeyri-mümkündür. Həmişə hara isə tələsir, gedir, gəlirlər.
Oturaq iş onlarlıq deyil. Onların maraqları davamsız və qeyri-sabitdir. Elə ona görə də böyük həvəslə, coşqunluqla başladıqları işdən son dərəcə süstlüklə də əl çəkirlər.
Son dərəcə emosional olsalar da yaddaşları zəifdir. Onlar üçün yalnız bu gün, bu an, bu saat var. Bu tip insanlar təsir altına tez düşürlər. Elə buna görə də bu insanlardan bəziləri son dərəcə özbaşına, bəziləri isə bunun tam əksinə olaraq, intizamlıdırlar.

Xolerik
Xoleriklər həddən artıq hövsələsiz, tez özlərindən çıxan olurlar. Onlarda öz maraqlarını həyata keçirməyə yüksək cəhd, inadkarlıq, dözümlülük mövcud olur.
Başladıqları işi axıra qədər yerinə yetirməyə meyilli olurlar. Diqqətlərini keçirməkdə çətinlik çəkirlər. Müvazinətsiz olurlar. Onların son dərəcə coşğun xarakteri var. Kəmhövsələlidirlər. Çox nadir hallarda "susmaq lazım gələndə birinci ol" tövsiyyəsinə riayət edirlər. Həmişə istənilən məsələyə birinci reaksiya verənlər sırasındadırlar. Bu xasiyyətləri ucbatından xolerik tipli insanlar ətrafı ilə tez-tez yola getmir, münaqişəyə girirlər. Ona görə də xoleriki adətən səbirsiz, tündməcaz insan kimi tanıyırlar. Düşdükləri yeni mühitə uzun müddət alışa bilmirlər.

Fleqmatik
Özlərini hər yerdə sakit aparırlar. Həddindən artıq soyuqqanlıdırlar, qaradinməzdirlər. Uğursuzluğa məruz qaldıqda buna önəm vermirlər.
İşə dərhal girişmirlər, lakin başladıqları işi axıra qədər yerinə yetirirlər. Onlar öz diqqətlərini çətinliklə keçirə bilirlər, yeni şəraitə çətinliklə alışırlar. Onlarda daxili əksolunma yüksək olur. Təkliyi sevirlər. Vərdiş və adətlərini olduqca ləng dəyişə bilirlər. Olduqca işgüzar olurlar. Dözümlü və özlərini ələ ala biləndirlər. Onları asanlıqla özlərindən çıxarmaq mümkün olmur. Yeni insanlara çətin alışırlar. Səkit və təmkinli olurlar.
Heç bir tip fleqmatik qədər təmkinli deyil. Onları həyəcanlandırmaq və yaxud hirsləndirmək elə də asan məsələ deyil. Bu tip insanlar mehriban və istiqanlıdırlar. Sadəcə, onları yaxından tanımaq üçün vaxt lazımdır. Vaxt keçdikcə alışdığı insanlara qarşı diqqətli və mehriban olurlar. Sakit və soyuqqanlı təəssurat oyadan bu insanlar sadiq bir dostdurlar. Həmişə rəfiqələrini və dostlarını arayan bu qəbildən olan insanlar vaxtı ilə incik düşdüyü insanlara qarşı da sayğısız yanaşmırlar.

Melanxolik
Onlarda senzitivlik, həssaslıq həddindən artıq yüksək olur. Kiçicik bir işdən, hərəkətdən dərindən təsirlənirlər. Hədsiz dərəcə küsəyəndirlər. Mimika və hərəkətləri dərindən ifadəli deyildir. Onlarda özlərinə inam hədsiz dərəcədə aşağı olur. Həddindən artıq təkliyə qapılırlar. Onlar tez ruhdan düşür, bəzən gücü çatan işi axıra qədər yerinə yetirmirlər. Onlarda içə qapanıqlıq yüksək olur. Onlar heç nəyə biganə qalmırlar. Elə bu səbəbdən onlara münasibətdə ən kiçik diqqətsizlikdən belə tez inciyirlər. Ən kiçik problemlə üzləşdikdə belə özlərini itirirlər, vəziyyətdən çıxış yolu tapa bilmirlər. Özlərinin heç bir bacarığını dəyərləndirmirlər. MƏNə yalnız tənqidi yanaşırlar. Elə bu səbəbdən də bacardıqları işin belə öhdəsindən gələ bilmirlər. Bədbin fikirlər onları tez ruhdan salır. Onları yerindən tərpətmək müşkül məsələdir. Başladıqları işi yarımçıq qoymaq adətləridir.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1726   Tarix: 12 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ofis mebeli seçərkən nələrə diqqət yetirilməlidir ?

Müasir dövrdə ən çox tələb olunan mebellər sırasında ofis mebelləri də var. Ofis mebelləri dedikdə bura müxtəlif mebellər daxildir. ofis kreslosu, ofis divanı, ofis masaları, qeydiyyat şöbəsi üçün masa, müdir kresloları, salon kreslosu, kompüter masası, sənəd dolabı və ofis stol-stulu aiddir. Ofis mebellər

05.11.2026 659
.

Evakuator xidməti və daşınma xidməti

Avtomobil və yüklərin daşınması üçün Evakuator xidməti göstərilir. Evakuator xidmətinə həm avtomobillərin həm də yüklərin daşınması daxildir. Avtomobil istifadə edənlər bilir ki bəzən avtomobillərdə olan texniki problem və digər xoşagəlməz hadisə zamanı sizi yolda qoya bilir. Bu zaman evakuasiya xidmət

09.11.2026 264
.

Evdə eşitdiyiniz bu 5 səs təhlükə xəbərdarlığı ola bilər

Evdə eşidilən bəzi qeyri-adi səslər ciddi texniki nasazlıqların xəbərçisi ola bilər. Su borularından gələn döyüntü, elektrik rozetkalarından eşidilən xışıltı və ya kondisionerin qeyri-adi səs çıxarması bəzən yanğın, su basması və bahalı təmir işləri ilə nəticələnə biləcək problemlərə işarə edir. xaric

01.11.2026 740
.

Hər kəs xeyirli hesab edir, ən riskli ət növü açıqlandı

Bəzi ət növlərinin yüksək doymuş yağ və duz tərkibi ilə ürək-damar sağlamlığına mənfi təsir göstərə biləcəyini vurğulayan mütəxəssislər xüsusilə 4 ət növünün istehlakında diqqətli olmağı tövsiyə edirlər. xəbər verir ki, yağlı ət hissələrinin və emal olunmuş məhsulların həddindən artıq istehlakı "pi

07.11.2026 362
.

"Onların pulu ancaq bədən kəsdirməyə gedir"

Əməkdar artist Elza Seyidcahan xanımların xarici görünüşü və sənətə münasibəti ilə bağlı səsləndirdiyi fikirlərlə gündəmə gəlib. Axşam.az xəbər verir ki, müğənni "Kəşfet" verilişində qonaq olarkən bir çox ifaçının bir-birinə bənzəməyə çalışdığını bildirib. O, həmçinin onların estetik əməliyyatlar

09.11.2026 349
.

Velosipedi yenidən kəşf etmək də olurmuş... - Fotolar

Nigeriyanın Kebbi əyalətində yaşayan 19 yaşlı Bello Məhəmməd müstəqil şəkildə dizayn edib hazırladığı fövqəladə nəqliyyat vasitəsi ilə dünya rekorduna imza atıb. "Qafqazinfo" xəbər verir ki, peşəkar kömək almadan 2.9 metr hündürlüyündə velosiped quraşdıran gənc "Ginnesin Rekordlar Kitabı"n

06.11.2026 421
.

Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı

İngiltərədə bir kolleksiyaçının cəmi 15 sterlinqə aldığı sınıq və qapaqsız çaydanlığın ABŞ-da istehsal edilmiş ən qədim çini nümunələrindən biri olduğu üzə çıxıb. Təxminən 30 ildir keramika kolleksiyası toplayan alıcının diqqətini çəkən tarixi əşya hərracda 575 min sterlinqə satılıb. Çaydanlıq Nyu-Yorkdak

07.11.2026 365
.

Xidmetler.az - Bütün Xidmətlər bir saytda

XİDMETLER.AZ saytinda sizi narahat edən hər məsələ ilə bağlı kömək almaq imkanınız var!. Gündəlik işlər üçün icraçı və ya daimi iş sifarişi axtaran, saytımızda tapar. Siz də qoşulun və lazım olan insanları tapın! Saytımız üzləşdiyiniz problemləri bir göz qırpımında həll edəcək. İstənilən usta axtarışın

07.11.2026 538
.

800 illik qala 1 avroya satılır - Fotolar

Almaniyanın Saksoniya torpağında yerləşən Bad-Düben şəhər rəhbərliyi 800 illik tarixə malik Şnaditz su qalasını satışa çıxarıb. "Qafqazinfo" xəbər verir ki, şəhər mülk üçün simvolik olaraq cəmi 1 avro tələb edir, lakin bu "əlverişli" sövdələşmənin arxasında böyük maliyyə öhdəliklər

09.11.2026 375
.