"Arvadım yad kişilərlə evimə kamera quraşdırıb..." - Gəncədə dəhşətli hadisə

"Arvadım yad kişilərlə evimə kamera quraşdırıb..." - Gəncədə dəhşətli hadisəGəncə şəhərində 1994-cü il təvəllüdlü Ayaz qısqanclıq zəminində yaranan münaqişə zamanı həyat yoldaşı Könülü (adlar şərti verilib - red.) öldürməyə cəhd edib.

BiG.AZ Teleqraf.com-a istinadən bildirir ki, Ayaz rəsmi nikah münasibətində olduğu arvadı Könülün ona xəyanət etməsindən şübhələndiyi üçün uzunmüddətli mübahisələrə birdəfəlik son qoymaq, məhkəməyə boşanmaq iddiası ilə müraciət etməsi səbəbindən onu öldürmək qərarına gəlib.

Ayaz 5 fevral 2021-ci ildə səhər saatlarında münaqişələrdən sonra Könülə 26 bıçaq xəsarəti yetirib. Qadına vaxtında ixtisaslaşmış tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.

İstintaq orqanı tərəfindən Ayazın barəsində Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya təhlükəli üsualla adam öldürməyə cəhd) maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Ayaz ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Könüllə 2017-ci ildə öz istəyi ilə ailə qurub: "Bir-birimizi sevmişik, evlənməyimizdə ailələrimizin təsiri və narazılığı olmayıb. Evləndikdən sonra atamın verdiyi evdə birlikdə yaşamağa başladıq".

"Söhbəti bağladım"

Təqsirləndirilən şəxs qeyd edib ki, 22 oktyabr 2018-ci ildə Əzizə adlı qız övladları dünyaya gəlib:

"Evliliyimizin ilk vaxtlarında münasibətlərimiz mehriban olsa da, təxminən 2020-ci ilin əvvəllərindən aramızda soyuqluq yaranmağa başladı. Bunun səbəbi Könülün mənə xəyanət etməsi barədə yaranmış şübhələrim oldu. Həmin ərəfədə Könül "İnstagram" sosial şəbəkəsində özünə "Könül prensessa" və "Könül" istifadəçi adlı profillər açdı.

Bundan xəbər tutanda nəyə görə məndən icazəsiz və xəbərsiz profil açmasının səbəbini soruşdum. Könül həmin profillərin özünə məxsus olmadığını, anası Sevilin Əzizənin şəkillərini paylaşmaqdan ötrü açdığını bildirdi, and içdi. Bundan sonra bu söhbəti bağladım. Bu mövzuda mübahisə etmədim".

"Mənə inandırıcı gəlmədi"

Ayaz deyib ki, yenə də özündə Könülə qarşı şübhə qalıb: "Könülün mənə xəyanət etdiyini, "İnstagram"da kiminləsə danışdığını fikirləşməyə başladım. Çünki Əzizənin şəkillərini paylaşmaqdan ötrü qayınanamın iki fərqli profil açması mənə inandırıcı gəlmədi.

Bir neçə gün sonra qayınanam bizə gələndə bu barədə soruşdum. Qızının sözlərini o da təsdiq etdi, hər iki profilin özünə məxsus olduğunu bildirdi. Lakin Könül barədə şübhələrim yarandığına görə aradabir onun telefonunu yoxlamağa, kimlərlə danışıb-yazışdığına baxmağa başladım".

"Qayınanam qızının dediklərini təsdiqlədi"

Təqsirləndirilən şəxsin sözlərinə görə, 2020-ci ilin martında Könülün telefonuna baxanda "qalereya" bölməsində "silinmiş şəkillər" qovluğunda "İnstagram"dan çəkilmiş ekran şəkillərini, yəni "screenshot"ları görüb: "Həmin şəkillərə əsasən mənə məlum oldu ki, Könül "İnstagram"da özünə məxsus profillərdən biri ilə "eliw 45-38" istifadəçi adlı profillə mesajlaşıb.

Ekran şəklini Könülə göstərdim və hesabat verməsini istədim. Könül əvvəlcə mesajlardan xəbəri olmadığını, sonradan isə həmin profili anasının açıb işlətdiyini, ola bilsin, mesajları anasının yazdığını, "eliw 45-38" istifadəçinin xalası qızı Elmira olduğunu dedi.

Bir sözlə, Könül mənə qeyri-səmimi cavablar verdi. Bu barədə qayınanamdan soruşdum. Qayınanam da qızı Könülün dediklərini təsdiqlədi".

"Qardaş gözü ilə baxdığını dedi"

Təqsirləndirilən şəxs qeyd edib ki, bundan sonra Könüllə aralarında "İnstagram" mübahisəsi bağlanıb: "Amma içimdə şübhələr qalmaqda davam etdi. Konkret sübutum olmadığına görə Könüllə bu mövzu ətrafında heç bir mübahisə etmədim. Baş vermiş hadisədən təxminən 1 ay əvvəl Könüllə xəyanətlə bağlı mübahisələrimiz yenidən təzələndi. Bir ay əvvələ qədər müddət ərzində Könüllə danışanda tez-tez qonşuluqda yaşayan Elmar adlı iki şəxs haqqında söhbətlər açdı, təriflədi. Bizimlə eyni blokda iki nəfər Elmar adlı şəxs var, biri 4-cü, digəri isə 8-ci mərtəbədə qalır.

4-cü mərtəbədəki Elmar evlidir, arvad-uşağı ilə yaşayır, 8-ci mərtəbədəki isə subaydır, ata-anası ilə yaşayır. Həmin şəxslərlə qonşu kimi sıx münasibətim yoxdur, bir-birimizi görəndə ayaqüstü salamlaşıb, hal-əhval tutmuşuq.

Könül Elmar adlı qonşularından çox danışanda əsəbiləşdim. Ona irad tutdum və bunun səbəbini soruşanda Könül xüsusi bir səbəbi olmadığını, eləcə qonşulardan söhbət açıldığına görə danışdığını, hər ikisinə qardaş gözü ilə baxdığını dedi".

"Məni görməsinə işarə edən sözlər dedi"

Ayaz bildirib ki, bundan sonra Könülün Elmar adlı şəxslərdən biri ilə münasibətdə olduğundan şübhələnib: "Biri evli olub ailəsi ilə yaşadığına görə ən çox subay olan haqqında şübhələrim yarandı. Amma şübhələrimi təsdiq edən dəlillərim yox idi. "İnstagram"dakı "eliw 45-38" istifadəçi adlı profilin də Elmarlardan birinə məxsus olduğunu fikirləşdim.

Hətta Könülün danışdığı şəxslə əlbir olub yaşadığımız mənzilə və atamgilin evinə kiçik ölçülü müşahidə kameraları yerləşdirdiyini, bizim evimizi izlədiyini düşündüm. Çünki əsasən gecələr Könülün başqa otaqda telefonla söhbət edərkən məni görməsinə işarə edən sözlər deyirdi.

Bir dəfə mən tez Könülün yanına getdim. Ondan kiminlə danışdığına baxmaq istədim. Könül heç kəslə danışmadığını, istifadə etdiyim narkotik vasitə və psixotrop maddələrin təsiri ilə qulağıma səslər gəldiyini mənə dedi. Bu səbəbdən ailə daxili soyuqluq getdikcə artmağa başladı. Biz tez-tez xırda mövzularla bağlı dalaşırdıq".

"Qızımı qucağıma alanda ağladım"

Ayaz qeyd edib ki, baş vermiş hadisədən təxminən 10 gün əvvəl atasıgilə gedib: "Könül isə qızımla qaldı. Mən Könüllə danışmadım, yanına getmədim. Onunla ızımın yemək-içməyini və ehtiyacları olan başqa şeyləri atam alıb aparırdı.

Fevralın 3-də təxminən günorta saat 12 radələrində Könül mənə zəng etdi və qızım Əzizənin başına pis hadisə gəldiyini dedi, məni evə çağırdı. Kiminlə qarşılaşacağımı bilmədiyim üçün özümü və ailəmi qorumaq üçün hər ehtimala qarşı evdən iki mətbəx bıçağı götürdüm.

Könülün yaşadığı mənzilin qapısını döydüm. Qapı açılanda Əzizə qabağıma gəldi. Azyaşlı qızımı görəndə bıçaqları cibimdən çıxarıb bloka atdım. Onu qucağıma alanda kövrələrək ağladım. Daha sonra Könüldən nə baş verdiyini, Əzizənin başına nə hadisəsi gəldiyini soruşdum. Könül heç nə baş vermədiyini dedi".

"Arvadıma "mənimlə məzələnirsən?" dedim"

Ayazın ifadəsinə görə, belə olan halda Könüldən nə üçün Əzizənin başına pis hadisə gəldiyini deyib və onu oraya çağırdığını soruşub: "Könül məni ümumiyyətlə ora çağırmadığını, yenə də narkotiklərin təsiri altında qarabasma gördüyümü dedi. Bunun üçün əsəbiləşdim. Arvadıma "mənimlə məzələnirsən?" dedim və ona şillə ilə başından zərbə vurdum. Əzizəni də götürdüm və atamgilə getdim.

Atam uşağın azyaşlı olduğuna görə anasından ayrılmasının düzgün olmadığını dedi. Həmin gün axşam qızımı Könülün yanına apardım".

"Məni günahlandıracağını düşündüm"

Təqsirləndirilən şəxs bildirib ki, bundan sonra Könüllə danışmayıb, onun yanına getməyib:

"Fevralın 5-də saat 11.30-da Könüllə söhbət etmək üçün yaşadığı ünvana yollandım. Məqsədim Könüllə xəyanət mövzusunu aydınlaşdırmaq idi. Evə gedərkən üzərimdə bıçaq və ya başqa alət aparmamışam. Könülə zərər yetirmək niyyətim olmayıb. Sadəcə onunla söhbət etmək istəmişəm.

Könülün yaşadığı ünvana çatdım və mənzilin qapsını döydün. Qapını Könül açdı və mən içəri girdim. Əzizəni qucaqladım, Könülə dedim ki, niyə belə elədin? Könül mətbəxə keçdi və arxası mənə tərəf dayandı, ağlamağa başladı.

Mən Könülə həmin sualı verəndə xəyanətini nəzərdə tutmuşdum. Lakin Könül ağlayaraq "sən onsuz da..." cümləsini işlətdi. Mən onun cümlənin davamını gətirməsinə imkan vermədim. Sözünü yarımçıq qoydum. Çünki cümlənin əvvəlindən yenə məni günahlandıracağını, səhvini etiraf etməyəcəyini başa düşdüm. Əzizəni qucağımdan yerə qoydum. Bıçaqla Könülün qarın nahiyəsindən zərbə vurdum. Daha sonra zərbələri davam etdirdim. Sinə və qarın nahiyəsinə çoxsaylı zərbələr endirdim".

"Bir təpik zərbəsi vurdum"

Ayaz qeyd edib ki, məqsədi Könülün xəyanətinə görə ondan qisas almaq olub: "vurduğum zərbələrin təsirindən Könül yerə yıxıldı. Daha sonra birtəhər gücünü topladı və ayağa qalxdı. Mətbəxin pəncərəsini açdı, qışqıraraq başqa şəxsləri köməyə çağırdı.

Arxadan Könülün kürək nahiyəsinə sayını dəqiq xatırlamadığım bıçaq zərbələri vurdum. Koftasından tutaraq geri çəkdim, pəncərəni örtdüm. Fürsətdən istifadə edən Könül əlimdən çıxdı və qapıya tərəf qaçdı.

Zərbə vurarkən bıçağın tiyəsi əyildi. Tiyəsi əyilmiş bıçaq əlimdə Könülün arxasınca qaçdım. Onu vurmağa davam etmək niyyətində idim. Könülə arxadan zərbə endirib-endirmədiyimi dəqiq xatırlamıram.

Könül qışqıra-qışqıra qapıya tərəf qaçdı, bloka çıxdı və qonşuları çağırdı. Əlimdə tiyəsi əyilmiş bıçaqla bloka çıxdım. Könülü blokda üzü üstə yerə yıxılmış vəziyyətdə gördüm. Əlimdəki tiyəsi əyilmiş bıçağı bloka atdım. Üzü üstə yerdə uzanmış vəziyyətdə olan Könülün kürəyindən bir təpik zərbəsi vurdum".

Ayaz bildirib ki, qışqırıq səsinə üzbəüz mənzildə yaşayan və bir mərtəbə yuxarıda qalan qonşular onların yanına gəliblər: "Qonşular məni oradan uzaqlaşdırdıqları üçün liftə mindim və aşağı düşdüm. Könüllü Gəncə şəhər Baş Polis İdarəsinə getdim, törətdiyim əməli etiraf etdim".

"Məni hamıya qısqanıb"

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Könülün sözlərinə görə, evləndikdən bir müddət sonra ailədə əhəmiyyətsiz mövzularda mübahisələr baş verməyə başlayıb: "Ayaz qarşılıqlı anlaşmağı bacarmayan, tez əsəbiləşərək özündən çıxan insandır, əsassız yerə məni hamıya qısqanırdı.

Küçədə, marketdə tanımadığı kimsə mənə baxanda, qonşu, yaxud hansısa tanış mənimlə salamlaşdıqda aqressiv şəkildə bunun səbəbini soruşurdu. Verdiyim cavablara qane olmur, mənimlə mübahisə edirdi".

"Pullarını zərərli vərdişlərinə xərcləyib"

Könül qeyd edib ki, Ayaz heç yerdə işləməyib, ailənin dolanışığını qayınatası təmin edib: "Qayınatam ona taksi fəaliyyəti ilə məşğul olması üçün avtomobil də aldı. Lakin Ayaz həmin vaxt da evə pul gətirmir, qazandığı pulun heç avtomobilin yanacaq xərcini ödəmədiyini deyirdi. Çünki mütəmadi olaraq narkotik vasitələr və psixotrop maddələr qəbul edirdi. Buna görə həm pullarını zərərli vərdişlərinə xərcləyir, həm də narkotiklərin təsiri altında əsəbi, halsız olur, tez-tez hallüsinasiyalara qapılırdı.

O, reallıqda mövcud olmayan adamlar gördüyünü, səslər eşitdiyini deyirdi. Məsələn, evdə oturduğumuz vaxt qəfil başqa otaqdan yanıma gəlir, telefonla kiminlə danışdığımı soruşurdu. Halbuki həmin vaxt heç kəslə danışmamışdım. Yaxud atası bizdə olmadığı halda gah atasının ayaq üstə dayanaraq bizə baxdığını, gah evdəki uşaq arabasının içində oturduğunu söyləyirdi.

Mən ievdə özümüzdən başqa heç kəsin olmadığını bildirəndə "Bəs mən dəliyəm? Olmayan şeylər uydururam?" deyib mənimlə dalaşır, hallüsinasiya gördüyünü qəbul etmirdi.

Bu səbəblərdən ailədə mütəmadi baş verən mübahisələr artdı və aranmızda ciddi soyuqluq yarandı. Amman biz yenə də ayrılmayıb birlikdə yaşamışıq".

"Məni şiddətlə döyüb"

Könül qeyd edib ki, Ayazın nevroloji durumu yerində deyilmiş: "Narkotikin və psixotrop dərmanların təsiri altında son dərəcə aqressiv və gərgin olurdu. Gözünə tez-tez qarabasmalar görünür, öz düşüncəsində qurduğu əsassız qısqanclıq şübhələri ilə məni incidirdi.

Baş vermiş hadisədən bir neçə gün əvvəl Ayaz iki bıçaqla yaşadığım evə gəldi, daha sonra məni şiddətlə döyməsi səbəbindən ondan qorxdum. Artıq birlikdə yaşamağın mümkün olmayacağını dərk etdim və boşanmaq haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etdim.

Ayaz boşanma ərizəsi yazdığıma görə məndən qisas almaq üçün öldürmək istəyib. Çünki həmin gün evə daxil olduqdan sonra mənə "sən niyə belə elədin?" deyəndə boşanmaq üçün müraciət etdiyimi nəzərdə tutduğunu fikirləşdim.

Bundan başqa hadisədən sonra xəstəxanada məni ziyarət edən qonşularının dediyinə görə Ayaz həmin gün mənə çoxsaylı xəsarətlər yetirdikdən sonra qonşulara deyib ki, guya bu, məni məhkəmələrdə süründürmək istəyirdi, indi görsün, onun başına nə oyun açıram.

Ayaz yalan ifadə verib. Biz heç vaxt ayrılmamışıq, ayrı yaşamamışıq".

"Xəyanət etməmişəm"

Zərərçəkmiş qeyd edib ki, Ayazdan xəbərsiz və icazəsiz "İnstagram" sosial şəbəkəsində özünə istifadəçi hesabı açmayıb: "Anam orada profillər açaraq qızım Əzizənin şəkillərini paylaşırdı. Ayaz bundan xəbər tutdu və məndən soruşanda məsələni eyni cür izah etdim. Hətta anam özü də Ayaza bu barədə izahat verdi.

"Eliw 45-38" istifadəçi adlı profil isə anamın qohumu Elmira adlı şəxsə məxsus idi. Anam Elmira ilə ümumi hal-əhval tuturdu. Həmin profillərlə heç kəslə danışmamışam, Ayaza heç vaxt bu və ya digər formada xəyanət etməmişəm. Elmar adlı qonşularımız ilə də münasibətlərimiz sadəcə qonşu kimi normal olub. Həmin şəxslərlə aramızda qətiyyən heç nə baş verməyib".

"Yad kişilərin səsini eşitdiyini deyib"

Zərərçəkmiş qeyd edib ki, Ayaz narkotik və psixotrop maddə istifadəçisi olub, hətta bir müddət narkoloji kabinetdə qeydiyyata düşmədən ev şəraitində narkomaniyadan müalicə də alıb: "Dəfələrlə yaşadığı evdə narkotik dərmanları, həmçinin avtomobilində istifadə olunmuş şprislər görürmüşəm. Ayaz "travmadol" dərmanları atdığını qəbul etsə də, iynə vurduğunu etiraf etməyib. Maşındakı şprislərlə taksi fəaliyyəti göstərdiyi dövrdə tanıdığı bir müştərinin maşında özünə narkotik vasitə vurduğunu deyib. Mən isə nə üçün elə müştəriləri maşına mindirdiyini soruşanda Ayaz həmin müştərinin həmişə taksiyə minəndə çox pul verdiyini deyib. Buna inanmamışam.

Ayazın dedikləri yalandır, yaşadığımız evə video kamera yerləşdirilməsi söhbəti onun təxəyyülünün məhsuludur".

Könül deyib ki, hadisədən əvvəl Ayazla aralarında baş vermiş münaqişələr zamanı onu döyməsi və başqa formada zorakılıq hərəkətləri göstərməsi barədə hüquq mühafizə orqanlarına heç vaxt müraciət etməyib.

Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Ayaz 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1432   Tarix: 22 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

TOP MP3