İftar süfrəsi üçün hazırlaya bilərsiniz

İftar süfrəsi üçün hazırlaya bilərsinizAxşam.az iftar süfrəsi üçün maraqlı reseptlər təqdim edir:

Toskana lobya şorbası

Ərzaq:
4 x.q. zeytun yağı (kərə yağı da istifadə edə bilərsiniz)
1 soğan (doğranmış)
2 kök (halqa-halqa doğranmış)
3 diş sarımsaq
2 kərəviz çubuqları (nazik-nazik doğranmış)
1 st. quru qırmızı və ya ağ lobya (bişirilmiş)
1 x.q. tomat (tomat yerinə qırmızı bibər pastası da istifadə edə bilərsiniz)
400 qr. pomidor
Bir dəstə ispanaq , azca qurudulmuş kəklikotu
2 st. ət və ya toyuq bulyonu
2 st. su
4-6 dilim çörək
Zövqə görə duz və qara istiot
Üzərinə səpmək üçün biraz parmezan pendiri

Hazırlanması:

Yağı bir qazanda qızdırın, içərisinə doğranmış soğan və kökləri tökün, vam xodda təxminən 10 dəqiqə qarışdıra-qarışdıra bişirin, soğan və köklər qızarmamalı, sadəcə yumşalmalıdırlar, üzərinə 2 diş sarımsağı doğrayıb tökün, pomidorları soyub, xırda doğrayıb tökün və tomat və doğranmış kərəviz çubuqlarını əlavə edin. Bulyonu və suyu, zövqə görə duzu və qara istiotu əlavə edin. Lobyaların yarısını çəngəllə əzib, şorbanın içinə əlavə edin. Təxminən 30 dəq. ağzıqapalı bişirin. Doğranmış ispanaq və ya pazını, lobyaların geri qalanını və kəklikotunu əlavə edib, ağzıqapalı bişirin. Çörək dilimlərinə bölünmüş sarımsağı sürtün və qızarması üçün sobaya qoyun. Şorbanız hazır olduqdan sonra boşqablara çəkib, üzərinə çörək dilimini qoyub, bir qədər də pendir rəndədən keçirib üzərinə töküb servis edə bilərsiniz.

Püreli köftə

Ərzaq:
500 qr. qiymə
1 ədəd rəndələnmiş soğan
3 yemək qaşığı suxarı unu
1 çay qaşığı duz, qara istiot
1 diş sarımsaq

Püre üçün:
3 ədəd kartof
1/2 stəkan süd
1 xörək qaşığı kərə yağı
1 çay qaşığı duz
3 stəkan un

Sous üçün:
1 xörək qaşığı duru yağ
1 yemək qaşığı tomat pastası
1 stəkan su
2-3 xörək qaşığı rəndələnmiş pendir

Hazırlanması:

Köftə üçün olan ərzaqları bir qaba töküb yoğurun. Qoz böyüklüyündə köftələr edib, 1 saat soyuducuda saxlayın. Kartofu soyub, yuyun və qaba tökün. Üzərinə su əlavə edin. Duz töküb bişirin. Bişəndən sonra əzib, püre halına gətirin. Kənarda bir qaba sous üçün lazım olan ərzaqları töküb sousu hazırlayın. Köftələri yağda qızardın. Bir qaba püreni tökün üzərinə köftələri düzün. Sonda sousu tökün və pendiri səpin. 190 dərəcə sobada pendir əriyənə qədər bişirin.

Kəsmikli piroq

Ərzaqlar:
Xəmir üçün:
Un - 4 st.
Yağ - 300 qr.
Şəkər tozu - 1 st.
Qabartma tozu - 1 paket
Vanil

İç üçün:
Kəsmik - 3 əbəd
Yumurta - 2 dənə
Şəkər tozu - 2 st.

Hazırlanması:
Yağ, şəkər tozu, qabartma tozu, vanil və unu qatıb umac et. Kənarda şəkər tozu, yumurta və kəsmikdən ibarət iç hazırla. Umac formasında olan xəmiri iki hissəyə ayır. Xəmirin bir hissəsini yağlanmış tavaya töküb, üzərinə kəsmikli içi əlavə et. Xəmirin qalan hissəsini də tökdükdən sonra sobaya qoy.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 873   Tarix: 04 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bayrağımız qürurumuz və fəxrimizdir

Bayraq hər bir ölkənin, dövlətin, millətin əsas rəmzlərindən biridir. Bayraq təkcə ölkə daxilində deyil, ölkə hüdudlarından kənarda hər bir sahədə varlığımızı təmsil edən, bizi dünyaya tanıtdıran əsas və rəsmi simvollardan biridir. Buna görə də, Bayraq Günü ölkəmizdə xüsusi olaraq qeyd olunur. Azərbayca

11:31 213
.

Dövlət Bayrağı Günü ölkəmizin hər bir yerində təntənə ilə qeyd olunur

2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında sərəncam imzalayıb. Sənəddə deyilir ki, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq - indiki Dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasınd

11:38 218
.

Bir ayağın qəfil şişməsi ciddi xəstəliyin əlaməti ola bilər

Şişkinliyi aradan qaldırmaq üçün sidikqovucu bitkilərdən istifadə, sauna, isti vanna və intensiv masaj gözlənilən nəticəni verməməklə yanaşı, sağlamlıq üçün əlavə problemlər yarada bilər. Mütəxəssislər bu üsulların bəzi hallarda vəziyyəti daha da ağırlaşdırdığını bildirirlər. Qaynarinfo xəbər verir ki

05.11.2026 345
.

Azərbaycan Respublikası Konstitusiya quruluşunun tarixi

Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən əhəmiyyətli hadisələrindən biri olub, eyni zamanda Azərbaycan Xalqının ümummilli lideri Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir. Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi

12:12 207
.

12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günüdür

Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 30 il ötür. Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. 1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqi

11:44 214
.

Sinif müəllimi idi, işdən çıxıb milyarder oldu - Bir gündə 2,5 milyard qazandı

Çində ibtidai sinif müəllimliyindən ayrılaraq iş dünyasına addım atan Maykl May təsis etdiyi sənaye materialları istehsalçısı "Crown New Materials Technology" şirkətinin ilkin kütləvi təklifi (IPO) vasitəsilə milyarderlər sırasına qoşulub. "Qafqazinfo" xəbər verir ki, Şençjen Fon

05.11.2026 424
.

Bayram günlərinin geomaqnit hava proqnozu açıqlandı

Bayram günləri üçün geomaqnit hava proqnozu açıqlanıb. Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsindən "Qafqazinfo"ya verilən məlumata görə, hazırda Günəş fəallığı yuxarı səviyyədədir. Bildirilib ki, proqnoz günlərində Günəş səthində orta və güclü yeni alışmaların baş vermə ehtimal

14:15 154
.

Müstəqil Azərbaycanın Konstitusiyasının qəbul edilməsindən 31 il ötür

Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 31 il ötür. Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-d

12:02 213
.

Müstəqil dövlətimizin ilk Konstitusiyası

Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə minib. Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühü

12:18 211
.