Daxili su hövzələrində sənaye balıq ovu qadağan edilib

Daxili su hövzələrində sənaye balıq ovu qadağan edilibBalıq və digər su bioresurslarının kürüləmə dövrü ilə əlaqədar Kür çayında, Sarısu gölündə, Mingəçevir, Şəmkir, Araz, Yenikənd su anbarlarında 1 aprel 2023-cü il tarixindən sənaye balıq ovuna moratorium qüvvəyə minib.

APA xəbər verir ki, Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib ki, sənaye məqsədli balıq və digər su bioresurslarının ovuna qadağa sentyabrın 1-dək davam edəcək.

Xidmət rəisinin sözlərinə görə, sənaye balıq ovuna qoyulan moratorium meliorativ kollektorlara şamil edilmir.

F.Əliyev moratoriumun davam etdiyi müddətdə sənaye balıq ovu ilə məşğul olan hər kəsi qaydalara əməl etməyə çağırıb:

"İdman və həvəskar balıq ovu ilə məşğul olanlar üçün balıqovlama biletinin alınması tələb olunmur, onlar qanunvericiliyə əsasən müəyyən edilmiş şərtlər daxilində balıq ovu ilə məşğul ola bilərlər".

Xidmət rəisi onu da qeyd edib ki, balıq və digər su bioresurslarının ov qaydalarının pozulmasına, o cümlədən qanunsuz ovlanmasına görə təqsirkar şəxslər İnzibati Xətalar və Cinayət Məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

F.Əliyev qanunsuz balıq ovunun qarşısının alınması məqsədilə Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsi ilə birgə ölkənin daxili su hövzələrində mütəmadi nəzarət tədbirlərinin həyata keçirildiyini də qeyd edib.

Bioloji Müxtəlifliyin Qorunması Xidməti və Su Nəqliyyatında Polis İdarəsi balıq ovu ilə məşğul olan vətəndaşları qaydalara əməl etməyə, qadağan olunmuş vaxtlarda, qadağan olunmuş alətlərlə balıq ovlamaqdan çəkinməyə və balıq ehtiyatlarını qorumağa çağırıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 698   Tarix: 03 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Şimali Koreya Böyük Britaniya ilə diplomatik münasibətləri məhdudlaşdırır

Şimali Koreya Böyük Britaniyadakı səfiri Mun Myong Sinin geri çağırıldığını və diplomatik missiyadakı fəaliyyətinə son verildiyini elan edib. Rəsmi Pxenyan bildirib ki, Londonun tətbiq etdiyi sanksiyalar qüvvədə qaldığı müddətdə iki ölkə arasındakı diplomatik əlaqələr daha aşağı səviyyədə davam etdiriləcək

16:51 169
.

Qrossi İran-ABŞ memorandumundan DANIŞDI

Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) Baş direktoru Rafael Qrossi İran və ABŞ arasında memorandumun imzalanmasını müsbət qiymətləndirib. xəbər verir ki, bu barədə TASS Rafael Qrossinin mətbuat konfransında verdiyi açıqlamasına istinadən məlumat yayıb. "Razılaşmanın əldə olunması yaxşı haldır

19:30 103
.

Almaniya Ukraynaya hərbi dəstəyini artırır

Almaniya Ukraynanın müdafiə imkanlarının gücləndirilməsi məqsədilə yeni maliyyə dəstəyi paketi ayıracağını açıqlayıb. Almaniyanın müdafiə naziri Boris Pistorius Brüsseldə jurnalistlərə bildirib ki, Berlin ABŞ silahlarının və sursatlarının maliyyələşdirilməsini nəzərdə tutan PURL mexanizmi çərçivəsind

16:23 152
.

Sosial mənzil almaq istəyənlər üçün vacib məqam: Gəlir tələbi

"MİDA mənzillərinin güzəştli ipoteka proqramı çərçivəsində ilkin ödəniş minimum 10 faiz təşkil edir, faiz dərəcəsi isə 4 faizdən başlayır. Kreditin müddəti 30 ilədək ola bilər". Bunu BİG.AZ-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Fərid Cəfərli bildirib. O, qeyd edib ki, məsələn, 72 mi

14:38 199
.

Məktəbli forması sadəcə geyim deyil - Təhsildə bərabərliyin mühüm simvolu

"Məktəbli forması mövzusu hər tədris ili ərəfəsində yenidən gündəmə gələn, həm pedaqoji, həm də sosioloji aspektləri olan çoxşaxəli bir məsələdir. Bəzi məktəblərdə formadan yayınma halları müşahidə olunsa da, bu geyimin əsas fəlsəfəsi sosial bərabərlik prinsipinə əsaslanır". Bunu BİG.AZ-a açıqlamasınd

14:49 162
.

Hakan Fidan Rusiyada Ermənistanla münasibətlər barədə danışdı

"Lazımi şərtlər yarandıqda Ermənistanla normallaşma prosesinə hazırıq". -ın "Anadolu" agentliyinə istinadən xəbərinə görə, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiyaya səfəri zamanı Türkiyə mətbuatına açıqlamasında Ermənistanla münasibətlərin normallaşma prosesi il

15:15 149
.

Belçika Ukrayna ilə bağlı qərarı dəyişdi: Kiyevə daha çox "F-16" göndəriləcək

Belçika Ukrayna Silahlı Qüvvələrinə vəd ediləndən daha çox "F-16" qırıcı təyyarəsi vermək qərarına gəlib. -ın İnterfaks.ua-ya istinadən xəbərinə görə, bu barədə Belçika müdafiə naziri Teo Franken NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin Brüsseldə keçiriləcək görüşündən əvvəl jurnalistlər

18:00 144
.

Saçınıza uyğun şampunu necə seçməlisiniz? - DERMATOLOQDAN AÇIQLAMA

Saç baxımında istifadə olunan şampunun düzgün seçilməsi həm saçların sağlamlığı, həm də baş dərisinin qorunması baxımından böyük əhəmiyyət daşıyır. Hər saç tipinin ehtiyacları fərqlidir və hər kəs üçün uyğun olan universal şampun mövcud deyil. Yağlı, quru, normal və ya boyanmış saçlar üçün nəzərdə tutula

15:05 202
.

İƏT rəsmisi: "Süni intellekt insan münasibətlərini əvəz etməməlidir"

"Süni intellekt texnologiyalarının sürətli inkişafı bəşəriyyət üçün misilsiz imkanlar yaratsa da, bu proses insan hüquqlarının qorunmasına əsaslanan etik və hüquqi çərçivə daxilində həyata keçirilməlidir". -ın məlumatına görə, bunu "Süni İntellekt Dövründə İnsan Hüquqları: İmkanlar, Risklə

16:30 148
.

TOP MP3