Gürcüstanda kirayə mənzil qiymətləri iki dəfədən çox artıb
Gürcüstanda kirayə mənzil qiymətləri iki dəfədən çox bahalaşıb. Ən çox bahalaşma paytaxt Tbilisidə qeydə alınıb.
Oxu.Az xəbər verir ki, bu barədə "TBC Capital" məlumat yayıb.
Bildirilir ki, cari ilin fevralında paytaxt Tbilisidə mənzil qiymətləri ötən ilin fevralı ilə müqayisədə 2,25 dəfə bahalaşaraq orta hesabla hər kvadratmetr üçün 13,1 dollar təşkil edib. Fevral ayında mənzillərin satış qiyməti isə illik müqayisədə 30 faiz bahalaşaraq hər kvadratmetr üçün orta hesabla 1136 dollar olub.
Evlərin satışı və kirayəsi üzrə ekspert Tamar Nuqzadze deyir ki, bahalaşma Rusiya ilə Ukrayna arasında müharibə başlayandan sonra başlayıb. Rusiyadan və Ukraynadan gələnlər həm ev alqı-satqısında, həm də kirayə bazarında xüsusi rol oynayıblar.
Onun sözlərinə görə, Gürcüstan qanunvericiliyinə görə, istənilən xarici ölkə vətəndaşı burada ev ala bilər. Qiyməti 100 min dollar və daha çox olan evləri alan xaricilərə vətəndaşlıq almaq imkanı verilir. Bu da xarici ölkə vətəndaşlarının Tbilisidə və ətraf şəhərlərdə mənzil almağa marağını artırıb.
Digər ekspert Tamaz Qumaşvili də ev bazarında qiymət artımının xarici ölkə vətəndaşlarının gəlişi ilə əlaqələndirib.
Bildirib ki, hazırda dünyanın əksər ölkələrində mənzil bazarında qiymət artımı müşahidə olunur. Lakin, Gürcüstanda mənzil kirayəsi və alqı-satqısı ilə bağlı qiymət artımında sui-istifadə hallarına da rast gəlinir. Onun sözlərinə görə, bəzi möhtəkirlər müharibə bölgələrindən gələn insanların acınacaqlı vəziyyətindən istifadə edərək süni olaraq qiyməti artırırlar. Belə hallarda da, ən çox onlar varlanırlar.
Qeyd edək ki, ötən ay Tbilisidə ümumilikdə 3383 mənzil satılıb ki, bu da yanvar ayı ilə müqayisədə 19 faiz, illik müqayisədə isə 12 faiz çoxdur. Satılan mənzillərin 72 faizinin sahəsi 75 kvadratmetrdən azdır.
Tbilisinin ən çox mənzil satılan Vake və Mtatsminda rayonlarında, mənzillərin bir kvadratmetri orta hesabla 1800 dollara satılıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 873 Tarix: 02 aprel 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşDövlət Bayrağı Günü ölkəmiz üçün ən tarixi günlərdən biridir
Dövlətimizin üçrəngli bayrağı Azərbaycan suverenliyinin və müstəqilliyinin rəmzidir. Bayraq tarixən hər bir xalq üçün müqəddəs olub. İnsanlar öz dövlətlərinin bayraqlarına həmişə ehtiramla yanaşıblar. Ona görə də, bayraq insanlar, xalqlar üçün həmişə müqəddəs hesab edilib. Bu mənada ölkəmizdə Dövlə
11:28 225 Dövlət Bayrağımız qürurumuzdur
Dövlət Bayrağı Günü Prezident İlham Əliyevin 2009-cu il 17 noyabr tarixli "Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında" Sərəncamı ilə təsis edilib. Həmin il dekabrın 4-də Milli Məclis noyabrın 9-nu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirib. Azərbaycanın dövlət bayrağ
11:49 212 Afaq Bəşirqızı 8 Noyabr - Zəfər Günü münasibətilə xalqı təbrik etdi
Xalq artisti Afaq Bəşirqızı 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. xəbər verir ki, sənətçi bu münasibətlə sosial şəbəkə hesabında video paylaşıb. O, təbrikində şəhidlərin ruhuna ehtiramını ifadə edib, qazilərə can sağlığı arzulayıb və torpaqlarımızın azad olunmasından danışıb
17:07 85 Trampdan iki həftə ilə bağlı açıqlama: "Çox şey görəcəksiniz"
ABŞ Prezidenti Donald Tramp növbəti iki həftə ərzində bir sıra tədbirlər elan edəcəyini bildirib. xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb. Amerika lideri jurnalistlərə açıqlamasında deyib: "Növbəti bir-iki həftə ərzində çox şey görəcəksiniz. Planlaşdırdığımız çoxsayl
10:38 191 MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir
Uşaqlar və yeniyetmələr üçün üç mərhələli biznes və sahibkarlıq proqramı. MiniBoss Business School Bakıda ikinci filialı üzrə qəbul elan edir və uşaqlar və yeniyetmələr üçün iqtisadiyyat və sahibkarlığın əsaslarını əhatə edən yeni tədris proqramını təqdim edir. Proqramın əsas məqsədi iştirakçılarda sahibkarlı
15:11 175 Bakının bu küçələrində məhdudiyyət olacaq - Siyahı
8 Noyabr - Zəfər Günü ilə əlaqədar paytaxtın müxtəlif küçə və prospektlərində müəyyən edilən marşrutlar üzrə hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri keçiriləcək. "Qafqazinfo" xəbər verir ki, yürüşlərlə əlaqədar Bakı Şəhər DYP İdarəsi tərəfindən məhdudiyyət tətbiq olunaca
16:22 142 "Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi
Nizami rayonu, 8-ci kilometr qəsəbəsi, Mikayıl Əliyev küçəsində yerləşən "Xəmsə" şadlıq sarayında zərərli qaz tullantılarının normadan artıq buraxılmasına görə cərimə tətbiq edilib. Qaynarinfo-nun məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional Ekologiya və Təbii Sərvətlə
11:32 214 Azərbaycan Respublikasının Dövlət Bayrağı milli suverenliyin simvoludur
Azərbaycan Respublikasının dövlət atributlarından, dövlətçilik rəmzlərindən biri onun Milli Bayrağı - Dövlət bayrağıdır. Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir. Hər bir Azərbaycan vətəndaşı dövlət bayrağımıza, gerbimizə və himnimizə ehtiram göstərir, bun
11:17 216 Neft Akademiyasında mühafizəçini öldürən şəxs 24 il sonra - Həbs edildi
24 il əvvəl ali təhsil müəssisəsində törədilmiş qətlin üstü açılıb. xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Naziyliyinin Mətbuat xidmətlərinin yaydığı birgə məlumatda bildirilib. Belə ki, 7 oktyabr 2002-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının (hazırda Azərbaycan Dövlət Neft v
14:48 231