Məşhur nəşr Baydenə çağırış etdi: "Rusiya səfirini və jurnalistlərini ölkədən çıxarın"

Məşhur nəşr Baydenə çağırış etdi: "Rusiya səfirini və jurnalistlərini ölkədən çıxarın""The Wall Street Journal" qəzeti ABŞ Prezident Administrasiyasını Rusiya səfirini və bütün rusiyalı jurnalistləri ölkədən çıxarmağa çağırıb.

Qəzet Rusiyadakı müxbiri Evan Qerşkoviçin həbsinə cavab olaraq bu addımın atılmasını istəyib.

Bununla bağlı dərc edilmiş məqalədə bildirilib ki, Rusiya Prezidenti Vladimir Putin indi jurnalistin sağlamlığı və təhlükəsizliyinə cavabdehdir. Co Bayden administrasiyası isə onun azadlığa buraxılmasına nail olmalıdır.

"The Wall Street Journal" casusluq ittihamlarını rədd edib və qeyd edib ki, Evan Qerşkoviç uzun illər Rusiyada işləyib və əgər Federal Təhlükəsizlik Xidməti onu həqiqətən də casus hesab etsəydi, çoxdan ölkədən çıxara bilərdi. Qəzetin fikrincə, Rusiya bu yolla ABŞ-ni pis vəziyyətdə qoymaq və xarici mətbuatı qorxutmaq istəyir.
Qəzetin jurnalistləri vurğulayıblar ki, amerikalı Qerşkoviçin həbsi həmçinin ABŞ-nin öz vətəndaşlarına qarşı hücumların qarşısını almaq imkanlarının azaldığını göstərir.

"Bayden administrasiyası diplomatik və siyasi eskalasiyanı nəzərdən keçirməli olacaq. Rusiyanın ABŞ-dəki səfirinin, eləcə də burada çalışan bütün rusiyalı jurnalistlərin ölkədən çıxarılması bu istiqamətdə atılmış minimum addım olardı. ABŞ hökumətinin əsas vəzifəsi öz vətəndaşlarını qorumaqdır. İndi olduqca çox sayda hökumət hesab edir ki, amerikalıları həbs edə bilər və buna görə də cəzasız qalacaq", - deyə məqalədə bildirilib.(oxu.az)


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 634   Tarix: 01 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İlham Əliyevlə xanımı Zəngilanda sakinlərlə görüşdü - Video

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. "Qafqazinfo" xəbər verir ki, sonra dövlət başçısı və birinci xanım burada Zəngilan rayonunun Cahangirbəyli və Cəbrayıl rayonunu

14:34 266
.

Azərbaycan Respublikası Konstitusiya quruluşunun tarixi

Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən əhəmiyyətli hadisələrindən biri olub, eyni zamanda Azərbaycan Xalqının ümummilli lideri Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir. Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi

12:12 221
.

12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günüdür

Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 30 il ötür. Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. 1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqi

11:44 224
.

Dövlət Bayrağı Günü ölkəmizin hər bir yerində təntənə ilə qeyd olunur

2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında sərəncam imzalayıb. Sənəddə deyilir ki, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq - indiki Dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasınd

11:38 228
.

Dövlətin əsas qanunu - Konstitusiya

Müstəqil Azərbaycanın Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş referendumda qəbul edilib. Dövlətin əsas qanunu 1995-ci il noyabrın 27-dən qüvvəyə minib. Artıq 31 ildir Azərbaycan noyabrın 12-ni Konstitusiya günü kimi qeyd edir. 1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqil Azərbaycanı

11:47 221
.

Üçrəngli bayraq bizim tariximiz və şərəfimizdir

Hər bir dövlətin bayrağı ona doğmadır. Azərbaycanın üçrəngli bayrağı da xalqımız üçün müqəddəsdir. Tarix boyu müsəlman dünyasında böyük qələbələr qazanıldıqdan sonra bayrağı ucaldıb və öpərək ehtiram göstəriblər. Azərbaycan da 1918-ci ildə müsəlman Şərqində ilk cümhuriyyəti elan etdikdən sonra 1918-c

11:35 226
.

Zəfərin 6-cı ili: Qarabağda böyük dəyişim

Zəfərimizin altıncı ili tamam olur. Ötən altı il Azərbaycanın müasir tarixində yalnız hərbi-siyasi Qələbə və ərazi bütövlüyümüzün bərpası ilə deyil, həm də işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq işləri, iqtisadi həyatın dirçəldilməsi və Böyük Qayıdış prosesi ilə yadda qalıb. "Azərbayca

17:03 98
.

Kişi 1 saniyədə yanıb kül oldu

Çində kişi küçədə faciəvi şəkildə ölüb. xəbər verir ki, hadisə zamanı kişi elektrik xəttinə uzun çubuqla toxunub. Nəticədə güclü partlayış baş verib və kişi yanaraq ölüb. Dəhşətli hadisə təhlükəsizlik kameraları tərəfindən anbaan qeydə alınıb

19:45 1
.

Telefonunuz sizi dinləyir? - Söhbətdən sonra çıxan reklamların səbəbi

Hansısa məhsul haqqında danışdıqdan sonra telefonda məhz onun reklamını görmək bir çox insanda şübhə yaradır. İstifadəçilər smartfonun söhbətlərini gizlicə dinlədiyini düşünürlər. Lakin belə reklamların görünməsi özlüyündə dinlənilmənin sübutu deyil. xarici mediaya istinadla xəbər verir ki, reklam sistemlər

19:15 1
.