Azərbaycanda bu məhsulun satışı DAYANDIRILDI - FOTO

Azərbaycanda bu məhsulun satışı DAYANDIRILDI - FOTOAzərbaycanda istehlaka yararsız şokoladın satışı dayandırılıb.

Bu barədə Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Bildirilib ki, Avropa İttifaqının "Qida və Yem məhsullarına dair Çevik Xəbərdarlıq Sistemi"ndən (RASFF) daxil olmuş məlumata əsasən, İspaniya Krallığından Belçika Krallığına ixrac edilmiş badam məhsulunda "Aflatoksin B1" və total aflatoksin miqdarının yolverilən həddən yüksək olması qeydə alınıb.

Məlumatda Belçika Krallığında fəaliyyət göstərən "Kim's Chocolates NV" şirkəti tərəfindən həmin məhsulun xammal olaraq istifadə edildiyi və məhsulun partiya nömrəsi öz əksini tapıb.

Aparılmış araşdırmalar nəticəsində qeyd olunan badam məhsulunun ölkəmizə idxal olunmadığı, lakin xammal olaraq istifadə edildiyi şokolad məhsulu partiyasının (180 kq) 2023-cü il 10 yanvar tarixində ölkəyə idxal olunduğu müəyyənləşib. Bununla bağlı olaraq, agentlik tərəfindən dərhal zəruri tədbirlərin həyata keçirilməsinə başlanıb, "Qida Təhlükəsizliyi haqqında" Azərbaycan Respublikası Qanununun 30.1-ci maddəsinin tələbinə əsasən, "Cachet dark orqanik badam və albalı" əmtəə nişanlı (istehsal və son istifadə tarixləri 29.10.2022 - 29.01.2024 olan şokolad məhsulu) həmin partiya məhsulun anbardan, bazardan, digər satış obyektlərindən və istehlakçılardan geri çağırılması ilə bağlı müvafiq tədbirlər görülüb.
Belə ki, agentliyin müfəttişləri tərəfindən aparılan araşdırma zamanı sözügedən partiya məhsulun bir hissəsinin (99,6 kq) anbarda saxlanıldığı, qalan 80,4 kq məhsulun isə satış şəbəkəsinə verildiyi müəyyən olunub. Məhsulun satışının dayandırılması və 80,4 kq məhsulun ticarət obyektlərindən geri çağırılması ilə bağlı məhdudlaşdırıcı qərar qəbul edilib.

Agentlik istehsal və son istifadə tarixləri qeyd olunan dövrü əhatə edən "Cachet dark orqanik badam və albalı" əmtəə nişanlı şokolad məhsulunun alışını həyata keçirmiş pərakəndə satış subyektlərini məhsulun dərhal geri qaytarılmasını təmin etməyə, istehlakçıları isə bu məhsulu aşkar etdikdə bu barədə Agentliyin "1003" Çağrı Mərkəzinə məlumat verməyə çağırıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2109   Tarix: 01 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

İlham Əliyevlə xanımı Zəngilanda sakinlərlə görüşdü - Video

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. "Qafqazinfo" xəbər verir ki, sonra dövlət başçısı və birinci xanım burada Zəngilan rayonunun Cahangirbəyli və Cəbrayıl rayonunu

14:34 266
.

Azərbaycan Respublikası Konstitusiya quruluşunun tarixi

Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən əhəmiyyətli hadisələrindən biri olub, eyni zamanda Azərbaycan Xalqının ümummilli lideri Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir. Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi

12:12 221
.

12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günüdür

Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 30 il ötür. Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. 1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqi

11:44 224
.

Dövlət Bayrağı Günü ölkəmizin hər bir yerində təntənə ilə qeyd olunur

2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında sərəncam imzalayıb. Sənəddə deyilir ki, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq - indiki Dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasınd

11:38 228
.

Dövlətin əsas qanunu - Konstitusiya

Müstəqil Azərbaycanın Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş referendumda qəbul edilib. Dövlətin əsas qanunu 1995-ci il noyabrın 27-dən qüvvəyə minib. Artıq 31 ildir Azərbaycan noyabrın 12-ni Konstitusiya günü kimi qeyd edir. 1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqil Azərbaycanı

11:47 221
.

Üçrəngli bayraq bizim tariximiz və şərəfimizdir

Hər bir dövlətin bayrağı ona doğmadır. Azərbaycanın üçrəngli bayrağı da xalqımız üçün müqəddəsdir. Tarix boyu müsəlman dünyasında böyük qələbələr qazanıldıqdan sonra bayrağı ucaldıb və öpərək ehtiram göstəriblər. Azərbaycan da 1918-ci ildə müsəlman Şərqində ilk cümhuriyyəti elan etdikdən sonra 1918-c

11:35 226
.

Zəfərin 6-cı ili: Qarabağda böyük dəyişim

Zəfərimizin altıncı ili tamam olur. Ötən altı il Azərbaycanın müasir tarixində yalnız hərbi-siyasi Qələbə və ərazi bütövlüyümüzün bərpası ilə deyil, həm də işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq işləri, iqtisadi həyatın dirçəldilməsi və Böyük Qayıdış prosesi ilə yadda qalıb. "Azərbayca

17:03 98
.

Kişi 1 saniyədə yanıb kül oldu

Çində kişi küçədə faciəvi şəkildə ölüb. xəbər verir ki, hadisə zamanı kişi elektrik xəttinə uzun çubuqla toxunub. Nəticədə güclü partlayış baş verib və kişi yanaraq ölüb. Dəhşətli hadisə təhlükəsizlik kameraları tərəfindən anbaan qeydə alınıb

19:45 1
.

Telefonunuz sizi dinləyir? - Söhbətdən sonra çıxan reklamların səbəbi

Hansısa məhsul haqqında danışdıqdan sonra telefonda məhz onun reklamını görmək bir çox insanda şübhə yaradır. İstifadəçilər smartfonun söhbətlərini gizlicə dinlədiyini düşünürlər. Lakin belə reklamların görünməsi özlüyündə dinlənilmənin sübutu deyil. xarici mediaya istinadla xəbər verir ki, reklam sistemlər

19:15 1
.