Ötən il Göygöl Milli Parkını 200 mindən çox turist ziyarət edib
2022-ci ildə Göygöl Milli Parkını 200 mindən çox turist ziyarət edib.
Bu barədə "Report"a Göygöl Milli Parkının Elm, ekoloji maarifləndirmə və ekoturizm işləri üzrə direktor müavini Fuad Quliyev bildirib
Qeyd edək ki, bu gün Göygöl Milli Parkının yaradılmasından 15 il ötür. Göygöl Dövlət Təbiət Qoruğu 1925-ci ildə Azərbaycanda yaradılan ilk qoruq olub. Qoruq ərazisində müvafiq işlər görülərək ərazi 6 739 hektardan 12 755 hektara çatdırılıb. Prezident İlham Əliyevin 2008-ci il 1 aprel tarixli sərəncamı ilə Göygöl Milli Parkı statusuna dəyişdirilib. Fauna və florasının zənginliyi ilə bu gün də Azərbaycanın ən gözəl təbiət guşələrindən hesab edilir.
Onun sözlərinə görə, 2008-ci ildən başlayaraq Göygöl Milli Parkında infrastruktur qurulub, müxtəlif ərazilərdə turistlərin cəlb edilməsi və onlara yüksək səviyyədə xidmət göstərilməsi üçün turizm obyektləri tikilib: "2015-ci ildən etibarən isə milli parka turistlərin buraxılışına nail olduq. Bu günə qədər Göygöl Milli Parkına hər il yerli turistlərlə yanaşı, dünyanın bir çox ölkələrindən insanlar gəlməkdədir".
"Göygöl Milli Parkında turistlərin unikal yerləri görməsi üçün ekoturizm marşrutları da təyin edilib. Bura dünyanın ən gözəl təbiət ərazilərindən biri hesab edilir. Milli park hazırda dəniz səviyyəsindən 1 100 metrdən 3 724 metrə qədər yüksəkliklərdə yerləşir. Burada 420-dən çox bitki növü var. Onlardan 70-i ağac və kol bitkiləridir. Milli Parkın florası kimi, faunası da çox zəngindir. Qonur ayılar, Qafqaz maralı, cüyür, bezoar keçiləri kimi bir sıra heyvanlar yaşayır və onların qorunması da yüksək səviyyədə təmin edilir. Ərazidə turistlərin daha rahat keçidini təmin etmək üçün sürətli keçid məntəqəsi yaradılıb. Eyni zamanda Milli Parkda məlumatverici və istiqamət verici lövhələr quraşdırılıb", - F.Quliyev qeyd edib.
Direktor müavini deyib ki, vəhşi heyvanların təhlükəsizliyini təmin etmək, eyni zamanda onların hansı arealda neçə baş olduğunu müəyyən etmək üçün Göygöl Milli Parkının ərazisində videotələlər quraşdırılıb: "Həmçinin elmi işlərin aparılması üçün burada lazımi şərait yaradılıb. Bu baxımdan AMEA ilə də yaxından əməkdaşlıq edirik".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 623 Tarix: 01 aprel 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİlham Əliyevlə xanımı Zəngilanda sakinlərlə görüşdü - Video
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. "Qafqazinfo" xəbər verir ki, sonra dövlət başçısı və birinci xanım burada Zəngilan rayonunun Cahangirbəyli və Cəbrayıl rayonunu
14:34 266 Azərbaycan Respublikası Konstitusiya quruluşunun tarixi
Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən əhəmiyyətli hadisələrindən biri olub, eyni zamanda Azərbaycan Xalqının ümummilli lideri Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir. Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi
12:12 221 12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günüdür
Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 30 il ötür. Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. 1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqi
11:44 224 Dövlət Bayrağı Günü ölkəmizin hər bir yerində təntənə ilə qeyd olunur
2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında sərəncam imzalayıb. Sənəddə deyilir ki, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq - indiki Dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasınd
11:38 228 Dövlətin əsas qanunu - Konstitusiya
Müstəqil Azərbaycanın Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş referendumda qəbul edilib. Dövlətin əsas qanunu 1995-ci il noyabrın 27-dən qüvvəyə minib. Artıq 31 ildir Azərbaycan noyabrın 12-ni Konstitusiya günü kimi qeyd edir. 1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqil Azərbaycanı
11:47 221 Üçrəngli bayraq bizim tariximiz və şərəfimizdir
Hər bir dövlətin bayrağı ona doğmadır. Azərbaycanın üçrəngli bayrağı da xalqımız üçün müqəddəsdir. Tarix boyu müsəlman dünyasında böyük qələbələr qazanıldıqdan sonra bayrağı ucaldıb və öpərək ehtiram göstəriblər. Azərbaycan da 1918-ci ildə müsəlman Şərqində ilk cümhuriyyəti elan etdikdən sonra 1918-c
11:35 226 Zəfərin 6-cı ili: Qarabağda böyük dəyişim
Zəfərimizin altıncı ili tamam olur. Ötən altı il Azərbaycanın müasir tarixində yalnız hərbi-siyasi Qələbə və ərazi bütövlüyümüzün bərpası ilə deyil, həm də işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq işləri, iqtisadi həyatın dirçəldilməsi və Böyük Qayıdış prosesi ilə yadda qalıb. "Azərbayca
17:03 98 Kişi 1 saniyədə yanıb kül oldu
Çində kişi küçədə faciəvi şəkildə ölüb. xəbər verir ki, hadisə zamanı kişi elektrik xəttinə uzun çubuqla toxunub. Nəticədə güclü partlayış baş verib və kişi yanaraq ölüb. Dəhşətli hadisə təhlükəsizlik kameraları tərəfindən anbaan qeydə alınıb
19:45 1 Telefonunuz sizi dinləyir? - Söhbətdən sonra çıxan reklamların səbəbi
Hansısa məhsul haqqında danışdıqdan sonra telefonda məhz onun reklamını görmək bir çox insanda şübhə yaradır. İstifadəçilər smartfonun söhbətlərini gizlicə dinlədiyini düşünürlər. Lakin belə reklamların görünməsi özlüyündə dinlənilmənin sübutu deyil. xarici mediaya istinadla xəbər verir ki, reklam sistemlər
19:15 1